Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya Ermənistanı tərk edir - Azərbaycan fürsətdən istifadə edəcək

Tarix: 14-09-2023 13:14     Baxış: 3309 A- / A+
Rusiya Ermənistanı tərk edir - Azərbaycan fürsətdən istifadə edəcək


Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə son zamanlar soyuqluq yaşanır. İki ölkə rəsmiləri bir-biri əleyhinə çıxışlar edir. Ermənistan Baş naziri Nikol Paşinyan sentyabrın əvvəlində İtaliyanın “La Republica” qəzetinə müsahibəsində deyib ki, Ermənistanın yalnız Rusiyaya bel bağlaması strateji səhvdir və Rusiya regionu tamamilə tərk edə bilər.
 
Paşinyan ABŞ-ın “Politico” qəzetinə müsahibəsində də Rusiyanı kəskin tənqid edib. O deyib ki, Rusiyanın Ukraynadakı işğalçılıq siyasəti o deməkdir ki, Azərbaycanla açıq münaqişəyə qayıtmaq qorxusu artsa da, Ermənistan daha öz təhlükəsizliyinin təminatçısı kimi Moskvaya arxalana bilməz. Paşinyan bildirib ki, Ukraynada baş verən hadisələr Rusiyanın imkanlarını dəyişdi.
 
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bununla bağlı “pis rəqqas” haqqında məsəli yada salıb. Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın da Rusiyanı tənqid etməsini xatırladıb. Simonyan isə bunun müqabilində “hansısa katibəyə” cavab verməyəcəyini bildirib.
 
Digər yandan ABŞ-ın Ermənistanda hərbi təlimlər aparması Rusiyanı ciddi şəkildə qıcıqlandırıb. Cəmi 175 erməni və 85 amerikalı hərbçinin iştirakı ilə “Eagle Partner” adlanan bu təlimlər Rusiya tərəfindən diqqətlə izlənilir. Müşahidəçilər deyir ki, Ermənistan öz təhlükəsizliyinin təminatçısı kimi Rusiyadan məyus olur və yeni müttəfiqlər axtarır.
Rusiya və Ermənistan arasında gərginliyin səbəbləri nələrdir? Azərbaycan bu gərginlikdən istifadə edə bilərmi?
 
Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya ilə Ermənistan arasındakı gərginlikdən Azərbaycan faydalanmalıdır:
 
“Amerikanın Ermənistanda hərbi təlimləri Rusiyanı narahat edir. Əslində, böyük hərbi təlimlərdən söhbət getmir. 85 amerikalı hərbçinin qısa təlimləri olacaq. Amma təlimin adı böyükdür. ABŞ-ın Ermənistanda olması özü Rusiyanı qıcıqlandırır. Bu gün Rusiya ilə Ermənistan arasında söz atışması davam edir. Bundan biz faydalana bilərik. Rusiyanın Paşinyanı cəzalandırmaq niyyəti varsa, şimal qonşumuz bizim Qarabağda tamamilə nəzarəti ələ keçirib, qayda-qanun yaratmağımıza mane olmamalıdır. Rusiya bunu istəyirmi? Bu böyük bir sualdır. Məsələn Rusiya Prezidenti Vladimir Putinin Vladivastokdakı çıxışı təxribatçı tezislərlə dolu idi. Kəlbəcər və Laçını Ermənistana peşkəş çəkdiyini, əvəzində Ermənistandan Azərbaycana 5 rayonu qaytarmasını istədiyini deyib. Bununla da sülhün yaranmasını guya hədəfləyiblər. Rusiya Kəlbəcəri və Laçını Ermənistana peşkəş etmək istəyəndə bizdən icazə aldımı? Yaxud “etnik təmizləmə” ifadəsini işlədir. Guya Rusiya hərbi kontingenti buna görə Qarabağdadır. Nə qədər Rusiyayla Ermənistan arasında gərginlik, söz atışması olsa da, şimal qonşumuzun caynaqlarını Ermənistandan çəkmək niyyətinin olmadığı aydın sezilir. Onsuz da, bu mümkün də deyil. Çünki Ermənistanda hərbi bazaları var. Ermənistanın sərhədlərini qoruyur, ona ucuz qaz satırlar. ABŞ və Fransa gəlib Rusiyanı əvəz edə bilməyəcək. İndi Rusiya ilə Ermənistan hakimiyyətinin təmsilçisi arasında gərginlik var. Biz də bundan istifadə edib, Qarabağda öz işimizi görməliyik.İndi bir yük keçib. Lakin bizim yüklərimiz orada ilişib qalıb. Laçın yolunu biz bu şərtlər altında aça bilmərik”.

Politoloq vurğulayıb ki, Amerikanın Ermənistanda hərbi təlimləri Rusiyayla yanaşı, İranı da narahat edir:
 
“İran da yumşaq şəkildə öz etirazını bildirib. İran Prezidenti İbrahim Rəisi Nikol Paşinyana zəngində ABŞ-ın adını çəkməsə də, deyib ki, bölgə ölkələlərindən kənar qüvvələrin burada varlığı yolverilməzdir. O, “3+3” formatını da xatırladıb. Lakin İranın sözü varsa, Ermənistana deməlidir, Azərbaycana yox. Amerika Azərbaycanda yox, Ermənistanda hərbi təlimlər keçir. İranın baş düşməni də məhz ABŞ-dır. Digər yandan  “3+3” formatını İran dəstəklədiyini deyir. Formatı Azərbaycan da dəstəkləyir. Bunun əleyhinə olan Ermənistandır. Çünki Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmir, bizim ərazi bütövlüyümüzü tanımaqdan yan keçir. Ona görə İranın nə sözü varsa, Ermənistana deməlidir. İndi İran iddia edir ki, Azərbaycanla sərhəddə təlimlər keçirmir. Azərbaycanla münasibətlərin normal olmasında maraqlıdır. Biz də normallaşmanın tərəfdarıyıq. Lakin bununla əlaqədar konkret addımlar atmaq lazımdır”.
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar