Xəbər lenti
Yeniyetmələrə mütaliəni sevdirən silsilə görüşlər təşkil olundu
Mütaliə uşaqların dünyagörüşünün formalaşmasında ən vacib amillərdən biridir. O, uşaqların elmə, ədəbiyyata marağını gücləndirir, onları zərərli vərdişlərdən uzaqlaşdırır. Müasir dövrdə yazıçılarlarla, tanınmış elm xadimləri ilə yeniyetmələrin görüşlərinin təşkil olunması mütaliəyə marağın artırılması üçün görülən zəruri tədbirlərdən biridir. Bu məqsədlə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında və kitabxana filiallarında silsilə görüşlər keçirildi.
Manevr.az bildirir ki, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanada təşkil olunan görüşdə tanınmış uşaq yazarı, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, H.Zəradbi mükafatçısı, “Sehirli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova, tanınmış astroloq, filologiya elmləri doktoru Firudin Qurbansoy, gənc tədqiqatçı və naşir, təbrizli soydaşımız, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantı Hədyə Zəhra Əhmədi iştirak etdilər.
Uşaq yazıçısı, şairə Gülzar İbrahimova (Gülzar nənə) uşaqlarla görüşündə onlara vətənpərvərlik haqqında şeir və hekayələrini təqdim etdi. Uşaqların arzularını dinlədi, həyat yollarında qarşılarına çıxan bütün çətinliklərə hazır olmaq üçün mütaliənin vacibliyini bildirdi. Çıxşının sonunda yeni yazdığı “Dünya necə gözəldir” şeirini tədbir iştirakçılarına təqdim etdi http://yasamal.cls.az/front/files/libraries/81/documents/380696282.pdf
Firudin Qurbansoy uşaq və yeniyetmələri tövsiyələrində vətəni sevmək və onun inkişafı naminə fədakar olmağa çağırdı. Bunun üçün tanınmış alim ən çox gücü mütaliə ilə bərabər, sağlam böyüməyi də məsləhət gördü.
Tədbirdə şöbə müdiri Yeganə Qafarova Təbrizdən gələn qonağın, gənc tədqiqatçı-alimin şərəfinə Sergey Yeseninin “İran nəğmələri” şeirini söylədi.
Təbrizdə yaşayan həmyerlimiz Hədyə Zəhra Əhmədi tədbir iştirakçılarına İranda da, mütaliəyə böyük önəm verilməsindən danışdı. O, təbrizli balaların ən çox sevdikləri əsərlərdən söhbət açdı. Hədyə xanım onu da qeyd etdi ki, Təbrizdə Azərbaycan dilində fars əlifbası ilə nəşr edilmiş Gülzar İbrahimovanın “Yalançı pəhləvan” əsəri geniş yayılıb və sevilib. A.A. Bakıxanovun (Qudsi) ədəbi-bədii irsinin tədqiqatçısı xanım
Əhmədi qeyd etdi ki, G.İbrahimovanın əsərlərini böyük maraqla oxuyur və o, oxuculara söz verdi ki, Gülzar nənənin əsərlərini Təbrizdə nəşr etdirmək qərarına gəlib.
Mütaliənin əhəmiyyətini uşaqlara tövsiyə edən maraqlı görüşlər Yasamal rayon MKS-inin kitabxana filiallarında da davam etdirildi.
MKS-in Ə.Vahid adına 1 №-li kitabxana filialında “Gülzar nənənin nağıl dünyası” tədbirində uşaqlar Gülzar İbrahimovanın “Hansı peşəni seçim” kitablarından şeirlər dedilər. Tanınmış yazar uşaqların arzularını dinlədi, onların həyat yolunu asanlaşdırmaq üçün müdrik məsləhətlər verdi. Oxucular Gülzar nənənin tapmacalarından ibarət müsabiqə keçirdilər, “Su pərisi” şeir-nağılından parçalar söylədilər.
Tədbirdə Yasamal rayonu 18 №-li məktəbin 7-ci sinif şagirdi Nəzrin Məmmədova çıxış edərək gözəl nağıllar yazdığına və rəngarəng “Sehrli dünya” jurnalını nəşr etdiyinə görə Gülzar nənəyə öz minnətdarlığını bildirdi. O dedi: “Atıq 5 ildir ki, mən “Sehrli dünya” jurnalına abunəyəm. Jurnal mənim və bacımın o qədər xoşuna gəlir ki, hər dəfə onu poçtalyon qapımıza gətirəndə, sevincimizdən bilmirik nə edək. Gülzar nənə, siz bizə çoxlu nağıllar yazın, gözləyirik!”
A. Şaiq adına 2 №-li kitabxana filialında “Uşaqlar mütaliə edir” tədbirində uşaq yazıçısı Gülzar İbrahimova tədbirdə iştirak edənlərə “Sirus və Virusun məcaraları” kitabının yaranma tarixindən söhbət açdı, “Dostlaşmış nağıllar” kitabı haqqında danışdı, uşaqları maraqlandıran sualları həvəslə cavablandırdı. Kitabxananın fəal oxuculardan Səmayə Əmirli və Ləman Gülməmmədova yazdıqları şerləri söylədilər. Uşaqlar həvəslə Gülzar nənənin şeirlərini dedilər.
Q.Musabəyov adına 3 №-li kitabxana filialında “Gülzar İbrahimova ilə görüş” tədbirini Yasamal rayon MKS-nin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq, iştirak edən uşaqlara işıqlı gələcəyə aparan yolun mütalliədən keçdiyini söyləyib, dəyərli məsləhətlər verdi.
Təbrizli Hədyə xanım çıxışında uşaqlara ata-anaya, Vətənə sevgidən dəyərli fikirlər söylədi. Böyük ustad Şəhriyarın Vətənə həsr elədiyi şeirlərini oxudu.
Astroloq-alim Firudin Qurbansoy elm, təhsil, mütaliə haqqında ətraflı məlumatlar verdi və mütaliənin faydasından danışdı.Uşaqların sevimlisi
Gülzar İbrahimovanın (Gülzar nənə) çıxışını uşaqlar çox səmimi və isti qarşıladılar. Gülzar xanım yeni kitabları, sevimli qəhrəmanları haqqında danışdı. Balalara yalanı pisləyən “Tərlan və yalan” şeirini oxudu.
X.B.Natəvan adına 4 №-li kitabxana filialında “Gülzar nənəmiz – qonağımızdır” adlı tədbir uşaqlar tərəfindən çox böyük maraqla qarşılandı. Görüşdə Səbinə Abbasova, şair, bəstəkar Elxan Rəsuloğlu iştrak etdilər. Tədbir E. Rəsuloğlunin ifa etdiyi “Azərbaycan” mahnısı ilə açıldı. Kitabxana filialının müdiri Turanə Əmirova gələn qonaqları salamlayaraq, tədbir iştirakçılarının və əsərlərini sevə-sevə oxuyan oxucuların adından Gülzar İbrahimovaya gözəl əsərlərinə görə təşəkkürünü bildirdi. Böyük metodist İradə Hüseynova çıxış edərək bildirdi ki, dünyadan, keçmişdən, gələcəkdən bizə məlumat çatdıran kitablardır. Kitabın müqəddəsliyi qorunub saxlanılmalıdır.
Gülzar İbrahimova maraqlı görüş üçün oxuculara minnətdarlığını bildirdi və onlara yaradıcılığındakı yeniliklərdən danışaraq, “Dostlaşmış nağıllar” kitabı haqqında məlumat verdi.
Oxucular Gülzar İbrahimovanın yazdığı şeirlərdən, nağıl və yumorlardan parçalar söylədilər.
Keçirilən bütün tədbirlərdə nağılçı-yazıçı Gülzar İbrahimova hər bir təbir iştirakçısına müəllifi olduğu “Qırmızıyanaqla Qırmızıpapağın nağılı”, “Ciddi ol!” yumorlar kitabını, “Sehirli dünya” jurnallarını, “Gülzar nənənin nağılları”, ”Mən daha böyüyürəm” CD-ləri hədiyyə etdi.
Görüşlər səmimi və isti şəraitdə keçdi, oxucular üçün çox maraqlı oldu. Tədbirlərin sonunda çoxlu xatirə şəkilləri çəkildi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar