Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan Zəngilanda nə "axtarır"? - Paşinyanın sülh obrazı ÇATLADI

Tarix: 27-05-2023 09:22     Baxış: 4211 A- / A+


Liderlərin üçtərəfli Moskva görüşünü ümumilikdə uğurlu adlandırmaq olmaz. Rus mediası öncədən sənəd və ortaq bəyanat imzalanacağını iddia etsə, yekunda tərəflər bu barədə razılığa gələ bilməyib. Əslində Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində Paşinyanın yersiz "replikalarından" da artıq məlum idi ki, Ermənistan tərəfi bu görüşdən niyə imtina etmədi:
⚫️ Uğurlu hesab edilən Brüssel görüşünün ardından Moskvada da bu danışıqların davamını gətirmək görüntüsü yaratmaqla bütün dünyanı "sülhpərvər" obrazı ilə aldatmağa cəhd edən Nikol Paşinyan bu səbəbdən də Kremlin belə bir təklifindən imtina edə bilməzdi.
⚫️ Mayın 14-də keçirilən Brüssel və iyunun 1-də nəzərdə tutulan Kişinyov görüşlərində iştirakdan imtina etməyən Nikol Paşinyanın Kremlin növbəti üçtərəfli təmasın Moskvada baş tutması istəyinə arxa çevirməyə nə cürəti var idi, nə də o qərarı verəcək müstəqil siyasəti.
Amma iclasda erməni baş nazirinin klounluğundan aydın idi ki, Ermənistan üçtərəfli görüşün baş tutmaması üçün qalan bir neçə dəqiqə ərzində bacardığı qədər ikitərəfli münasibətləri gərginləşdirib, sülh dialoqu üçün yer qoymamağa, nəticədə "Azərbaycanla anlaşa bilmirik" təəssüratı üzərindən prosesi növbəti dəfə dalana dirəməyə çalışdı.

Elə bunun davamı idi ki, Aİİ iclasından cəmi bir gün sonra Azərbaycan ərazisinə erməni diversantların növbəti hücumu baş tutdu. Ortaya belə bir mənzərə çıxır ki, bununla da Ermənistan hərbi-siyasi rəhbərliyi bacardığı qədər Bakı ilə münasibətləri yenidən gərginliyin pik həddinə - eskalasiya həddinə kimi çatdırmaqla istər Kişinyov görüşünün ya ümumiyyətlə ləğvinə nail olsun, yaxud da həmin görüşün də formallığını təmin etsin.
Cəmi 20 dəqiqə çəkən üçtərəfli növbəti Moskva görüşü Nikol Paşinyanın oyununun hələlik də olsa "işinə yarıdığına" bir işarədir. Liderlərin 14 maydakı Brüssel görüşü 4 saat davam etmişdisə, Rusiyanın regionda mövqe savaşı apardığı Qərblə müqayisədə gözlənilənlərin və proqnozlaşdırılanların əksinə olaraq bu üçtərəfli təmasların məhsuldar olmaması Paşinyanın Kreml rəhbərini də aldatdığına bir işarədir. Deyə bilərik ki, Rusiya bu dəfə sadəcə vasitəçilik görüntüsü ilə kifayətlənməli oldu.
Açığı, sülh müzakirələrinin sonuncu Vaşinqton, Brüssel və Moskva raundlarından ortaq bəyanat çıxmaması prosesin tıxandığını göstərir. Şifahi müstəvidə irəliləyişlər olsa da, yeniliklər sənədləşdirilə bilmir. Bu faktın özü Ermənistan siyasi rəhbərliyinin vaxt udmaq üçün manipulyasiya "fərasətini" ortaya qoyur.
Liderlərin gələn həftə Moldovada Fransanın təşəbbüsü ilə keçirilən Avropa Siyasi Birliyi sammitində yekun razılığa gələ biləcəyi barədə ümidlər var idisə, ötən gün Nikol Paşinyan Moskvada "boşuna ümid etməyin" mesajı verdi, bu gün isə erməni diversantlarının növbəti hücum cəhdi bu ümidləri böyük ölçüdə puç etdi. Çünkü elə Ermənistan rəhbərliyinin təxribat əmrinin arxasında da bu dayanır.
Və bütün bu hadisələrə ümumi bir nəzər saldıqda çox yaxşı bəlli olur ki, Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyü, Qarabağın Azərbaycanın ərazi bütövlüyünə daxil olduğu ilə bağlı müsbət mesajları sadəcə dünya ictimaiyyətini aldatmaq üçün öncədən qurulmuş bir plan idi. Bu planı tərtib edənlər isə hər kəsə bəllidir. Onlar Ermənistanın heç cürə orbitindən çıxa bilmədiyi hamiləridir.

Dünənki Aİİ sammitində Prezident İlham Əliyevlə şifahi "söz savaşına" başlamağa cəhd etsə də, nəticədə həm Azərbaycanda, həm də Ermənistan və Rusiyada özünü gülüş obyektinə çevirən Nikol Paşinyan üçün növbəti biabırçılıq qaçılmaz oldu. Görünür Nikol Paşinyan bu cür davranmaqla eyni zamanda ona qarşı olan müxalif qüvvələrin rəğbətini qazanıb, dividentini artırmaq barədə düşünübmüş. Lakin Ermənistan lideri elektoratını artırmaq üçün klounluğunun işə yarımayacağını yəqin proqnozlaşdırmamışdı.
Belə bir vəziyyətdə, görünür, Ermənistanın baş naziri özü üçün "uğurlu lokal qələbə" ilə nəticələnəcək hərbi təxribata əl atmaq qərarına gəlib. Bununla o, həm daxili siyasi mövqelərini gücləndirəcəyinə, həm də Kişinyov görüşündən əvvəl danışıqlar fonunu pozacağına ümid edirdi. Sülh danışıqlarını uzatmaq Ermənistanın məlum taktikasıdır.
Ermənistanın diversant qrupu Azərbaycan hərbçilərini öldürməyi planlaşdırsa da, Dövlət Sərhəd Xidmətinin hərbçiləri tərəfindən vaxtında aşkar edilib, sərhədçilərimiz tərəfindən təxribatın qarşısı alınıb, 2 erməni hərbçi saxlanılıb. Diversiya baş tutsa, onlar Azərbaycan ərazisinin dərinliyində də təxribat törədib, dinc vətəndaşları da hədəf götürə bilərdilər.
Lakin Paşinyanın planı bu dəfə də fiaskoya uğradı. Zərrə qədər də olsun istisna edilmir ki, Ordumuzun işğaldan azad edilmiş ərazilərdə mövqeləri ilə bağlı kəşfiyyat məlumatları toplamaq üçün gələn silahlı birləşmə bu mümkün təxribat hücumu əsnasında Azərbaycana mümkün qədər çox zərbə endirmək məqsədi ilə torpağımıza növbəti dəfə ayaq basmışdılar. Bunu eyni zamanda hərbi qulluqçularımıza, yaxud hərbi strukturlara qarşı terror hücumunun təşkil edilməsi kimi də düşünmək olar.
Beləcə, Nikol Paşinyan Moskvada yenidən başlatdığı destruktivliyi bu cür təxribatlarla danışıqlar prosesini pozaraq, sülh gündəmini arxa plana keçirərək davam etdirmək niyyətindədir. Təxribatın Moskva görüşündən sonra, Kişinyov görüşündən öncə olması da bu iddiaları bir xeyli gücləndirir. Nəzərə alsaq ki, ötən gün - erməni diversiya qrupunun sərhəddimizi keçərək hücum planı ərəfəsində Ermənistan XİN-i bəyanat yaydı ki, 1 iyunda sülh sazişi imzalanmayacaq.

Hələ bu azmış kimi Moskva görüşündən bir gün sonra - ötən gün Ermənistan parlamentinin dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri, hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü Vladimir Vardanyan parlamentdə keçirdiyi brifinq zamanı bildirib ki, Azərbaycanla mümkün sülh müqaviləsinin ratifikasiyası uzun sürəcək.
Hesab edirəm ki, məsələ bununla daha da aydın oldu. Nikol Paşinyanın son çıxışları, hətta Moskvada Aİİ-nin iclasında dilinə sahib çıxa bilməməsi ona öncədən verilən göstəriş, uzun zamandır hazırlığını gördüyü "səhnəcik" idi.
Bunun ardınca belə bir situasiyada təxribat-diversiya qrupunun göndərilməsi hərbi eskalasiyanı körükləməklə, masadakı müzakirələri ikinci plana keçirmək məqsədindən, hazırda sülh gündəliyinin ən aktual mövzusu olan nəqliyyat kommunikasiyalarının - Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirə mərhələsində olan sənədi gündəlikdən çıxarmaq niyyətindən xəbər verir.

Təhməz Əsədov
TREND

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar