Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Səhiyyənin xərçəng dərdi: Xəstələrlə qanunu heçə sayanların ölümcül mübarizəsi

Tarix: 10-08-2023 15:42     Baxış: 3140 A- / A+


Səhiyyənin xərçəng dərdi: Xəstələrlə qanunu heçə sayanların ölümcül mübarizəsi

Xərçəng xəstəliyi müasir dünyanın əsas problemi olmaqda davam edir. 
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq. Qeydə alınacaq halların 4/5 hissəsi aşağı və orta gəliri olan ölkələrdə baş verəcək. Azərbaycan da orta gəlirli ölkələrə aid olduğu üçün ölkədə xərçəng xəstələrinin sayının artması istisna deyil. Qurumun 2018-ci il hesabatında deyilir ki, həmin il Azərbaycanda 11 min 606 şəxsdə xərçəng aşkarlanıb.
Manevr.az Cebhe.info-ya istinadən xəbər verir ki, xəstəlikdən ölənlərin sayı isə 8 min 133 nəfər olub. Hesabata görə, ölkədə ən çox süd vəzisi, ağciyər, mədə, bağırsaq və qida borusunun xərçəngi aşkar edilib. Statistikaya görə, 2020-2021-ci illərdə müvafiq olaraq, ölkədə ilk dəfə diaqnoz qoyulan onkoloji xəstələrin sayı 11595 və 13644 nəfər olub. Ötən ilin məlumatında ölkədə ümumi 59 minə yaxın onkoloji xəstənin olduğu bildirilir. Xəstəliyin dünyada artması proqnozu ölkələri narahat edir və xəstəliklə mübarizəni artırmaq üçün müəyyən addımlar atılır. Qonşu Gürcüstanda xərçəng xəstəliyi daşıyan vətəndaşların tam müalicə olunması üçün ümumi sağlamlığın qorunması üzrə dövlət proqramına dəyişikliklər edilib.
Səhiyyə Nazirliyinin məlumatında bütün xərçəng xəstələri üçün hormon terapiyası, kimyaterapiya, şüa terapiyası və dərman preparatlarının dövlət tərəfindən maliyyələşdiriləcəyi qeyd edilib. Sözügedən qərara əsasən, universal səhiyyə proqramı çərçivəsində onkoloji xəstəliklərin müalicəsi gəlirindən asılı olmayaraq hər bir vətəndaş üçün bərabər şəkildə əlçatan olacaq. 
Dəyişiklik artıq Gürcüstan hökuməti tərəfindən təsdiqlənib. Bəs Azərbaycan xərçəng xəstəliyi ilə necə mübarizə aparır və xərçəng xəstələrinin müalicəsi dövlət hesabına aparılırmı? 
Ölkədə bu xəstəliklə mübarizə bir neçə qanunda öz əksini tapıb. 2006-2010-cu illər üçün “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” təsdiqlənib. Proqram təsdiqləndikdən sonra onkoloji xəstələrə bir sıra dərman preparatları pulsuz verilir. Bu proqram çərçivəsində onkoloji xəstələrə dövlət hesabına verilən şiş əleyhinə dərman preparatlarının siyahısına 229 dərman və dərman preparatı daxildir. Həmçinin, onkoloji xəstələrin pulsuz dərmanla təminatı haqqında ayrıca qanun qəbul edilib.
2006-cı ildə "Onkoloji yardım haqqında" qəbul edilən qanuna 2022-ci ildə müəyyən dəyişiklər edilib. Sözügedən Qanunun 4-cü maddəsinin 4.3 bəndi deyilir ki, hər bir Azərbaycan vətəndaşı olan onkoloji xəstənin tibbi yardımı dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Bu qanunla onkoloji xəstələrin cərrahiyyə əməliyyatı, polikimyəvi terapiyası, şüa müalicəsi , ağrıkəsici vasitə kimi narkotik vasitələrdən istifadə dövlət hesabınadır. Bu qanunların icrası üçün dövlət büdcəsindən 2007-ci ildən vəsait ayrılır. 
Onkoloji xəstələrin təmənnasız müayinə və müalicəsi daha çox Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında aparılır. 2022-ci ildə Milli Onkologiya Mərkəzinə büdcədən 47 milyon manat vəsait ayrılıb. Adı çəkilən xəstəxanalarda müalicənin pulsuz olduğu deyilsə və buna görə dövlət büdcəsindən pul ayrılsa da, xərçəng xəstəliyindən əziyyət çəkənlərin tez-tez narazılığına rast gəlirik. Sosial şəbəkələrdə xəstələr və xəstə yaxınları müəyyən analiz və dərmanlara pul verdiklərini və bu dərman preparatlarının xeyli baha olduğunu bildirirlər. 

Bəs çıxış yolu nədir? 
1 aprel 2021-ci ildən bütün ölkə ərazisində icbari tibbi sığorta sistemi tətbiq edilir. 2022-ci ildə xərçəng xəstəliyinin icbari tibbi sığorta zərfinə salınması barədə müzakirələr gedirdi. Ötən ilin noyabrında Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov icbari tibbi sığorta üzrə xidmətlər zərfinə onkoloji xəstəliklərin də daxil edilməsini təklif edib.

Lakin o, onkoloi xəstəliklərin icbari tibbi sığorta ilə əhatə etmək üçün 200 milyon vəsaitin lazm olduğunu qeyd edib. 2023-ci ildə İcbari Tibbi Sığorta Fondunun büdcə gəlirləri və xərcləri eyni məbləğdə - 2 393,244 milyon manat olduğu təsdiqlənib. 2023-ci ildə İcbari Tibbi Sığorta Fondunun büdcə gəlirləri və xərcləri eyni məbləğdə - 2 393,244 milyon manat olduğu təsdiqlənib. Bundan başqa, onkoloji xəstəliklə bağlı daha bir qanun da onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanmasına yardım edəcək. 
2022-ci ildə ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd edilib ki, İcbari Tibbi Sığorta üzrə dövlət agentliyi Səhiyyə Nazirliyi ilə birgə 2026-cı ilədək onkoloi xəstəliklərin erkən mərhələdə aşkarlanması göstəricisinin 45 faizə qaldırılmasını təmin etməlidir. Göründüyü kimi, xəstəliklə mübarizədə xeyli sayda qanun qəbul edilib. Onkoloji xəstələr dövlət hesabına müayinə və müalicə olmalı, onlar lazım olan dərman preparatları ilə təmin edilməlidirlər. Bununla belə, tez-tez onkoloji xəstəlikdən əziyyət çəkən xəstələrin müalicəsi, hətta müayinəsi zamanı əlavə xərclərinin çıxdığı barədə fikrilər səslənir. 
Bir sözlə, ən ağır xəstəlik qarşısında aciz qalıb, mübarizə aparanlar həm də qanun qarşısında aciz qalmayanlarla mübarizə aparıb yaşamağa çalışırlar. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar