Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bayram günü işləyənlərin əməkhaqları necə hesablanmalıdır? - AÇIQLAMA

Tarix: 07-07-2023 16:25     Baxış: 3168 A- / A+

Elə sahələr var ki, bayram, yaxud istirahət günləri işləmək orada qaçılmazdır. Ancaq bu, heç də bütün işçilərin ürəyincə deyil. Hətta bir sıra müəssisələrdə işçilərin gündəlik norma olan səkkiz saatdan artıq işlədildikləri iddia olunur. Bəzi şəxslər tabeçilik funksiyasına görə bunu dilə gətirə bilmirlər. Çünki işlərini itirməkdən qorxurlar. Xüsusən də işçilərin iş saatından artıq işlədilməsi özəl sektorda daha geniş yayılıb.
Bütün bunları nəzərə alaraq onu da deyək ki, heç kim məcburi işlədilmir, hər kəs öz xoşu ilə fəaliyyətinə davam edir.
Çox uzağa getməyək, məlum olduğu kimi, ötən ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, iyun ayında iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə iş təqvimində dəyişiklik edildi. Belə ki, 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirildi. Nəticə etibarilə, beşgünlük iş qrafiki ilə çalışanlarda iyunun 26-dan iyulun üçünədək yeddi gün ardıcıl istirahət oldu.
Amma nəzərə almaq lazımdır ki, ondan öncəki həftə - 19-25 iyun tarixləri - ardıcıl yeddi gün iş günü oldu.
Belə hallar qanunla necə tənzimlənir? İş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqının ödənilməsi doğru aparılırmı?
Manevr.az xəbər verir ki, oxu.az-ın bu sualını əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov cavablandırıb.
Ekspert bildirib ki, qərarda problem yoxdur. Bu qərar, Əmək Məcəlləsinin 105-ci maddəsində müəyyən olunmuş “bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər” normasına uyğun qəbul edilib:
“Qanunvericilikdə müəyyən olunmuş hallarda müəssisələr işçiləri bayram və istirahət günləri işə cəlb edə bilərlər.
Maraqlı məsələlərdən biri də bayram və iş günü hesab edilməyən istirahət günlərində işə cəlb edilmiş işçilərin əməyinin hansı formada ödənilməsi məsələsidir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn Günü görülən işə görə əməkhaqqının ödənilməsi Əmək Məcəlləsinin 164-cü maddəsində müəyyən olunmuş formada həyata keçirilməlidir.
Belə ki, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn Günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:
- əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;
- əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
- aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
İkinci variantda isə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn Günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər”.
Oxuculara aydın olsun deyə hesablanma qaydasına nümunə qeyd edirik.
Nümunə 1. İstehsalat zərurəti ilə əlaqədar olaraq işçi iyun ayının 28 və 29-u tarixlərində iki bayram günü işə cəlb edilib. Bağlanmış əmək müqaviləsində belə hallarda işçiyə gündəlik tarif maaşının iki misli məbləğində əlavə ödənilməsi razılaşdırılıb (ikiqatdan artıq da ola bilər). İşçinin tarif maaşı 800 manatdır. İyun ayında işçinin iki gün bayram günündə işə cəlb edildiyini nəzərə alaraq iyun ayı üzrə əməkhaqqının hesablanmasına nəzər salaq:
Fərz edək ki, iyun ayındakı iş günlərinin sayı 18-dir. İki bayram günü işə cəlb edildiyi üçün işçinin iyun ayında alacağı əməkhaqqı aşağıdakı şəkildə olacaq:
Bir iş gününə düşən tarif maaşı: 800 manat/18 iş günü = 44,44 manat;
Bir istirahət günü işlədiyinə görə əlavə: 44,44 manat * 2 əmsal = 88,88 manat;
İki istirahət günü işlədiyinə görə əlavə: 88,88 manat * 2 gün = 177,78 manat;
İyun ayı üzrə cəmi əməkhaqqı: 800 manat + 177,78 manat = 977,78 manat.
Deməli, işçi iyun ayında iki bayram günü işlədiyi üçün 177,78 AZN əlavə əməkhaqqı alacaq. İşçinin istəyinə uyğun olaraq, əlavə əməkhaqqı əvəzinə ona başqa istirahət günü (əvəz-gün) də verilə bilər.
Ekspert onu da əlavə edib ki, əməkhaqqının verilməsi günü istirahət, səsvermə, Ümumxalq Hüzn Günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o, bilavasitə həmin günlərdən əvvəlki gündə ödənilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar