Xəbər lenti
Qışqıran insanlara DİQQƏT! – Bu, düşmənçiliyə gətirib çıxarırmış
Cəmiyyətdəki fərdlərin sağlam psixologiya ilə həyatlarını davam etdirmələri üçün təhlükəsiz həyat sürmələri vacibdir. Ancaq bəzi pozucu faktorlar zamanı travmatik təcrübələr baş verir. Təcavüz, zorakılıq və işgəncələr də cinsi travmalar kimi bura daxildir.
Hər cəmiyyətdə rast gəlinən bu travmalardan sonra stress pozuqluğu, psixotik reaksiyalar, fobiyalar, yuxu pozğunluqları, maddə istifadəsi, depressiya, cinsi funksiya pozğunluğu kimi vəziyyətlər meydana gələ bilər. Bu klinik problemlərlə yanaşı, insan güclü qorxular yaşayır. Bunlardan əlavə insanda cəmiyyətdən uzaqlaşma, özünü hər şeydən təcrid etmə, özünəinamın aşağı düşməsi kimi hallar baş verə bilər.
Maraqlıdır bəs, işgəncələrə, təcavüzə məruz qalan insanların sonrakı həyatı necə olur?
Bu barədə psixoloq Aytən Ələkbərova danışıb.
Onun sözlərinə görə, işgəncələrə məruz qalan insanlar fikirlərini qışqıraraq ifadə edirlər:
“Öncə onu qeyd edim ki, istər ailə, istərsə də cəmiyyətdə hər insanın şəxsi sosial keyfiyyəti var. Təsəvvür edin ki, ailədə, məktəbdə, hətta kiçik yaşlarında bağça da belə hər hansısa şiddətə məruz qalan şəxslərin sonrakı düşüncələrin formalaşmasında ciddi pozğunluq yaradır. Belə insanlar həyati məsələlərin həllində özünəməxsus xüsusiyyətləri nümayiş etdirir.
Yəni, döyülən insanlar hər zaman çalışacaq ki, sözlərini ağlayaraq, qışqıraraq cəmiyyətə çatdırsın. Unutmayaq ki, qışqıran insanlar dinlənilməyən insanlardır. İstər müəllim, istər valideyn, istərsə də dostları tərəfindən dinlənilməyiblər. Ona görə də istəyirlər ki, vaxtında danışmayıblar, indi qışqıraraq fikirlərini ifadə etsinlər”.
Psixoloq bildirib ki, hamiləlik dövründə ana işgəncəyə məruz qalırsa, bu hal körpəsində özünü büruzə verir:
“Digər tərəfdən, əsgəri bir xidmətdə komandiri tərəfindən özünə qarşı kobudluq görən insan cəmiyyətdə formalaşdığı zaman düşünəcək ki, qeyri-etik davranışlarla, zorakılıqla qarşı tərəfə gücünü göstərə bilər.
Belə hadisələrin qarşısını almaq üçün valideynlər övladlarının davranışlarına diqqət etməlidirlər. Təbii ki, belə davranışlar ana bətnindən də gələ bilər. Yəni hamilə bir qadının həmin dövrdə zorakılığa məruz qalması bətnindəki körpənin şüur altında davakarlıq qalır.
Bu travmaları alan şəxslər nə qədər dünyagörüşlü, ali savadlı olsalar da həyatlarının hansısa zamanında özlərini büruzə verirlər.
Müşahidələr göstərir ki, belə travmalar gənclərdə düşmənçiliyə, ədavətə gətirib çıxarır. Yəni o insanlar dostluğun adı altında kin-küdurət güdür. Ümumi desək, yaşdan asılı olmayaraq hər bir insanın qarşılaşdığı travma onun sonrakı həyatında şəxsiyyət və davranış pozğunluqlarına gətirib çıxarır. Bunu nə qədər gizlətməyə çalışsalar da, hansısa mübahisədə özlərini büruzə verir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar