Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

10 min erməni silahlısı üçün son şans

Tarix: 09-06-2023 09:37     Baxış: 4207 A- / A+


 

Ermənistan qanunsuz silahlıları ərazilərimizdən çıxarmasa, Azərbaycan bütün terrorçuları son nəfərinə qədər zərərsizləşdirəcək

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına mane olan səbəbləri açıqlayıb.
Ceyhun Bayramov Azərbaycanın ikitərəfli müzakirələrin gündəliyini formalaşdıran üç konkret istiqamət üzrə fikir ayrılıqlarını aradan qaldırmaq üçün Ermənistandan qarşılıqlı siyasi iradə gözlədiyini bildirib. Birinci istiqamət Ermənistanın Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsi, yəni silahlı birləşmələr saxlaması ilə bağlıdır. Nazir bildirib ki, ikinci istiqamət Azərbaycanın daxili işlərimizə ardıcıl müdaxilə faktıdır.
Söhbət Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli sakinləri arasında dialoqa Ermənistanın mane olmasından gedir. Üçüncü istiqamət kimi nazir beynəlxalq miqyasda, o cümlədən, ATƏT çərçivəsində qarayaxma kampaniyası aparılmasının Azərbaycanla Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneə olduğunu diqqətə çatdırıb.
Ancaq Ermənistanın sülh prosesinə əngəl törədən bu maneələrin aradan qaldırılmasında siyasi iradə nümayiş etdirməyə nə qədər hazır olması hələ sual olaraq qalır. Bu da öz növbəsində, problemlərin siyasi-diplomatik yolla çözülməsi imkanlarına zərbə vurur.
Mayda Vaşinqtonda keçirilən görüşdə bir sıra irəliləyişlər olsa da, aydındır ki, Azərbaycan ərazisində erməni silahlı birləşmələri qaldıqca sülh mümkün olmayacaq. Onların sayının 10 mindən çox olduğu bildirilir. Hələ ötən ilin sentyabr ayında Ermənistanın xarici işlər naziri silahlı birləşmələri Azərbaycan ərazisindən çıxaracaqlarını vəd etsə də, buna əməl edilməyib.
Bəzi ekspertlərə görə, hazırda sülhməramlıların nəzarət zonasında gərginlik səbəbsiz deyil, ermənilər Vaşinqton görüşü ərəfəsi növbəti təxribatlara cəhd edir və Azərbaycanın sərt addımlar atmağa vadar etmək niyyətindədir. Bakı o mövqedədir ki, əgər iyunun 12-də Vaşinqtonda keçiriləcək görüşdə də  Ermənistan Xankəndi ilə bağlı sözdən əmələ keçməsə, yəni qanunsuz silahlıları ərazilərimizdən çıxarmasa, Azərbaycan antiterror əməliyyatı keçirərək bütün terrorçuları son nəfərinə qədər zərərsizləşdirəcək.
Bəhruz Məhərrəmov: İran terror dövlətidir
 Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov İlham Əliyevin regionda yeni səhifə açdığını söylədi: “Ermənistandan səslənən bəyanatlar son vaxtlar pozitiv ab-hava yaratsa da, praktik olaraq dəyişən heç nə yoxdur. Daha doğrusu, 2 il yarımdır ki, sülh müqaviləsinə maneə olan səbəb, Azərbaycan ərazisində olan 10 min nəfərdən çox erməni hərbçisinin hələ də çıxarılmaması İrəvanın niyyətini sual altına alır. Onsuz da biz o qənaətdə deyilik ki, Ermənistan təcavüzkar ideologiyanı, revanşist niyyəti bir kənara qoyub, təbii ki, bu, siyasi sadəlövhlük olar. Bu gün Ermənistanın sülhdən danışması, Azərbaycanın ərazi bütövlüyünü tanıması sadəcə cənab İlham Əliyevin hərbi-siyasi yolla, Dəmir Yumruqla yaratdığı reallıqdır, Ermənistan sülhə məcbur edilir. Baxmayaraq ki, Azərbaycanın qalib kimi başqa formada davranmaq, fərqli şərtlər diqtə etmək güc və imkanı var, lakin cənab İlham Əliyev regionda yeni səhifə açmaq niyyətindədir və bu da hamıdan çox elə Ermənistanın özü üçün şansdır. Qarabağ iqtisadi rayonundakı qanunsuz silahlılarla bağlı, qəti addımlarımıza maneə olacaq səbəb, əsas və güc yoxdur. Azərbaycanın ayrılmaz parçası olan Qarabağda qanunsuz formada yaradılmış və mövcud olan silahlı dəstələr istər milli qanunvericiliklə, istərsə də beynəlxalq hüquqla bizim üçün legitim hədəflərdir. BMT Nizamnaməsi Azərbaycanın tək və öz müttəfiqləri ilə birlikdə - kollektiv surətdə sülh və təhlükəsizlik üçün təhdid yaradan amilləri aradaq qaldırmaq hüququnu tanıyır, hətta buna təşviq edir. Amma, təbii ki, hansısa yeni müharibədən söhbət gedə bilməz, hətta bütövlükdə Silahlı Qüvvələrin bu prosesə cəlbinə də ehtiyac qalmayacaq. Çünki söhbət cinayətkarlıqla, terrorçuluqla, qanunsuz mütəşəkkil dəstələrlə mübarizədən gedirsə, Qanunla statusu imkan verir ki, Daxili Qoşunlar dövlətin mənafeyini cinayətkar və digər hüquqa zidd qəsdlərdən qorusun. Burada isə uzunmüddətli əməliyyatlardan yox, qısamüddətli, mülki hədəfi olmayan, cinayətkara yönəli smart və çevik zərərsizləşdirmə tədbirlərindən söhbət gedir. Amma istənilən halda, biz bu ssenarinin inkişafını arzulamırıq, qarşıda az da olsa zaman və imkan var ki, bölgəmizi dialoq və dinc anlaşma yolu ilə sülh və sabitlik məkanına çevirək”.
Generalın İslamabad səfərinin pərdəarxası
 Rəşad Bayramov

