Xəbər lenti
Ürək çatışmazlığı varsa...
Ürək çatışmazlığı ürək funksiyasının elə pozuntusudur ki, bu zaman o, orqan və toxumaları kifayət qədər qanla təmin edə bilmir. Orqanizmin hüceyrələri qida maddələrini yetərincə almır və oksigen aclığı baş verir. Xroniki ürək çatışmazlığı praktik olaraq bütün ürək xəstəliklərinin sonluğu kimi dəyərləndirilir.
Ürək çatışmazlığının səbəbləri
Manevr.az hekimtap.az-a istinadən bildirir ki, ürək çatışmazlığının ən geniş yayılmış səbəbləri - ateroskleroz, hipertoniya xəstəliyi, simptomatik arterial hipertenziyadır. Damarların saxılmasından qanın daxildəki hərəkəti çətinləşir və ürək onu itələməyə çətinlik çəkir. Müəyyən dövrə qədər bu pozuntu ürəyin gücünün və ürək döyüntüsünün artması sayəsində bərpa olunur, lakin tədricən ürək artıq yüklənmənin öhdəsindən gəlmir.
Ürək çatışmazlığına səbəb kimi miokardit, miokardiodistrofiya, ürək qapaqlarının qüsuru, ağır infeksiyalar, zəhərlənmələr, autoimmun xəstəliklər zamanı meydana gələn ürək funksiyasının pozuntusunu da göstərmək olar.
Bir çox ağciyər xəstəlikləri ürək damarlarındakı arterial təzyiqin artması ilə müşayiət edilir. Nəticədə ürəyə düşən ağırlıq artır və bu da ürək çatışmazlığına şərait yaradır.
Böyrək funksiyalarının pozulması zamanı orqanizmdə artıq maye yığılır, bu isə qanın miqdarının artmasına və ürək əzələsinə düşən yüklənmənin artmasına gətirib çıxarır.
Əksər hallarda ürək çatışmazlığı miokard infarktından sonra inkişaf edir.
Ürək çatışmazlığının simptomları
Ürək çatışmazlığının simtomları ilkin mərhələdə yalnız fiziki yüklənmələr zamanı meydana çıxır. Təngənəfəslik yaranır - tənəffüs tezləşir və dərin olur, yəni iş və ya fiziki hərəkətin ağırlığına müvafiq olmur. Ağciyər damarlarında təzyiq qalxarsa, xəstəni öskürək, bəzən isə qanlı öskürək narahat edə bilər.
Fiziki yüklənmə, çoxlu qida qəbulu zamanı və uzanılı vəziyyətdə ürək döyünməsi şiddətlənir. Xəstə izafi yorğunluq və zəiflikdən şikayət edir.
Tədricən bu simptomlar güclənir, təkcə fiziki iş zamanı deyil, sakit vəziyyətdə də xəstəni narahat etməyə başlayır.
Ürək çatışmazlığı olan pasiyentlərdə sidik miqdarının azalması müşahidə edilir, onlar ayaq yoluna daha çox gecələr gedirlər. Axşamlar ayaqlarda şişlər yaranır, əvvəlcə pəncədə, sonra daha yuxarı nahiyələrdə. Pəncənin, biləklərin dərisi, burnun ucu göyümtül rəng alır.
Əgər ürək çatışmazlığı qaraciyər damarlarında qanın durğunluğu ilə müşayiət edilərsə, sağ qabırğaaltı nahiyədə ağırlıq və ağrılar əmələ gəlir.
Tədricən ürək çatışmazlığı baş beyin qan dövranının pozulmasına gətirib çıxarır. Xəstə əsəbi olur, əqli əmək zamanı tez yorulur, depressiyaya düşmə halları qeydə alınır. O,gecələr pis yatır, gündüzlər isə daim yuxulu olur.
Əgər vaxtında müalicə aparılmazsa, ürək çatışmazlığı daha ağır fəsadlara yol açır, xəstənin vəziyyəti pisləşir. Kifayət qədər qida maddələri və oksigen almadığından tədricən bütün orqanların işi pozulur. Bu isə əlillik və ölümlə nəticələnə bilər.
Ürək çatışmazlığından əziyyət çəkən pasiyentlər terapevtl və kardioloqun qeydiyyatında olmalı, müntəzəm şəkildə müayinəyə gəlməli, vaxtaşırı stasionar müalicə keçməlidirlər.
Ürək çatışmazlığının müayinəsi
Ürək çatışmazlığı zamanı həkim sizə aşağıdakı müayinə və analizləri təyin edə bilər:
- Qanın ümumi analizi;
- Ürəyin ultrasəs müayinəsi;
- Döş qəfəsinin rentgenoqrafiyası;
- EKQ.
- Qaraciyər və böyrəklərin ultrasəs müayinəsi
Ürək çatışmazlığının müalicəsi
Ürək çatışmazlığının müalicəsi medikamentoz vasitələrlə aparılır. Periodik olaraq, müayinə və müalicə üçün stasionar tələb oluna bilər. Adətən, ürək çatışmazlığında aşağıdakı müalicə və tövsiyələr tətbiq olunur:
- Fiziki yüklənmələrin məhdudlaşdırılması;
- Müalicəvi bədən tərbiyəsi;
- Diyeta:duz, maye və yağlı yeməkləri məhdudlaşdırmaq lazımdır;
- Arterial təzyiqin və ürək yüklənməsini aşağı salmaq üçün dərman preparatları;
- Ürək yığılmalarını gücləndirən vasitələr;
- Artıq mayeni orqanizmdən kənarlaşdıran və su-duz balansını bərpa edən preparatlar;
- Ürək əzələsində maddələr mübadiləsini bərpa edən vitamin və mikroelementlər;
- Ürək çatışmazlığına gətirib çıxaran əsas xəstəliyin müalicəsi.
Ürək çatışmazlığının profilaktikası
Ürək çatışmazlığının qarşısını almaq üçün vacibdir: düzgün qidalanma, kifayət qədər fiziki aktivlik, pis vərdişlərdən imtina etmək. Bütün ürək-damar xəstəlikləri vaxtında müəyyənləşdirilməli və müalicə edilməlidir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar