Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Minalar Azərbaycanda və Ukraynada kənd təsərrüfatına mane olur” - "Forbes"

Tarix: 14-09-2023 14:25     Baxış: 3163 A- / A+

“Minalar Azərbaycanda və Ukraynada kənd təsərrüfatına mane olur” -


“Azərbaycan erməni separatçıları tərəfindən zəbt edilmiş və otuz il ərzində işğal olunmuş beynəlxalq səviyyədə tanınan ərazilərinin böyük bir hissəsini geri alsa da, bura sovet dövründən qalma minalarla doludur”.
 
Manevr.az bildirir ki, bu, “Forbes”də yayımlanan yazıda bildirilib.
 
Qeyd olunub ki, davam edən minatəmizləmə işləri sayəsində ötən il orada 50 min hektara yaxın dənli bitkilər əkilib. “Yüz minlərlə keçmiş məcburi köçkün öz evlərinə qayıtmağa və dağılmış şəhərləri bərpa etməyə ümid etdiyi üçün Azərbaycan minaların təmizlənməsini əsas prioritet hesab edir. Qarabağ bölgəsi bir vaxtlar kənd təsərrüfatı məhsulları ilə tanınırdı”, - nəşr vurğulayıb.
 
Məqalədə həmçinin, Prezident İlham Əliyevin çıxışları da xatırlanıb. “Azərbaycan ərazilərinin işğaldan azad edilməsi nəticəsində biz indi həmin torpaqların infrastruktur, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı aktiv işlənmə mərhələsindəyik. Çünki işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı potensialı həqiqətən güclüdür” -  bu ilin əvvəlində ölkə başçısı söyləyib. 
 
“Forbes” ərazilərin minalarla çirklənməsini Ukraynadakı vəziyyətlə müqayisə edib:

“Burada minalardan 300-ə yaxın azərbaycanlı həlak olub və ya yaralanıb. Bu isə Ukraynadakı vəziyyətlə oxşardır. “Save The Children” adlı QHT-nin məlumatına görə, Ukraynada minalar səbəbindən yaralananların səkkizdə biri uşaqdır”.
 
Qeyd olunub ki, minaların təmizlənməsi üçün ən böyük maneələrdən biri xərcdir: “Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə görə, minanın istehsalının dəyəri nisbətən ucuz olsa da, bir minanın çıxarılması 300-1000 dollar arasında dəyişə bilər. Hətta zəngin təbii qaz ehtiyatlarına görə nisbətən varlı ölkə olan Azərbaycan üçün də bu, böyük problem yaradır. Ukrayna üçün isə vəziyyət daha pis olacaq”.
 
Nəşr vurğulayıb ki, Azərbaycanda minalarla bağlı başqa narazılıqlar da var: “Ermənistan hakimiyyəti ardıcıl olaraq minaların harada yerləşdirildiyini göstərən xəritələri verməkdən imtina edir. Çox vaxt minatəmizləmə üzrə mütəxəssislər konkret olmayan qeydlərlə işləmək məcburiyyətində qalırlar. Bu da onların işlərini yavaşladır. Ukrayna da Rusiya ilə müharibədə qalib gələrsə, çətin ki, Putin mina xəritələrini təqdim etsin.Hər iki ölkədə minalara qarşı mübarizə onilliklər olmasa da, illər çəkəcək. Bəzi analitiklər Ukrayna ərazisinin təxminən 30 faizinin hazırda minalandığını, yeni və innovativ həllər tətbiq edilməsə, bu minaların təmizlənməsinin əsrlər çəkə biləcəyini bildiriblər. Bununla belə bu, hər iki ölkədə qeyri-mümkün mübarizə deyil. Çünki hər iki ölkədə fermerlərin bir gün yenidən əkinlə məşğul ola bilməsini təmin etməyə çalışan fərdlər və təşkilatlar var”.sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar