Sizin Reklam Burada
Xəbər lenti
14-10-2026
13-10-2026
BÜTÜN XƏBƏRLƏR

Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib

Tarix: 18-09-2026 17:00     Baxış: 488 A- / A+


Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib.
Maneevr.az xəbər verir ki, Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Fyodor Şukin Azərbaycan Dövlət Musiqili Dram Teatrına Xalq artisti Müslüm Maqomayevin adının verilməsi haqqında fərman imzalayıb.
Qeyd edək ki, Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrı XIX əsrin sonlarında yaranıb. Teatr 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət statusu alıb. Azərbaycan klassiklərinin əsərlərini səhnələşdirən bu teatrın binasının 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yenidən qurulmasına başlanılıb.
2026-cı ilin mart ayında qədim teatr binası Rusiya Prezidenti Vladimir Putinin videokonfrans formatında iştirakı ilə təntənəli şəkildə açılıb. Genişmiqyaslı təmir çərçivəsində teatr müasir səhnə, işıqlandırma və səs avadanlıqları, rahat soyunma otaqları və geniş tamaşaçı zalı ilə təchiz edilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar