Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kişineu sammitindən sonra: Paşinyanın təşvişi, Araikin həbs ehtimalı artır

Tarix: 02-06-2023 13:55     Baxış: 4209 A- / A+


Kişineu sammitində keçirilmiş üçtərəfli görüş Azərbaycanın növbəti diplomatik irəliləyişidir. Ermənistan isə artıq son şansını dəyərləndirməklə məşğuldur.
"Ermənistan və Azərbaycan ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiqləyiblər".
Bu barədə Moldovada keçirilən qeyri-rəsmi görüşün yekunlarına dair Yelisey Sarayının bəyanatında deyilir.
"Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan baş naziri Paşinyan Fransa və Almaniya liderlərinin, eləcə də Avropa Şurasının rəhbərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Azərbaycan Prezidenti və Ermənistan baş naziri 2022-ci il oktyabrın 6-da Praqada Almatı bəyannaməsi ilə müəyyən edilmiş sərhədlərə hörmətlə yanaşmağa sadiq olduqlarını bir daha təsdiq etdilər. Eyni zamanda, onlar Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiqləyiblər", - bəyanatda deyilir.
Sənəddə qeyd olunur ki, Avropa liderləri Ermənistan və Azərbaycanı bütün öhdəliklərinə, xüsusən də hərbi əsirlərin tezliklə azad edilməsinə əməl etməyə çağırıb.
Yelisey Sarayının bəyanatı kimi təqdim edilən, əslində Fransa Prezidenti Emmanuel Makronun mövqeyinin növbəti dəfə tirajlanması olan sənədə rəsmi Bakının reaksiyası gözlənildiyi kimi, sürətli və sərt olub.
"Məlum olduğu kimi, Kişinyovda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib", - bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

Açıqlamada daha sonra vurğulanır: "Fransa Prezidenti tərəfindən birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir. Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir".
Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniyanın kansleri Olaf Şolts və Fransanın dövlət başçısı Emmanuel Makron arasında keçirilmiş beştərəfli görüşün detallarına gəldikdə isə, Mimi qəsr kompleksinin ərazisində yerləşən kafeteriyada baş tutmuş qeyri-rəsmi görüşdə regional nəqliyyat və iqtisadi infrastrukturların blokadadan çıxarılması, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə işlər, münasibətlərin tənzimlənməsi, Qarabağ əhalisinin hüquq və təhlükəsizliyi, habelə humanitar məsələlər müzakirə edilib.
Eyni zamanda, iİyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüş planlaşdırıldığı da vurğulanıb.
Şarl Mişelin dediyinə görə, Fransa və Almaniya liderlərinin iştirakı ilə daha bir görüş oktyabrın 5-də İspaniyada gözlənilir.
... Yelisey Sarayının bəyanatının reallıqdan çox uzaq olduğu bəllidir, amma sənədin məğzi mətnin sonundadır: "Müzakirələr zamanı tərəflər Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliklərinin təminatının mühümlüyünü vurğulayıblar".
Göründüyü kimi, hətta fasiləsiz olaraq ermənidən artıq erməni olmağa çalışan Emmanuel Makronun ritorikasında belə, "Qarabağ xalqı" ifadəsi yoxa çıxaraq yerini qarabağlı ermənilər anlamına verib. Makron habelə, artıq "qarabağlı ermənilərin milli müqəddaratını təyin etmək hüququ"ndan da danışmır.
Moldovanın paytaxtında keçirilmiş sammitdə Nikol Paşinyan və onun himayədarı Emmanuel Makron nə qədər çalışsalar da, Avropa İttifaqı və Azərbaycanın faktiki olaraq təmərküzləşən mövqeyinə təsir edə bilmədilər.
Avropa İttifaqı da etiraf edir ki, nə "Qarabağ xalqı" var, "nə qarabağlı ermənilərin müqəddərat təyinetmə hüququ", nə də "status"la bağlı hansısa formada gözlənilən danışıqlar ehtimalı.
Bunu Nikol Paşinyan da etiraf edib. Moldovadan Ermənistana dönəndən sonra keçirdiyi mətbuat konfransında o, deyib: "Rəsmi İrəvan və Bakı 1975-ci ilin sovet xəritələrinə əsaslanaraq delimitasiya aparmağa ilkin razılıq veriblər".
Paşinyanın sözlərinə görə, Moldovadakı müzakirələri "faydalı hesab etmək olar".
"Danışıqların birinci bəndi tərəflərin Praqada razılaşdığı Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı olub", - Ermənistanın baş naziri qeyd edib.
O, həmçinin söyləyib ki, Ermənistan tərəfi anklav kəndləri Azərbaycana qaytarmağa hazırdır.
Paşinyan onu da vurğulayıb ki, iyunun 12-də Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Beləliklə, Ermənistanın hakimiyyət dairələrinin, siyasətçilərinin, müxalifət liderlərinin və Xankəndindəki xuntanın revanşist bəyanatlarına rəğmən, proses rəsmi Bakının müəyynələşdirdiyi istiqamətdə gedir.
Yaxın gələcəkdə qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinnə reinrteqrasiyası prosesi qaçılmazdır.
Moldova sammitinin özünə gəldikdə isə, situasiya mürəkkəb deyil.
"Avropa siyasi birliyi" 2 ci Zirvə toplantısı əslində "qoca qitə"dəki ATƏT, AŞPA və s. kimi təşkilatların fəaliyyətinə təkan verilməsi, onların faktiki olaraq "dirildilməsi" və ən əsası Avropa ölkələri arasında yeni, effektiv dialoq platformalarının yaradılması istiqamətindəki növbəti mərhələsidir.
Kişineudakı müzakirələri isə, fikrimizcə, "beştərəfli görüş" kimi təqdim etmək yanlışdır.
Bu, İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında üçtərəfli görüş idi.
Praqmatik və soyuqqanlı siyasətçi kimi tanınan alman kansler Olaf Şolts ilə siyasi təlcək Emmanuel Makron bu görüşdə müşahidəçilər idilər.
Kişineudakı müzakirələrdən bir qədər əvvəl Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Moskvada, Vladimir Putinin vasitəçiliyi ilə görüşdüklərini nəzərə alsaq, Moldovanın paytaxtındakı üçtərəfli görüşün mahiyyəti adi simvolizmdir.
Moldovadakı sammit həm də Ermənistanın hakimiyyət dairələri ilə Xankəndindəki separatçı rejimə feyk "hakimiyyət"lərin, separatizm təmayüllü çağırışlarla istəklərinin sonunun çatmasına çox az qaldığı barədə xəbərdarlıqdır.
Qarabağlı ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiya olaraq normal yaşamaq istəyirlərsə, Xankəndindəki xunta ilə yollarını tamamən ayırmalıdır.
Silahlar təhvil verilməli, "parlament" adlanan marionet struktur buraxılmalı, "hakimiyyət qurumları" kimi təqdim edilən oyuncaq "təşkilat"lar ləğv edilməlidir və s.
Qarabağlı ermənilər İrəvandakı revanşistlərlə Xankəndindəki terrorçuların köləliyindən qurtulmalı, hazırda marginal həyat yaşadıqlarını anlamalıdırlar.
Separatçı xuntanın rəhbəri Araik Arutyunyansa tələsməlidir: əks təqdirdə onu amnistiya yox, Azərbaycanda məhkəmə və həbs gözləyir.
Elçin Alıoğlu
TREND

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar