Xəbər lenti
“Uşaqlara maska taxmaq qəti qadağandır, faciəyə səbəb ola bilər”
Maska taxmaq Covid 19-dan qurtuluş yoludurmu?
Müqayisəli təhlil.
Artıq bir ildən artıqdır ki, insanlığı əsirinə çevirən Covid 19-dan əsas qorunma yollardan birinin, maska taxılması olduğu bildirilir. Bu hal dünyanın əksər ölkələrində hətta rəsmləşdirilib.
Maska taxmağın istər xeyirli, istərsə də zərərli tərəfini hərtərəfli təhlil edib, bu haqda bəzi zəruri tövsiyələri dəfələrlə bildirmək istəsəm də, fərdi və əks, hətta təhqir xarakterli rəy və postları oxuduqca, bu fikrimdəm əl çəkmişəm. Hazırda bu haqda kəskin, ziddiyyətli yanaşmaları, insanların bu məsələyə sonsuz marağını, xüsusən bu haqda bir dənə də olsa tövsiyə xarakterli maarifləndirici məlumata rast gəlmədiyimə görə, bu problemə münasibət bildirməyin artıq zərurət olduğu qənaətinə gəldim:
Qoruyucu maskalardan istifadənin tarixi bizim eradan əvvəl 6-cı əsrdən başlayır. Ondan əvvəl isə, insanlar tanınmamaq məqsədilə maskalardan istifadə edirdi. Hazırkı tibbi maskaların sələfi hesab olunan “quş maskalarından” (quş dimdiyini xatırladan görünüşü vardı) 1345-1351-ci ildən Avropada 25 milyon insanın ölümünə səbəb olan “Qara Ölüm”- Vəba pandemiyası yayıldığı dövrdən istifadə olunmağa başladı.
Covid 19 pandemiya halını aldıqdan sonra, maska taxmağa münasibətdə dünya iki qütbə ayrıldı. Bir sıra ölkələrdə insanlar maskadan mütləq şəkildə istifadə etməyə başladı (məs. Cənubi Şərqi Asiya ölkələri). Bir sıra ölkələrdə isə buna son zamanlara qədər demək olar ki, əməl olunmurdu. Bir qrup Amerika və Tayvan alimlərinin “Science” jurnalında dərc olunan tədqiqatı göstərdi ki, digər viral infeksiyalardan fərqli olaraq, Covid19 törədiciləri tək kataral vəziyyətdə olan xəstələrdən deyil, hətta xəstəliyi simptomsuz keçirən şəxslərin tənəffüs havasında 0,1 -1000 nonometrli hissəciklər şəklində ətraf mühitə verilə, eləcə də əşyaların üstünə çökərək, uzun müddət saxlanılmaqla, kontakt yolu ilə yoluxmaya səbəb ola bilər. Tənəffüs havası ilə rütubətləndirilən qapalı mühitdə isə, onlar istər hava, istərsə də çökdüyü səthdə daha uzun müddət qaldığından, virusun virulentlik əmsalı və yoluxdurma potensialı qat-qat yüksək olur (bu həqiqətdir).
İndi isə, bu söyləntilərin arxasında duran əsl reallıq haqqında:
Əvvəla tənəffüs havası ilə mikroaerozollar şəklində əşya səthinə çökən virusun guya maska taxılmasa, “əl-ayaq-ağız” yolu, yəni kontakt yolla ağıza və ya buruna düşərək xəstəlik törətməsinə münasibət.
Bidirmək istəyirəm ki, xüsusən açıq havada istənilən bir əşyanın, hətta taxılmış maskanın üzərinə düşmüş Covid 19 virusu, mürəkkəb struktur əsaslı olduğundan, çox sürətlə parçalanaraq nuklein ardıcıllığını itirdiyi üçün, yoluxduruculuq qabiliyyəti praktik olaraq sıfırlanır (istənilən səth üzərində uzun müddət yalnız bəsit struktura malik olan viruslar, məsələn polimielit virusu, yaşaya bilir). Bu halda, hətta laborator müayinə həmin səthdə virusun olduğunu təsdiqləsə belə, bu artıq yoluxduruculuq qabiliyyətindən tam məhrum olan inaktiv ştamm və ya genom fraqmentidir. Yəni heç bir halda yoluxma törədəcək gücə və ya potensiala malik deyildir və malik ola da bilməz.
İndi isə Covid 19-un hava damcı üsulu ilə yoluxması haqqında:
Bildirmək istəyirəm ki, bu haqda məlum alimlərin söylədikləri və gəldiyi qənaətdən çox da qorxub panikaya düşmək lazım deyildir, çünki ölçüsü yalnız 20 nonomikronda kiçik olan hissəçiklər ağ ciyər və tənəffüs yollarına keçə bilir; 1 mlm tənəffüs havasında 1000 mlm hissəçik olsa belə, 20 nonomikrondan kiçik hissəciklərin faiz nisbəti, heç də həmişə yoluxmaya səbəb olan virus yükünü daşımağa imkan vermir;
ölçüsü 20 nonomikrondan böyük olan hissəçiklər isə, yalnız həzm traktına daxil olur və mədənin turş mühütündə ani olaraq inaktivləşir; hətta həmin şəxs axlorhidriyadan əziyyət çəkirsə belə, həzm traktında AÇF reseptorları olmadığından, bu halda Covid 19-a yoluxma haqqında düşünmək belə absurd bir şeydir;
digər tərəfdən, hətta günəş şüası olmadıqda belə, təmiz atmosfer havası çox yüksək antimikrob və antiviral təsirə malikdir və çox qısa müddətdə virusların genom strukturunu inaktivləşdirməklə, onların virulentlik əmsalını sıfırlayır.
Odur ki, yalnız yaxın kontaktda, xüsusən, qapalı mühüt daxılındə (təkrar edirəm, qapalı mühit daxilində) bu infeksiyadan qorunmanın əsas yollarından biri maska taxmaqdır.
İndi isə maska taxmanın yaxın və uzaq fəsadları haqqında:
1. Uşaqlara təsiri.
Birinci uşaqlıq yaş dövrü sona çatana qədər (6 yaş) bronx-ağ ciyər sistemi formalaşmadığına görə, uşaqlara maska taxmaq qəti qadağandır. Bu hal faciəyə səbəb ola bilər. Yalnız zərurət yaranarsa (uşaq təhlükə gözlənilən qapalı mühitə girirsə), maska qısa müddətə- 10-15 dəqiqə taxıla bilər. Yaxşı olar ki, maska taxmağa bu münasibət, uşaqlarda ağ ciyər-tənəffüs sistemi tam formalaşana qədər, yəni qız uşağının 11, oğlan uşağının isə 12 yaşı olana qədər əməl olunsun./pravda.az
Musa Qəniyev,
Professor
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar