Xəbər lenti
Daxili İşlər Nazirinə ŞİKAYƏT - "Bu idarlərdə insan mənəviyyatına, qanuna zidd əməllər baş verir"
Manevr.az-ın elektron poçtuna keçmiş polis sertjantı Taleh İlham oğlu Hüseynov tərəfindən şikayət məktubu daxil olub. Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik cənab Vilayət Eyvazova ünvanlanan sözügedən məktubu təqdim edirik:
"Cənab nazir!
Sizə bu şikayət məktubunu yazmağa məni sövq edən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Təşkilati-İnspektor şöbəsinin polis mayoru Ziya Ağayev, həmin şöbənin digər polis zabitləri İlqar Malışov və Asəf Dəmirov, həmçinin Nəsimi Rayon Mühafizə İdarəsinin rəhbərliyi tərəfindən haqsızlığa məruz qalmağımdır. Bildirmək istərdim ki, 2019-cu ilin oktyabr ayının 29-u bibim tərəfindən aramızda olan mülki məhkəmə proseslərinin birindən sonra guya onu təhqir edib, döydüyümə dair, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə şikayət olunmuşdum. Barəmdə şikayət ərizəsi daxil olana qədər son 6 il ərzində inzibati tənbehə cəlb olunmamışdım. Xidmətimdə daim məsuliyyətli və bacardığım qədər nümünəvi olmağa çalışmışam. Şikayət məktubunun məğzi ondan ibarət idi ki, oktyabrın 28-i bibimlə aramızda olan mülki məhkəmə prosesindən sonra onu təhqir etmişəm və dalamışıq. Aramızda olan məhkəmə proseslərinə getməyim məcburi xarakter almışdı çunki, mülkin bir hissəsinin sahibi də mən idim, iş üzrə cavabdeh idim. Haqqımda daxil olmuş şikayətimin araşdırılması polis mayoru Ziya Ağayevə həvalə olunmuşdu. Araşdırma zamanı mənə qarşı qeyri-obyektiv, qərəzli münasibətlə üzləşdim, inspektor Ziya Ağayevin niyyəti və istəyi məndən ancaq “necə olur-olsun müəyyən qədər pul qopartmaq” düşüncəsi üzərində qurulmuşdu. Qeyd etmək istəyirəm ki, bibim tərəfindən olunan şikayətin araşdırılması zamanı polis mayoru Ziya Ağayev şikayət ərizələri ilə tanış olmağa və onların sürətini çıxartmağa imkan yaratmadı. Yalnız noyabr ayının 13-ü Baş Mühafizə İdarəsinə növbəti gəlişim zamanı davamlı təkidimdən sonra ancaq ilkin Daxili İşlər Nazirliyinə ünvanlanan ərizəyə səthi baxmağa imkan verdi. Bununla da işin materiallarından sürət çıxarmağıma imkan yaratmayaraq qanunla tanınan hüquqlarımdan istifadə etməyimə mane oldu. Bütün bunlar dindirildiyim zaman otaqda olan müşahidə kameralarında qeyd edilib. O, obyektiv araşdırma aparıb reallığı üzə çıxarmaq yox, məndə daha çox səhv, nöqsan tutub müəyyən qədər pul almaq istəyirdi. Belə ki, şikayətçini təhqir edib, vurduğuma dair ittihamların öz təsdiqini tapmadığını görən, Ziya Ağayev daxil olmuş şikayətin, mahiyyətindən uzaqlaşaraq, virtual şəbəkədə olan profilimə girərək, şəxsi şəkillərimi götürərək və xaricdə təhsil almağımı əsas tutaraq şantaj vasitəsi ilə məndən pul almağa çalışırdı. Bir aydınlıq da gətirim ki, barəmdə daxil olmuş şikayət üzrə yalnız xarici ölkələrin birində təhsil almaq faktım və yenə şikiayətçinin şikayəti əsasında polis bölmələrinin birində izahat yazarkən, polis olduğumu qeyd etməməyim müəyyən olunmuşdur. Bir sıra yerlərdə polisdə işləməyi təzyiq vasitəsi kimi istifadə etməyə çalışdıqlarından, getdiyim yerlərdə polis olduğumu qabartmamağa çalışırdım. Buna görə də bibimin şikayət etdiyi bölmədə polis olduğumu qeyd etməmişdim. Təhsil almağımla bağlı fakt isə şikayət kimi yox, məlumat xarakterli yazılmışdı. Lakin Baş Mühafizə İdarəsinin əməkdaşı Ziya Ağayev rüşvət ala bilməsinə daha əlverişli bir zəmin yaratması üçün, virtual şəbəkədəki profilimə daxil olaraq şəxsi həyatımı əks etdirən şəkilləri də götürmüşdür. Xüsusi ilə Aquaparkda qohumlarımla çəkdirdiyim şəkillərdən və Ermənistan Respublikasının bayrağı olan şəkili götürərək, proqram tərəfindən onun üzərində yazılan yazıları mənim adıma çıxardaraq, mənə qarşı təzyiq və şantaj vasitəsi ilə sui-istifadə etməyə çalışmışdır. Əlbəttə bu haqqımda pis, neqativ təəsurat yaratmaq və öz qanuna zidd şərtlərini mənə diqtə etmək üçün, onun əlinə düşmüş çox gözəl imkan idi. Nəticədə Baş Mühafizə İdarəsinin qarşısında məndən istədiyi 3 min manat məbləği vermədiyimə görə, məni DİN-dən uzaqlaşdırmağa müəssər oldu. Əminəm ki, əgər o pulu vesəydim xidməti fəaliyyətimə də davam edəcəkdim. Ondan istədiyi məbləğin niyə belə çox olduğunu soruşduqda məbləği Baş Mühafizə İdarəsi rəhbərliyin müəyyənləşdirdiyini, onların da böyük səlahiyyətli, vəzifəli şəxs kimi az miqdarda pula yaxın durmayacaqlarını bildirdi. Konkret ad soruşduqda heç nə demədi. İndi istənilən rüşvətin rəhbərliyin və ya onların adından istifadə edərək özünün tələb etdiyini, dəqiq bilmirəm amma əminliklə deyə bilərəm ki, bu adam təşkilati-inspektor şöbəsində daxil olmuş müraciətləri tam, şəffaf və obyektiv şəkildə araşdırmaq üçün yox, öz cibini doldurmaq üçün oturub. Bəlkə də rəhbərliyin Ziya Ağayevin onların adından istifadə edərək pul yığmasından heç məlumatları da yoxdur. Mən Baş Mühafizə İdarəsinə getməmişdən qabaq idarəmizdən əvvəllər ora gedən polis əməkdaşları Ziya Ağayevin rüşvətxor olduğunu mənə demişdilər.
Təşkilati-inspektor şöbəsinin rəisi Asəf Dəmirov isə məni öz otağında qəbul edərkən pul vermək imkanımın olub-olmadığını müəyyənləşdirə bilməsi üçün, deyirdi ki, bilirəm sizin də pulunuz, imkanınız var. Barəmdə daxil olan şikayət qalmışdı bir kənara Asəf Dəmirov atmacalı sözləri ilə mənim imkanlı olub-olmadığını araşdırmağa çalışırdı. O mənə bunları deyərkən bizdən əlavə otaqda Zaur Ağayev və İlqar Malışov da var idi. Indi mənə maraqlıdır mənim imkanlı biri olub-olmadığımın barəmdə daxil olan şikayətlə nə əlaqəsi var ki? Bütün bunlar mənə onu deməyə əsas verir ki, bu şəxslər Baş Mühafizə İdarəsinin təşkilati-inspektor şöbəsini korrupsiya yuvasına çeviriblər.
Haqqımda mənfi, pis yöndə rəhbərlikdə təəsurat yaradıldığından bir sıra məsələrə aydınlıq gətirmək istəyirəm. İlk öncə qeyd edim ki, əsas qanunumuz sayılan Azərbaycan Respublikası Konstitusiyasına görə hər birimizin mülkiyyət hüququ var. Mənim sosial şəbəkədəki profilim həmin mülkiyyət hüququma daxildir. Azərbaycan Respublikası Konstitutsiyasının 32-ci maddəsinə və Avropa İnsan Hüquqları Konvensiyasına əsasən öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz. Ziya Ağayev sosial şəbəkədə mənim profilimə daxil olaraq şəkillərimi götürərkən Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksinə əsaslanaraq bunu etdiyini deyirdi. Amma o həm də bunu bilməlidir ki, qanun, qərar, fərman və ya digər normativ hüquqi akt Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Konstitusiyası tətbiq edilir. Yəni inzibati orqan tərəfindən qəbul olunan hər bir qanun(qərar) Azərbaycan Respublikasının Konstitutsiyası ilə uyğunlaşdırılmalıdır. Konstitutsiya nəinki vətandaşların həmçinin polis əməkdaşlarının da hüquqlarını qoruyur. Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi bürokratik və adminsitrativ təzyiqlərlə yazıldığından bu qanunun yenidən işlənməsinə ehtiyac var. Ermənistan Respublikasının bayrağı və mədəniyyətinin zənginliyini təbliğ etməyim və buna görə də sosial şəbəkə istifadəçilərinin nifrətini qazandığımla bağlı Ziya Ağayevin mənim əmrimin sürətində yazdıqları tamamilə yalandır. Qısa olaraq buna bir aydınlatma gətirim ki, facebookda bir application (funksiya ) var ki, hər düyməyə basdıqda onun iştirakçısına bir ölkənin bayrağını çıxardır. Mən isə o düyməyə basdıqda qarşıma Ermənistan respublikasının bayrağını çıxartdı və 100-lərlə bayrağın içindən bu ölkənin bayrağının düşdüyünə dair gileyli status paylaşdım. Ziya Ağayevin dediyi kimi Ermənistanın mədəniyyətinə aid yazılanlar da mənim tərəfimdən yox, proqramın özü tərəfindən yazılmışdır. Proqram özü sənə bayraq seçir və özü sənin uydurma obrazını yaradır. Əmrimi tərtib edəndə yazıb ki, guya bununla sosial şəbəkə üzvlərinin nifrətini qazanmışam. Halbuki o sosial şəbəkə üzvləri mənim virtual olmaqla yanaşı, real həyatdakı tanışlarımıdır və rəylərə atılan smaylikdən (gülüş işarəsindən) də müəyyən etmək olar ki, proqramın mənə Ermənistan Respublikasının bayrağını seçməsini aramızda mizah, gülüşlə qarşılamışıq. Bütün bunları facebook sosial şəbəkəsindən bir balaca anlayışı olan hər bir şəxs bilir. İzahatımı alarkən bunu Ziya Ağayevin özünə də deyərək orda qeyd etdim, amma yenə də öz bildiyini buraxmayaraq mənim bir “düşmən dəyirmanına su tökən” kimi qələmə verdi. Paradoksal görünən odur ki, sosial şəbəkənin işləmə qaydası və mexanizmlərindən anlayışı olmayan bu şəxs, burdan çıxartdığı səhv qənaətlərə əsasən, polis əməkdaşları haqqında fikir bildirmə və rəy yaratma səlahiyyətlərinə sahibdir. Aqua Parkda çəkdirdiyim şəkillər isə Ziya Ağayevin qeyd etdiyi kimi lüt şəkildə deyil. Hovuz qırağında şortikdə (plafqidə) çəkdirilmişdir. Hovuz qırağında və içində şortikdə çəkilən şəkil qeyri-etik sayılırsa, onda belə çıxır ki, Azərbaycanda bu cür qeyri-etik şəkillər çəkdirən minlərlə insan var. Hər halda heç kim hovuzda paltarla çimmir.
Həmçinin bildirmək istəyirəm ki 14-noyabr tarixində səhər təlimatına gecikdiyim üçün idarə rəhbərliyi tərəfindən mənə töhmət elan ediblər. Halbuki bir gün əvvəl məni 14-noyabr tarixinə səhər saat 8:30-da keçiriləcək səhər təlimatına çağırıblar amma 8:00 təlimatına gecikdiyim üçün töhmət elan ediblər.Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnaməsinə əsasən polis əməkdaşı intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda bu Daxili işlər orqanlarında xidmətdən xaric olunmağa əsas yaradır. Yəni mənim daxili işlər orqanlarında xidmətdən xaric olunmağım üçün bir intizam tənbehinin kifayət etmədiyini görüb, 2 gün əvvəl yəni noyabr ayının 18-i töhmət elan ediblər. Mən bunun səbəbini NRMİ-nin rəis müavini ilə dəqiqləşdirməyə çalışdıqda dedi ki, rəis deyib ki sənə töhmət verək. Açığı Nəsimi Rayon Mühafizə İdarəsi rəhbərliyinin mənim işimin Baş Mühafizə İdarəsində araşdırıldığını bilə-bilə, yəni belə bir ağır vaxtda, mənə töhmət elan etməsini anlaya bilmədim, bu cür davranış məni çox üzdü və hüquqi olaraq Daxili İşlər Orqanlarında xidmətdən xaric olunmağıma əsas yaratdı. Bütün bunlar xidmətdən xaric olunmağım barədə sistemli şəkildə əvvəlcədən quraşdırıldığına dair təəsurat yaradır. Necə olur ki, son 6 ildə heç bir intizam tənbehinə cəlb olunmayan əməkdaş, 3 gün ərzində 2 fərqli intizam tənbehinə cəlb olunaraq daxili işlər orqanlarında xidmətdən xaric olunur ?
Cənab nazir!
Polisin cəmiyyətdəki nüfuzunun qaldırılması, imicinin yaxşılaşdırılması istiqamətində tərəfinizdən aparılan islahat xarakterli tədbirləri şəxsən mən çox müsbət qarşılayıram. Bu cür islahatların həmçinin BMİ və NRMİ-də də aparılmasına çox böyük zərurət yaranıb. Belə ki, BMI və NRMİ-in də baş verən hüquqa zidd əməllər bunlarla məhdudlaşmır. Bu idarlərdə bir sıra başqa insan mənəviyyatına, qanuna zidd əməllər baş verir ki, bunları əlimdə olan maddi sübütlarla birlikdə sizə və digər hüquq mühafizə orqanlarına təqdim edə bilərəm.
Cənab nazir!
Hesab edirəm ki, haqqımdakı cəza qərarı adekvat deyil, sərtdir və ən azı 12 il xidmət edən birinə qarşı ədalətsizdir. Hər hansı bir intizam tənbehinə cəlb olunsaydım, bu məni səhvlərimdən dərs çıxarmağa və işimdə daha məsuliyyətli olmağa vadar edəcəkdi. Razıyam, daha ağıllı, ehtiyatlı olmalıydım. Amma bu durumda verilə biləcək ən ağır cəzanın seçilməsi çox sərt oldu. Ümid edirəm ki, məsələyə mən yazdığım rakursdan baxılsa barəmdə başqa intizam tənbeh növü seçiləcək və yaxud işimin yenidən araşdırılması barədə lazımi göstərişlər veriləcək. Həmçinin təşkilati-inspektor şöbəsinin zabit heyyətinin polis adına ləkə gətirən davranışları ümid edirəm ki, şəxsən nəzarətinizə götürüləcək".
HÜSEYNOV TALEH İLHAM OĞLU
Əlaqə: 055 657-40-97
012 581-10-00
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar