Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Körpələrin göbəkbağından alınan qan yaşlı siçanları cavanlaşdırıb - İNANILMAZ KƏŞF

Tarix: 31-12-2017 21:45     Baxış: 4465 A- / A+
Körpələrin göbəkbağından alınan qan yaşlı siçanları cavanlaşdırıb - İNANILMAZ KƏŞF


Müəyyən yaşdan sonra insan beyni ləng işləməyə başlayır. Bunun səbəbini araşdıran alimlər göbəkbağından alınan qanın tərkibindəki zülalın insanı canlaşdırdığını bildiriblər.

Onlar qeyd ediblər ki, daha əvvəl yeniyetmələrdən götürülmüş qan yaşlı siçanların yaddaşını və cəldliyini yaxşılaşdıra bilib. İndi isə son araşdırmalar nəticəsində məlum olub ki, körpə uşaqların göbəkbağından götürülmüş qan daha güclü cavanlaşdırıcı effektə malikdir.

Manevr.az bildirir ki, Stenfordsk Universitetindən olan Cozef Kastellano həmkarları ilə birlikdə apardığı müşahidələr nəticəsində bu qənaətə gəlib. O, 3 müxtəlif yaş qrupundan olan insanlardan - körpələr, 22 yaşına qədər olan gənc insanlar və yaşı təxminən 66-ya qədər olan yaşlı nəsildən qan alıb. Eksperiment yaşı təqribən 50 yaşlı insana bərabər olan siçanlar üzərində aparılıb. İnsanlardan alınan qan plazmasını siçana yeritdikdən sonra ciddi dəyişikliklər müşahidə olunub.

Ən effektiv nəticə göbəkdən alınan qan plazmasının siçanlarda göstərdiyi dəyişiklik olub. Eksperimentdən sonra labirint şəkilli yola buraxılan siçanlar oradan çıxışı daha tez yadda saxlayıb və tapıb. Onların hərəkətlərində gözə çarpacaq dərəcədə cəldlik müşahidə olunub.

66 yaşa qədər olan insanlardan alınan nümunələr heç bir effekt verməyib.

Kastellano və komandası müəyyən edib ki, göbək nahiyəsindən alınan qanın plazmasında TIMP2 (kodlaşdırılmış protein) daha çoxdur. Tərkibində zülal olan plazma müəyyən yaş dövründən sonra ciddi şəkildə azalır. Bu səbəbdən körpələrdən alınan qanın tərkibində TİMP2 səviyyəsi çox yüksək olduğu üçün siçanların fiziki qabiliyyətini və beyin hüceyrələrini daha tez qidalandırıb. Eyni zamanda, siçanlarda itirilmiş bacarıqlar bərpa olub.

Qan plazmalarının idrak qabiliyyətinin yaxşılaşdırılmasına göstərdiyi təsir anlaşılmaz olaraq qalıb. Lakin alimlər qeyd edir ki, plazmanın şəffaf hissəsində yerləşən və rəngsiz mayenin tərkibində olan maddələr bəzən alzheimer xəstəliyinin inkişafını sürətləndirir.

Yaş dövrü ilə əlaqədar zülalın azalması idrak qabiliyyətinin zəifləməsinə səbəb olur. Alzheimer xəstəliyi ilə mübarizədə göbəkdən alınan qan plazmasının ağır dərman preparatlarından daha çox effektli ola biləcəyi düşünülür. Çünki zülal labaratoriya şəraitində daha tez və asan şəkildə sintezləşdirlir.

Qan plazmasının və dərman preparatlarının dəqiq tərkibi üzərində çalışan Kastellano və komandası iki üsuldan hansının beyinə daha tez və bərpaedici təsir göstərəcəyini araşdırır. (publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar