Xəbər lenti
Qışda kökəlmək istəmirsiniz? - Bu təkliflərdən yararlanın
Havaların soyuq keçməsi və qış fəslinin yaxınlaşması ilə əlaqədar kökəlmək bir çox insanın ümumi probleminə çevrilir. Öz sahəsində mütəxəssis olan dietoloqlar qış aylarında kökəlmək qorxusunun bir çox insan üçün problem olduğunu bildirərək, qışı kökəlmədən keçirmələri üçün qızıl təkliflər ediblər.
Manevr.az publika.az-a istinadən həmin təklifləri təqdim edir:
Maddələr mübadiləsini sürətləndirin
Qış aylarında orqanizm və maddələr mübadiləsi özünü qoruyur və daha yavaş işləməyə başlayır. Qışda daha çox yeyən insanın çoxlu karbohidratlı qidalara ehtiyacı yaranır. Çox az tərləmə olduğundan, metabolik sürət minimallaşır. Odur ki, bu müddətdə diqqət edilməzsə, çəki artımı qaçılmaz olur.
Soyuq havalara qarşı immunitet sistemi özünü xəstəliklərdən (qrip, soyuqdəymə, bronxit kimi) qorumaq üçün yağların parçalanmasının qarşısını alır. Bu zaman sağlam qış mövsümü keçirmək üçün immun sistemini bir az da gücləndirmək lazımdır. Qış aylarında maddələr mübadiləsinin ləngiməsi ilə yanaşı, fiziki aktivliyin azalması da çəki artımına səbəb olur. Hormonal dəyişikliklərə görə, həzm sistemində qəbizlik kimi problemlər yarana bilər.
Doyurucu səhər yeməyi ilə günə başlayın
Maddələr mübadiləsinin düzgün işləməsi üçün günə səhər yeməyi ilə başlamalısınız. Günə yaxşı səhər yeməyi ilə başlamaq müqavimətinizi qoruyacaq, çəkinizi idarə etməyə kömək edəcək. Maddələr mübadiləsi sürətinizin yavaşlamasına mane olacaq.
Susuz qalmadan su için
Yayda içdiyimiz suyu qışda rahatlıqla istehlak edə bilmirik. Su bədənimizdəki bütün metabolik reaksiyaların sütunudur. Qışda daha az su itirdiyimiz üçün susuzluq hissi azalır, amma yenə də su ehtiyacımızı qarşılamalıyıq. Qışda maddələr mübadiləsini davam etdirmək üçün susuz olmasanız belə, gündə 2-2,5 (10-14 stəkan) litr su içmək lazımdır.
Qara çay və qəhvə əvəzinə sizi isitmək üçün bitki çayı daha yaxşı seçimdir. Soyuq hava səbəbindən qışda ən çox sevilən içkilər adətən isti içkilər olur. Tərkibində C vitamini olduğu üçün qızılgül çayına, qaz problemlərinə yaxşı olduğu üçün şüyüd çayına üstünlük verilə bilər.
Yağ və şəkəri azaldın
Qış yaxınlaşdıqca bədənimiz temperatur dəyişikliklərinə uyğunlaşmaq üçün sərf etdiyi enerjini azaldır. Fiziki fəaliyyətin azalması ilə paralel olaraq yağ və şəkər istehlakı da məhdudlaşdırılmalıdır. Ürək və sümük sağlamlığınızı qorumaq üçün həftədə 2-3 dəfə balıq yeyilməlidir. Qışda günəş daha az parladığı üçün D vitamini ehtiyacını ödəməkdə çətinliklər yaranır. Bu səbəblə günəşli günlərdə 20-25 dəqiqə (bəlkə də yüngül gəzintilər) birbaşa günəş işığından faydalana və həftədə 2-3 dəfə balıq yeyə bilərsiniz ki, ürək sağlamlığınızı qorumaq və sümüklərimizin daha az günəş çatışmazlığı hiss etməsini təmin edə bilərsiniz.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar