Xəbər lenti
Kəşfiyyatçımız aprel savaşı haqda: "Ətrafdaki mənzərə dəhşət idi"
Manevr.az Femida.az-a istinadən aprel döyüşlərində iştirak edən Xüsusi Təyinatlı Kəşfiyyatçımızın müsahibəsini təqdim edir. Məxfliyə görə müsahibin ad və soyadını qeyd etmirik.
- Hərbiyə maraq sizdə nə vaxtdan yarandı?
- Hərbiyə marağım məndə uşaqlıq illərindən var idi. Hər bir vətənpərvər Azərbaycan övladı kimi mənim də qəlbimdə daim xalqıma və millətimə sevgi ta uşaqlıqdan formalaşmışdı. Torpaqlarımızın iyirmi faizinin erməni işğalı altında olması, mənfur ermənilərin tarix boyu xalqımızın başına gətirdikləri müsübətləri oxuyanda və biləndə düşmənə qarşı qəlbimdə nifrət daha da çoxlarırdı. Zaman keçdi böyüdüm və hərbi xidmətə çağrıldım. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarına qoşuldum. Əsgər kimi ordu sıralarında bir il xidmət etdim. Bu müddətdə hərb işini daha yaxından öyrəndim və hərbçi olmağıma qərar verdim. Xüsusi gizirlik məktəbini bitirdim və Xüsusi Təyinatlı Qüvvələrdə Kəşfiyyatçı vəzifəsində xidmət etməyə başladım.
- İlk iştirak etdiyiniz əməliyyat yadınızdadırmı? İstərdim həmin vaxtlardan danışaq.
- Bildiyimiz kimi düşmən hər zaman təxribata əl atır, mövqeylərimizə hücum edir. Təbii ki, bizim də onlara cavabımız daha sərt olur. Əvvəllər mühafizə qruplarının tərkibində idim. Sonralar hücumlara da qoşuldum. 2014-cü ilin avqustunda düşmən mütamadi olaraq postlarımıza hücum etməyə başladı. Hərbi maşınımızı pusquya saldılar. Həmin vaxt 8 əsgərimiz şəhid oldu. Bu gördüyüm ağır döyüşlərdən idi. Demək olar ki, ilk iştirak etdiyim əməliyyat idi. Biz həmin hücuma cavab verib, düşmənin xeyli canlı qüvvəsini məhv etdik.
2015-ci ilin yanvar ayında Tərtər istiqamətində belə bir qanlı döyüş baş verdi. Səhər saatları idi. Ermənilər var gücləri ilə mövqelərimizə hücum etdilər. Həmin vaxt bir kəşfiyyatçı giziririmiz sinəsindən vuruldu. Ona tibbi yardım etsək də həyatını xilas edə bilmədik. Güllə onun aorta damarını kəsmişdi. Bunlar Aprel döyüşlərinə qədər iştirak etdiyim böyük əməliyyatlar idi.
- Xüsusi Təyinatlının döyüş yolunu aprelsiz təsəvvür etmək mümkün deyil. Nə baş verdi həmin gün?
- Artıq aprelin 1-i idi. Gecə saat 03 radələrində qanlı döyüşlər başladı. Mənə mühafizəni təşkil etmək tapşırılmışdı. Bizim digər kəşfiyyat bataleonumuz Tərtərin işğalda olan Talış kəndinə getdi. Onlar 3 erməni postunu gizli yolla keçib, kəndin içərisinə girmişdilər. Hardasa 40 nəfərə yaxın kəşfiyyatçımız orada idi. Bizə xəbər gəldi ki, onlar mühasirəyə alınıb. Təcili kömək lazımdır. Biz mövqeyimizdən meşəyə gəldik. Çayı keçib Talış kəndi istiqamətinə irəlilədik. Qarşıda ermənin 3 postu yerləşirdi. Bizim digər kəşfiyyat qrupumuz isə ermənilərin arxa tərəfinə keçmişdi. Düşmən də bundan xəbər tutduğu üçün onları məhv etmək üçün hərəkətə keçdi. Biz onları mühasirədən çıxarmaq üçün 3 erməni postunu almalı və möhkəmlənməli idik.
Aprel döyüşlərində iştirak edən kəşfiyyatçı
Biz döyüşçü yoldaşlarımla 1-ci posta hücum etdik. 5-10 dəqiqə qanlı döyüş getdikdən sonra posta girməyə müvəffəq olduq. Bir neçə erməni əsgərinin meyiti səngərdə uzanmışdı. Biz onların tam məhv olduğuna əmin olmaq üçün başlarından təkrar atəş açdıq və postun içərisinə doğru irəlləməyə başladıq. Posta daxil olduq və mühafizəni təşkil edib yerləşdik. Posta olan erməni əsgərlərinin yarısı silahlarını atıb qaçmışdılar. Qaçmayanlar isə artıq leş idilər. Orada erməni əsgərlərinin siqaretləri, güllələri, silahları qalmışdı. Postdan qaçan erməni əsgərləri təpənin arxasında meşəlikdə gizlənmişdilər və oradan bizi müşahidə edirdilər. Komandanlığa məlumat verdikdən sonra yerimizdə möhkəmlənməyə başladıq.