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov bu gedişlə Xankəndi və ətraf ərazilərdə Azərbaycan tərəfin erməniləri sülhə məcburetmə əməliyyatı aparmaq məcburiyyətində qalacağını düşünür: “Görünən odur ki, Ermənistan tərəfi hələ də üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Xankəndi və ətrafındakı qeyri-qanuni hərbi birləşmələrin ərazilərimizdən çıxarılması ilə bağlı konkret addımlar atmaq istəmir. Digər tərəfdən artıq neçənci dəfədir ki, 1991-ci ilin Alma-Ata bəyannaməsinin şərtlərinə uyğun olaraq Azərbaycanın 86.6. min kvadrat kilometr çərçivəsində ərazi bütövlüyünü tanımasının, eləcə də keçmiş Dağlıq Qarabağın statusu ilə bağlı hər hansı danışıqlar aparmaq tələblərinin olmamasını bəyan etməsinə baxmayaraq ”ermənilərin hüquq və təhlükəsizliyi" məsələsini ortaya atmaqla və hər danışıqlarda bu mövqenin üstündə dayanmaqla faktiki olaraq daxili işlərimizə müdaxilə etməyə cəhdlər edir.
Əslində isə əgər sən Azərbaycanın göstərilən ərazi və sərhədlər çərçivəsində ərazi bütövlüyünü tanıyırsansa, o zaman hər hansı digər tələb də irəli sürməməlisən. Çünki göstərilən ərazi özündə həm keçmiş Dağlıq Qarabağ ərazisini, həm də hələ də işğal altında olan 8 kəndimizi ehtiva edir. Yəni başqa sözlə ərazilərimizdə yaşayan ermənilərin hüquq və təhlükəsizliyi bizim daxili işimizdir və heç kim bizə onların hüquqları ilə bağlı yol göstərə bilməz. Azərbaycan vətəndaşı olan ermənilərin təhlükəsizliyi digər xalqlar kimi Azərbaycan qanunları ilə qorunur.
Ermənistan isə bütün platformalarda yalnız qarayaxma və yalan məlumatlar verməklə faktiki olaraq sülh prosesini uzadır və bu şəkildə davam edəcəyi halda bunun ağır nəticələri ilə üzləşməli olacaq. Belə ki, beynəlxalq hüquqa və eləcə də müharibənin bitməsindən sonra imzalanmış bütün sənədlərə, Ermənistanın üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Azərbaycanın istənilən vaxt separatçı rejimin və onların silahlı dəstələrinin tərksilah edilməsi üçün əməliyyatlar keçirmək hüququ var.
Ümumiyyətlə isə Azərbaycanın əlində Ermənistanın, nəhayət ki, siyasi iradə nümayiş etdirərək konkret addımlar atmağa məcbur etmək üçün kifayət qədər imkanlar var və zaman-zaman bu imkanlardan istifadə edərək hədəfə doğru konkret və real addımlar da atılır. Ermənistanın bütün etirazlarına baxmayaraq sülhməramlıların alternativ yola köçürülməsi, ermənilərin Laçın şəhərini boşaltmağa məcbur edilməsi, Laçın yolu üzərində sərhəd buraxılış məntəqəsinin qurulması buna ən bariz nümunədir. Tamamilə əminəm ki, Ermənistanın xoşluqla öz üzərinə götürdüyü öhdəlikləri icra etməyəcəyi və prosesi uzatmaq yolundan dönməyəcəyi halda Xankəndi və ətrafında sülhə məcburetmə əməliyyatlarının da keçirilməsinə şahidlik edəcəyik. İndi hər şey Ermənistanın davranışlarından və atacağı addımlardan asılıdır. Ya konkret qərar verib sülhə hə deməlidir, ya da Azərbaycan olaraq biz onsuzda istədiyimizi əldə edəcəyik, amma bu zaman sülh şərtlərimiz ermənilər üçün olduqca ağır olacaq".musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar