Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib.
Maneevr.az xəbər verir ki, Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Fyodor Şukin Azərbaycan Dövlət Musiqili Dram Teatrına Xalq artisti Müslüm Maqomayevin adının verilməsi haqqında fərman imzalayıb.
Qeyd edək ki, Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrı XIX əsrin sonlarında yaranıb. Teatr 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət statusu alıb. Azərbaycan klassiklərinin əsərlərini səhnələşdirən bu teatrın binasının 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yenidən qurulmasına başlanılıb.
2026-cı ilin mart ayında qədim teatr binası Rusiya Prezidenti Vladimir Putinin videokonfrans formatında iştirakı ilə təntənəli şəkildə açılıb. Genişmiqyaslı təmir çərçivəsində teatr müasir səhnə, işıqlandırma və səs avadanlıqları, rahat soyunma otaqları və geniş tamaşaçı zalı ilə təchiz edilib.
Xəbər lenti
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