Təxminən 80-a qədər erməni meyiti var idi...
- Həmin vaxt sizinlə paralel cəbhədə döyüşən dostlarınızdan xəbəriniz olurdumu?
- Bizimlə paralel cəbhədə digər kəşfiyyat qrupularımız əməliyyat keçirirdi. Onlar arasında güclü döyüş gedirdi. Biz onları görürdük. Düşmən başını itirmişdi. Düşmən əsgərlərin çoxu silahı atıb qaçırdı. Gecədən səhərə kimi qanlı döyüşlər getdi. Səhər açılanda ətrafdaki mənzərə dəhşət idi. Erməni əsgərlərinin meyitləri hər yana səpələnmişdi. Təxminən 80-a qədər erməni meyiti var idi. 3 postdan ikisi artıq bizdə idi. Postları alanda yaralımız olsa da, şəhid vermədik.
Alınan postlarda qalan erməni meyitləri
- Böyük itkilər verən düşmən geri çəkildi. Bu taktiki gediş idi. Gözlənilmədən ermənilər biz yerləşdiyimiz postları tank atəşinə tutdular. Biz bilirdik ki, onlar postlara hücum edəcəklər. Belə də oldu. Aprelin 3-ü səhər açılanda olar artıq gecədən tədbirlərini görmüşdülər. Snayperləri arxa mövqeylərdə yerləşdirmişdilər. Tanklar isə bizə hədəfləmiş və intensive atəşə tuturdu. Ermənilərin xüsusi təyinatlılarının itirdikləri postlara hücumları başladı. Onların irəliləməsinə həmin tank yol açırdı. Erməni tankı bizim ələ keçirdiyimiz postları vururdu. Tankın atəşi ilə blendaj dağıldı. Tankın atəşi nəticəsində erməni piyadaları bizim üstümüzə irəliləyirdi. Komandanlıq əmr etdi ki, postu tərk etməyin. Bizə əlavə kömək lazım idi. Bu vaxt köməyə Milli Qəhrəman Murad Mirzəyevin komandirliyi altında, Gizir Qurbanov, Baş leytenant İsgəndərov, gizir Teymurov, gizir Cəfərov, Milli Qəhrəman mayor İmanov və digərləri köməyə gəldilər. Orada Polkovnik leytenant Murad Mirzəyev döyüşçülərə əmr etdi ki, sona qədər heç kim postu tərk etməsin. Onlar son nəfəslərinə qədər döyüşdülər. Postda da şəhid oldular. Erməni artıq bizim aldığımız iki postu ələ keçirdi. Murad Mirzəyevin, Pəncəli Teymurovun və digər kəşfiyyatçılarımızın meyitlərini onlar götürdülər. Bu döyüşdə düşmən də xeyli itki verdi. Onların arasında xüsusi təyinatlı zabitlər və çavuşlar daha çox idi.
Alınan postlarda qalan erməni meyitləri
- Bəs sizinlə eyni zamanda 3-cü posta hücum edən kəşfiyyatçılarımız?
- Onlar erməni postlarına 20 metr qalmış minaya düşdülər. Şəhid gizirimiz Seymur Baxışov minaaxtaran idi. O birinci minaya düşdü. Bundan sonra arxada gələn digər hərbçilərimiz də ətrafa dağıldıqda mina partlayışı nəticəsində şəhid olanlarımız və yaralananlarımız oldu. Həmin dəstədə gizir Seymur Baxışov, gizir Sərxan Bayramov, leytenant Elvin Namazov, gizir Toğrul Fərəczadə, gizir Şahin Cavadzadə, gizir Teymur Qasımov və gizir Bəxtiyar Hüseynov mina partlayışı nəticəsində şəhid oldular. Orada Elvin Namazovun bədəni parçalanmışdı. O, iki dəfə minaya düşdüyü üçün daha çox zədə almışdı. Onlardan şəhid olanlar oldu, qalan yaralılar isə dost bölmələrimiz tərəfindən xilas edildi.
- Sizin sonrakı aqibətiniz necə oldu?
- Erməni tankı postu vurduqdan sonra biz ordan çıxmaq məcburiyyətində qaldıq. Sürətlə irəliləyərək meşəyə girdik və müqaviməti oradan davam etdirməyə başladıq. Ermənilər yüksək mövqedə oturduqları üçün bizi rahat vura bilərdilər. Meşənin axırına qədər gəldik. Artıq erməni bizim yerimizi bilmişdi. Meşənin içini müxtəlif silahlardan atəşə tutdular. Hərbçilərimizdən biri ayağından yaralanmışdı. Həmin vaxt Milli Qəhrəman Samid İmanov yaralı idi. Əlində qumbara tutmuşdu ki, əsir düşsə özünü partlatsın. Biz əvvəl meşəyə girəndə özünü partlatmaq istəyirdi. Onu bu fikirindən çəkindirdik və tibbi yardım göstərdik. Ancaq zabit qüruru onu rahat buraxmadı. Bizə əmr etdi ki, onu yaralı şəkildə qoyub, köməyə əlavə qüvvələr çağıraq. Əmrindən çıxa bilməzdik. Bura hərbidir. Biz geriyə, çaya tərəf gəldik. Həmin vaxt erməni fasiləsiz şəkildə bizi güllə boran edirdi. Arxada dost bölmələrimiz kömək üçün qarşımıza çıxdı. Biz onlara mayor Samid İmanovun yerləşdiyi yeri göstərdik. Özümüz isə fiziki cəhətdən əldən düşdüyümüz üçün bir qədər arxaya çəkildik. Dost bölmələrimiz mayor Samid İmanovun yanına çatanda arıq O, aldığı güllə yarasından dünyasını dəyişmişdi. Qeyd edim ki, mayor Samid İmanov iki ayağından güllə yarası alaraq ağır yaralanmışdı.
Alınan postlarda qalan erməni meyitləri
- Qeyd etdiniz ki, kəşfiyyatçılarımız Talış kəndinə girmişdilər. Orada mühasirəyə düşmüşdülər. Onların sonrakı taleyi necə oldu?
- Bəli, biz ora gələndə mühasirəyə düşən yoldaşlarımızı qurtarmağa gəlmişdik. Orda olan kəşfiyyaçılarımızın fərdi hazırlığı və əzmkarlığı nəticəsində həmçinin, bizim güclü dəstəyimiz nəticəsində, 2 şəhid ( Gizir Dilsuz Qareyev və gizir Elimdar Səfərov) və bir neçə yaralı olmaq şərti ilə düşmən mühasirəsi yarıldı və mühasirədən sızaraq kəşfiyyatçılarımız xilas oldular. Şəhidlərin meyitlərindən düşmən əlinə keçən olmadı, digər kəşfiyyatçılarımız onların meyitini döyüş meydanından çıxartmağı bacardılar. Onların xidmətləri çox böyük olub. Hesab edirəm ki, Milli Qəhrəman adına layiq olan şəhidlərdən biri də onlardır.
- Aprel bizə nə verdi və bizdən nəyi aldı?
- Aprel döyüşləri bir daha ordumuzun güc və bacarığını düşmənə sübut etdi və düşmən bildi ki, onun qarşısında keçən əsrin sonlarındakı kimi pərəkəndə ordu yox, daha güclü, daha hazırlıqlı , müasir silah və təhcizatla təmin olunmuş bir ordu dayanıb. Düzdür, itkilərimiz oldu, əlbətdə ki, müharibədə itki olması qaçılmazdır. Qanla verilən torpaq qanla da alınmalıdır. Lakin bu bizim döyüş ruhunuzu heç vaxt söndürə bilməz. Əksinə döyüş təcrürbəmiz bir qədər də artdı. Aprel döyüşləri düşmənin zəif tərəflərini öyrənməyə də şans oldu.
- Deyirlər, kəşfiyyatçının şəxsi həyatı olmur…
- Niyə olmur ki? Kəşfiyyatçı da bir ananın övladıdır. Onun da daxili aləmi, öz arzu və planları var. Lakin əminliklə deyə bilərəm ki, əsl kəşfiyyatçının birinci növbədə düşündüyü şey onun Vətəni, sonra ailəsi və digər şeylərdir.
- Şəhid hərbçilərin içərisində yaxın dostunuz var idimi?
- Kimliyindən asılı olmuyaraq biz kəşfiyyatçılar hər zaman bir-birmimizə dost və qardaş olmuşuq.
- Şəhid olan yoldaşlarınızdan sizə vəsiyyət edəni oldumu?
- Xeyr. Belə bir hadisə ilə qarşılaşmadım. Sizin verdiyiniz sual ancaq filmlərdə olur. Çünki döyüş elə bir hissdir ki, orda insan döyüşdən başqa heç bir şey fikirləşə bilmir.
- Son sualımı ünvanlayıram, qurabağa və ilan yemisinizmi?
- Gülür... Bəli, yemişəm. Qurabağa və ilan kəşfiyyatçının ən ləziz yeməyidir.(femida.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar