Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Şairin sözünə qulaq asmayan müsəlman deyil" -"Poeziya axşamı"nda toy havası

Tarix: 30-01-2017 20:57     Baxış: 4745 A- / A+
"Şairin sözünə qulaq asmayan müsəlman deyil"


Qələm adamları ilə hər görüş mənim üçün böyük əhəmiyyət daşıyır. Ən azından belə görüşlər, Azərbaycan ədəbiyyatının hansı səviyyədə təmsil olunduğunu bəlli etməklə yanaşı, qələm adamlarının yazı üslubu, düşüncə və yaşam tərzinə baxış imkanı yaradır.


Elə bu düşüncələrlə dəvət olunduğum BIZNES-HOUSE-un 6-ci mərtəbəsindəki "BIO- Dad RESTORAN"-ına gəlib çıxdım. Mən içəri keçəndə tədbir artıq başlamışdı. Şair dostumuz Balayar Sadiqlə görüşüb, təklif olunan yerdə oturdum. Oturunca da əvvəl üzbəüz, sonra da yan -yörəmdə oturan doğma "baxışlarla" salamlaşdım. Daha sonra altmışa yaxın adamın bir araya gəlməsini ilk baxışdan alqışlayaraq, bunu çətin zamanda nə qədər insanın şadlanmaq ehtiyacı olduğu kimi dəyərləndirdim. Sonra da şair dostumuz Balayar Sadiqin aparıcılığı ilə baş tutan "Poeziya axşamı"nı izləməyə başladım.


Öncə məclisin hacılardan ibarət komandasına xüsusi təqdimatla söz verildi. Təbii ki, aralarında otuza yaxın kitabın müəllifi olanı da var idi, az-çox yazanı da.
Aparıcının qeyd etdiyi kimi " bu ünlü imzaları tanımayanlardan biri də mən idim ki, ilk dəfə məlumat alırdım. Hətta aralarında AYB-nin üzvü olan, xüsusi təqaüd alan qələm sahiblərindən bir ağsaqqalın şeir söyləməsi dinləyicilərin diqqətini özünə cəlb edə bilməməsi nəzərimdən yayınmadı. Bu da şair-hacının acığına gəldi və məclis əhlinə üz tutaraq: "Şairin sözünə qulaq asmayan müsəlman deyil", -deyə qınaq vurdu da. Düzü, şeirin yanından belə keçməyən, dediyi şeirin söz yığınından başqa bir şey olmadığı bu adamın bizim zövqümüzü korlamağı azmış kimi, hələ bir inancımıza sataşması məndə acı bir təbəssüm oyatdı. Onun nə qədər hacı, nə qədər şair ola bilməsi hər kəsə bəlli oldu. Söz sıra ilə Azərbaycanın cənub, qərb bölgələrindən, daha sonra Göyçədən, Borçalıdan olan nümayəndələrə verildi. Hakim partiyanın təmsilçıləri olan Naxçıvan şairləri də növbə ilə söz aldı. Hər söz alan şəxs fürsətdən istifadə edib, mikrafonu öz yerlilərindən olan tanış şairlərə ötürürdü. Beləcə, hər çıxışdan sonra qeyri-peşəkar çalğıçıların müşayiəti ilə səslənən mahnılara böyük şövq ilə oynayanlar da tapılırdı.

Diqqətçəkici məqamlar artdıqca əsəblərim gərilir, aparıcı dostumuzun nə vaxt Azərbaycanın mərkəzi rayonlarına dönəcəyini böyük həsrətlə gözləyirdim. Elə bu arada da süfrədə olan çatışmamazlıqlar, yeməyin soyuq gətirılməsi qadın şairələrimizin narazılığına səbəb oldu. Adam çox olduğu üçün aşbazın istefa verdiyi xəbəri gəldi. Bu zaman söz Zəki Vilayətoğluna verildi ki, o da məclisdə cərəyan edən qohumbazlığa, yerlibazlığa etiraz etdi. Sonra da gözəl bir mahnı ilə ovqatımızı təzələdi. Balayar Sadıq bu dəfə xüsusi təqdimatla sözü qudasına verəndə, artıq bu məclisin toy senarisinə uyğun təşkil olunduğunu anladım. Səhnəyə baxanda bəy, gəlin görməyincə də heyrətləndim. "Yəqin nəvəsinin kiçik toyudur"-deyə düşündüm. Belə deməyə utanıb. "Poeziya axşamı" adı ilə dəvət edib. Odur ki, sakitcə nəmər yazdırıb, çıxmaq istəyirdik ki, bir saz üstasına meydan verildi.

"Şairin sözünə qulaq asmayan müsəlman deyil"
Çıxmazdan öncə saz havası ilə keyfimi sazlamaq istədim. Amma nədənsə, aşıq saz çalmaqdan imtina etdi. Əvvəlcə pafosnan kimlərinsə şeirlərini söylədi. Daha sonra da özfaliyyətinin yeni çalarlarını nümayiş etdirmək üçün qarmon çalmaq həvəsində olduğunu elan etdi. -Sazını çal, qarmon sənlik deyil -deyə Balayar bəy özünü yetirib onun qarşısını kəsdi. Əlacsız qalan aşıq sazını köynəyindən çıxarınca iniltili bir musiqiyə köklənməyə çalışdı. Mənə elə gəldi ki, saz düşdüyü günə hıçqıraraq ağlayır. Ürəyim dözmədi. Sakitcə qalxıb, Balayar Sadiqə gözaydınlığı verərək, qapıya yönəldim. Beləcə, nə maddi, nə də mənəvi "dad" ala bilmədiyim məclisdən və xidmətində kifayət qədər "soyuq küləklər" əsən "BIO-Dad RESTORAN"ından uzaqlaşdım.

Akəm Xaqan

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar