Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ürək-damar xəstələri normal həyatda riayət etdikləri qaydaları COVID-19 pandemiyası dövründə də gözləməlidirlər

Tarix: 01-01-2021 21:10     Baxış: 5186 A- / A+
Ürək-damar xəstələri normal həyatda riayət etdikləri qaydaları COVID-19 pandemiyası dövründə də gözləməlidirlər

Son günlər xəstələr əsasən təngnəfəslikdən şikayət edirlər. Pandemiya dövründə şikayətlənən xəstədə, ilk növbədə, yeni növ koronavirus (COVID-19) olduğu inkar olunmalıdır.
Bu, ilk növbədə, anamnez, PZR testi vasitəsilə aparılan müayinələr nəticəsində edilməlidir. Təcrübəli kardioloq xəstənin şikayətlərinə əsasən narahatlıqların ürək mənşəli olub-olmadığını müəyyən edə bilər. Lakin bəzən yanaşı gedən xəstəliklər də olur. Ürək çatışmazlığından əziyyət çəkən xəstə COVID-19-a yoluxanda temperatur yüksəlir, ürək döyüntülərinin sayı və yoluxma ilə əlaqədar təngnəfəsliyi artır. Bu, heç də o demək deyil ki, ağciyərlər prosesə qoşulub, çünki temperatur yüksəldikcə ürək döyüntülərinin də sayı artır və nəticədə ürək çatışmazlığı şikayətləri yaranır. Digər bir hal isə ondan ibarətdir ki, bəzən ürək çatışmazlığı olan xəstə COVID-19-a yoluxması ilə əlaqədar olaraq kardioloqun yazdığı dərmanları dayandırır və yoluxma ilə əlaqədar olaraq S vitamini, çoxlu maye qəbul edir və bu zaman maye ilə yüklənmə nəticəsində ürək çatışmazlığı şikayətləri meydana gəlir.

Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universiteti Tədris-Cərrahiyyə Klinikasının invaziv kardioloqu Sara Bayramzadə deyib.

Onun bildirdiyinə görə, COVID-19 virus infeksiyası olsa da, təkcə ağciyərlərin yoluxmasına deyil, yanaşı olaraq ürək-damar sisteminin xəstəliklərinə də ciddi təsir göstərir: "Kardioloji xəstələr normal həyatda gözlədikləri qida pəhrizi qaydalarına, duzsuz diyetaya riayət etdikləri kimi COVID-19 pandemiyası dövründə də həmin qaydaları gözləməlidirlər. Bundan başqa həmin dövrdə bol meyvə-tərəvəzə üstünlük verməli, gün ərzində 5 qramdan artıq yodlaşdırılmış duz qəbul etməməlidirlər. Ürək çatışmazlığı və arterial təzyiqi olan xəstələr həddindən artıq duzlu qidadan istifadə etdikdə orqanizmdə artıq maye toplanılmasına və ürək çatışmazlığının kəskinləşməsinə səbəb olur. Tünd çay içilməsi ürək döyüntülərinin sayını artırdığına görə onun qəbul edilməsi tövsiyə olunmur və açıq rəngli çaylardan istifadə edilməsi daha yaxşı olar. Təkcə ürək-damar xəstələrinə deyil, sağlamlıq problemi olmayanlara da gün ərzində 5 kilometr sürətli yeriş məsləhət görülür. Pandemiya dövründə məhdudiyyətlərlə əlaqədar açıq havada olmasa da, evin içində, eyvanda, dəhlizdə də iti addımlarla gəzmək mümkündür".

Həkim-kardioloq COVID-19-la əlaqədar bəzi xəstələrdə yaranan panik atak barəsində bunları söyləyib: "Psixoemosional sferanın qəfləti olaraq kəskinləşməsi ilə müşayiət olunur və ilk növbədə, xəstələrin kəskin təngnəfəsliyə səbəb olur. Nə qədər maarifləndirilsələr də, insanlar bəzən öz psixoloji aləmlərini idarə edə bilmirlər. Letallıq daha çox yanaşı xəstəliyi olanlar və COVID-19 infeksiyasına yoluxduğuna inanmayıb heç bir müalicə qəbul etmədən öz vəziyyətini ağırlaşdıranlar arasında baş verir. Xəstəliyin əlamətləri hiss olunmağa başlayan ilk günlərdə həkimə müraciət edən xəstə virus əleyhinə preparatlar və vitaminlər qəbul edərək əvvəlki sağlamlığına qovuşa bilər. Vaxtında ilkin əlamətləri ciddi qəbul edib ona məhəl qoymayan xəstələrə sonrakı mərhələdə heç bir müalicə kömək etmir. Ona görə də qorxu hissi, panik atak yaşamağa ehtiyac yoxdur. Bitki tərkibli sakitləşdiricilər, açıq havada olmaq və özünütəlqinlə vəziyyəti sakitləşdirmək, vaxtında müdaxilə ilə vəziyyəti aradan qaldırmağa çalışmaq lazımdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar