Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Seyidin cəddi onu cəzalandırdı

Tarix: 02-05-2023 19:59     Baxış: 2398 A- / A+

 İntiqam Qasımzadə


Mircəlal Paşayev adına üçüncü hekayə müsabiqəsini iflasa uğratmış İntiqam Qasımzadəni ədibin müqəddəs ruhu bağışlamadı. 


Mircəlal Paşayev adına üçüncü hekayə müsabiqəsi arxada qaldı. Bu barədə “İctimai TV”-nin yaratdığı imkanlardan istifadə edən “Ədibin evi”-nin direktoru Şəfəq Mehrəli efirdən məlumat verdi. Xanım çox sevincli görünürdü, təəssüratlarını bölüşürdü.
Mircəlal Paşayev adına daha bir uğurlu addımın atıldığı hadisənin xoş anlarını seyrçilərlə birlikdə qeyd edirdi. Qaliblərdən ikisi də onunla bərabər efirin imkanlarından istifadə edib ürək sözlərini bildirirdilər.

Şəfəq Mehralının sözlərinə görə müsabiqəyə 191 qələm sahibi qoşulmuş, 197 hekayə təqdim olunmuşdu. Altı nəfər (Bir birinci yer, iki ikinci və üç üçüncü yer) qalib elan olunmuşdu. Həmin hekayələri Elçin Əfəndiyev, Hafiz Paşayev, Nəriman Həsənzadə, Kamal Abdulla və İntiqam Qasımzadədən ibarət münsiflər heyəti qiymətləndirmişdi. Düzdür, bu müsabiqə sıradan bir dövlət tədbiri deyildir. Münasibət bildirməmək də olar.

Ədibin oğlu Hafiz Paşayevin şəxsi təşəbbüsü ilə ədəbiyyat naminə, ədəbiyyatın inkişafına dəstək vermək üçün keçirilir. Belə olan halda məsələnin mahiyyətini incələməmək mümkündürmü? Müsabiqə üçüncü dəfədir keçirilir. Madam ki, ədib Mircəlal Paşayevin adına həsr olunub, mütləqdir ki, onun ədəbi obrazı yaradılsın. Yaradılıbmı? Xeyr! Niyə yaradılmayıb? Sualın cavabını səsləndirməkdən öncə bəzi məqamlara diqqət yetirək. Müsabiqənin şərtlərində bir imzanın yalnız bir hekayə təqdim edə biləcəyi göstərilmişdi. 191 adamın 197 hekayə təqdim etməsi mümkündürmü?

Deməli, burda nə isə bir sirli məqam var. Əlavə hekayə təqdim etmiş bu altı nəfər kimdir? Münsiflər heyətində təqdim olunan adamların yaşı, tutduqları vəzifə və ictimai yükləri milyonlara bəllidir. Onların qısa bir müddətdə hər biri üç səhifədən ibarət 197 hekayəni (ümumilikdə 600 A4 səhifəsinə yaxın) oxuyub münasibət bildirməsi, qiymətləndirməsi real görünürmü? Məncə, yox! Subyektiv görünsə belə bu, yeganə qənaətbəxş cavabdır. Deməli, münsiflər heyətində adıçəkilən nüfuzlu şəxslərin bu hekayələri oxuyub qiymətləndirməsi inandırıcı görünmür.

Əldə etdiyimiz məlumata görə, hekayələri qiymətləndirmək İntiqam Qasımzadənin öhdəçiliyində qalıb. Belə ki, o, bir neçə dəfə bu barədə söhbət düşərkən özü etiraf edib. Nəzərə alsaq ki, son bir neçə ildə görmə qabiliyyətində problemlər yaşayan İntiqam Qasımzadənin də 197 hekayəni oxuyub qiymətləndirməsi mümkünsüz sayılır. Mümkün görünən ondan ibarətdir ki, İntiqam Qasımzadə müsabiqəyə təqdim olunan 191 hekayəni bir tərəfə tullayaraq, müəlliflər arasından seçdiyi altı nəfərin yeni, yaxud əvvəlcədən ona bəlli olan hekayələrini toplamış və qiymətləndirmişdir. İnanılası ehtimal olunan ən üstün variant belədir. “İctimai TV”-yə çıxarılan qaliblərdən Mahir Rəsuloğlu və Daşqın Məmmədovun çıxışlarından da bunu anlamaq olurdu. Məncə, İntiqam Qasımzadə mümkün olan ən asan variantı seçmişdi. İntiqam Qasımzadə ilə bir il əvvəl bu barədə şəxsən söhbətim olmuşdu. O, inadkarlıq göstərərək bildirirdi ki, təqdim olunan hekayələr içərisində ədibin obrazı olan mətnə rast gəlməyib. İkinci hekayə müsabiqəsinə təqdim etdiyim “Timsah dərili ayaqqabı” hekayəmin adını çəkəndə isə min bir səbəb axtararaq məsələdən yayınmağa çalışdı. Üçüncü hekayə müsabiqəsinə ədibin obrazını yaratdığım “Allah adamı” hekayəsini təqdim etdim. Bu barədə Şəfəq Mehrəliyə şəxsən məlumat verdim və İntiqam Qasımzadəyə inamsızlığımı onun nəzərinə çatdırdım. Şəfəq xanım altı nəfərlik münsiflər heyətinin şəffaf fəaliyyətini bildirdi. Şəffaf fəaliyyət göz qabağındadır. Qalibləri cəmiyyət kifayət qədər tanımır. Yer tutmuş hekayələr oxucuların ixtiyarına çıxarılmır. Ən başlıcası isə həmin hekayələrin heç birində ədibin obrazı yaradılmayıb.

İntiqam Qasımzadə ilə əvvəlki söhbətlərim zamanı bu mistik məsələni onun nəzərinə də çatdırmışdım. Özü də bunu hiss etdiyini vurğulamışdı. Ədibi şəxsən tanıyan bir adam kimi kölgəsinin onu qarabaqara izlədiyindən narahatdı. Narahat olmamaq üçün ədalətli olmaq lazımdı. Ədalətlilik prinspi isə İntiqam Qasımzadəyə yad bir hissdi, o, heç vaxt ədalətli ola bilməzdi.

Qeyd: Bu gün bir bəd xəbər eşitdim. İntiqam Qasımzadə mağazanın qarşısında olarkən başgicəllənməsindən yıxılıb və ağır zədə alıb. Mistik və subyektiv görünsə də hardasa bir ay əvvəl ona günahlarını yumaq üçün bundan sonra ədalətli olmağı tövsiyə etmişdim. Artıq gecdir. Ədibin narahat ruhu onun ədalətsizliklərini bağışlaya bilməyib.

Bununla belə, ona Allahdan şəfa və günahlarının bağışlanmasını diləyirik.

Hörmətlə: Əli BƏY AZƏRİ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar