Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

2018-də nələr dəyişəcək? - Qarabağla bağlı gözləntilər - ŞƏRH

Tarix: 18-12-2017 17:45     Baxış: 4366 A- / A+
2018-də nələr dəyişəcək? - Qarabağla bağlı gözləntilər - ŞƏRH


"2017-ci ildə Azərbaycanın daxili siyasətində atılan bir sıra addımlar Qarabağ probleminin konkret həlli yollarına yönəlsə də, ATƏT və bir sıra digər beynəlxalq təşkilatlar bu məsələyə lazımı diqqət göstərmədilər".

Manevr.az bildirir ki, bu sözləri publika.az-a 2017-ci ildə ölkənin siyasi vəziyyətindəki dəyişiklikləri dəyərləndirən və 2018-ci ildə bu sahədə baş verəcəkləri proqnozlaşdıran siyasi şərhçi Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, 2017-ci ili Azərbaycan siyasəti üçün, xüsusilə Qarabağ mövzusunda atılan addımlara görə qənaətbəxş hesab etmək olar:

"Bu il Azərbaycan diplomatiyası olduqca fəal iş aparıb. Çox təəssüflər olsun ki, hər il olduğu kimi, bu il də Ermənistan tərəfi sülh danışıqlarına ciddi yanaşmır. Bundan əlavə, iki ölkə arasındakı Qarabağ probleminin həllinə yönələn danışıqlara nəzarət edən ATƏT və digər beynəlxalq təşkilatlar da bu məsələdə lazımı mövqe göstərmirlər. Vasitəçilik rolunu oynayan ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini qənaətbəxş hesab etmək olmaz. Bu prosesdə əsas rol oynayan ölkə Rusiyadır. O da bu məsələdə obyektiv mövqe tuta bilmir və bütün vasitələrlə Ermənistanı dəstəkləyir. Bunun nəticəsi olaraq, danışıqlar prosesi də heç bir nəticə vermir. Ümumiləşdirsək, demək olar ki, 2017-ci il bu sahədə elə də yaddaqalan proseslərlə müşayiət olunmadı. Düşünürəm ki, bu məsələyə nəzarət edən beynəlxalq qurumlar 2018-ci ildə də eyni mövqedə çıxış etməyə davam edərlərsə, Qarabağ məsələsində heç bir ciddi irəliləyiş əldə edilməyəcək".

O qeyd edib ki, 2018-ci ildə Azərbaycanda və Ermənistanda keçiriləcək prezident seçkilərinin nəticələri də Qarabağ məsələsinə ciddi təsir göstərə bilər:

"Hər iki ölkədə - Azərbaycanda və Ermənistanda gələn il prezident seçkiləri olacaq. Bu səbəbdən danışırlar daha aktiv şəkildə aparılmalıdır, ancaq qarşı tərəf sülh danışıqlarına yönəlməkdən imtina edir. Azərbaycan isə sona qədər çalışır ki, danışıqlar prosesini aktivləşdirsin, bu istiqamətdə bir sıra təşəbbüslər irəli sürür. Amma yenə də xatırladıram ki, bu məsələnin həllində təkcə Azərbaycanın deyil, beynəlxalq təşkilatların da dəstəyi çox böyük əhəmiyyət kəsb edir. 2018-ci ildə Ermənistanda vəziyyətin olduqca gərginləşəcəyini deyə bilərəm. Fikrimcə, hazırki Ermənistan prezidenti Serj Sarkisyanın hakimiyyətdən getmək istəməməsi və baş nazir Karan Karapetyanın hakimiyyəti bütünlükdə əla almaq cəhdləri ölkədaxili klanlar arasında mübarizəni şiddətləndirəcək. Bu bir tərəfdən hərbi əməliyyatlar üçün çox gözəl fürsətdir, amma məsələnin sülh yolu ilə həllini çətinləşdirən, Ermənistanın qəyyumluğunu edən Rusiya hələ ki bu mövqelərdə fəallığını qoruyub saxlayır. Rusiyanın bu mövzudakı fəallığı Ermənistanın qondarma iddialarını və "naliyyətlərini" qoruyub saxlamağına şərait yaradır. Bu da gözlənilən haldır ki, seçkilər prosesində prezident Sarkisyanın yaratdığı qəddar rejim dəyişər və danışıqlarda yeni mərhələ yaranar. Belə ki, heç bir kompramisə gəlməyən Sarkisyanın siyasəti ilə müqayisə də Karapetyan hakimiyyətə gələrsə, Qarabağ məsələsinin həllində yeni perspektivlər yarana bilər. Lakin onun da sülh prosesinə razılıq verəcəyi qənaətində deyiləm".

2018-ci ildə Gürcüstan, Türkmənistan, Türkiyə ilə regional münasibətlərdə sürətli irəliləyişlər baş verəcək. Bundan başqa, Azərbaycanın qonşu İranla regional əlaqələri stabilləşdirməsi gözlənilir:

"Regionun ən güclü dövləti kimi dünya ölkələrinin Azərbaycana olan marağı artıq. Xüsusilə "Şahdəniz" və "Şahdəniz-2" layihələri Azərbaycanın nüfuzuna olduqca müsbət təsir edəcək ki, bu da Avropa səviyyəsində önəmli olan bir çox layihələri həyata keçirməyə imkan verəcək. Sənaye sahəsindəki əməkdaşlıq da 2018-ci ildə ölkə üçün uğurlu perspektivlər vəd edir".

Q.Hüseynli Xəzərin status məsələsinə də toxunub:

"Mən bu məsələnin də birmənalı olaraq, tam miqyasda həll olunacağını düşünmürəm. Çünki bu istiqamətdə rəsmi konvensiya şəklində heç bir qanun layihəsi yoxdur. Xüsusilə, Rusiyanın təzyiqi ilə qəbul edilən "Xəzərin ekologiyasının qorunması" haqqında qərar - vaxtında buna 5 dövlət razılıq vermişdi - status məsələsinin tam miqyaslı həllinə mane olur. Lakin bir məqam da var, Amerika və Türkiyə ciddi şəkildə güclü təzyiq göstərərlərsə, bu layihə gerçəkləşə bilər və nəticədə Türkmən qazının Avropa bazarına idxalına köməklik göstərə bilər".

O, Azərbaycanın ABŞ və Rusiya ilə balanslaşdırılmış siyasət yürütməsinin 2018-ci il üçün ölkəyə nə qədər məhsuldar təsir edəcəyindən də danışıb. Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan ABŞ-la müqayisədə özünü daha çox Rusiyadan müdafiə etməlidir:

"Azərbaycan özünü Rusiyadan qorumaq məqsədilə bir sıra riskli addımlara da gedə bilər. Düşünürəm ki, təkcə 2018-ci il üçün deyil, ümumilikdə Rusiya hakimiyyətinin yeritdiyi siyasəti proqnozlaşdırmaq olduqca çətindir. Bəzi məsələlərdə Rusiya açıq şəkildə Azərbaycanın mövqeyinə zidd addımlar atmaqdan çəkinmir. Bütün bunları nəzərə alaraq, düşünürəm ki, Azərbaycan regionda Amerikanın mövqeyinin güclənməsinə yönələn siyasəti dəstəkləməlidir. Çünki Ermənistanın qəyyumu olan Rusiyanın regionda güclənməsi Qarabağ məsələsinin həllinin uzadılması və Ermənistanın Azərbaycanın əleyhinə irəli sürdüyü qondarma iddiaların, dırnaqarası uğurların möhkəmlənməsi deməkdir. Məhz bu səbəbdən yeri gələndə Azərbaycan Avropa və ABŞ meyilli siyasətə dəstək verməyi daha da artırmalıdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar