Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərin işğalının növbəti ildönümü çal-çağırla "yad edildi"

Tarix: 07-04-2017 09:55     Baxış: 3565 A- / A+
Kəlbəcərin işğalının növbəti ildönümü çal-çağırla "yad edildi"


24 ildir ki, cənnət guşəmiz olan Kəlbəcərin aprelelin 2-də işğal gününü ürək ağrısı ilə yad edirik. Bu ağrılı tariximizə Mübariz timsalllı igidlərimiz 2016- cı ilin aprelin 1-dən 4-nə qədər qanlı mübarizə yolunu keçərək həmin günə yeni bir səhifə yazdılar. Düşmən tapdağında olan bir neçə yüksəkliyi ələ keçirərək şəhidlik zirvəsinə ucaldılar. Onların arasında subayı da, körpə balası olanı da, nişanlı olub toy gözləyənləri də vardı. Beləliklə, Kəlbəcərin işğal gününü həm də tariximizin yaddaşına şəhidlikgügü kimi də həkk oldu. Bəli, bu iki qanlı tarixi bir gündə yaşamalı oldu xalqımız..

Belə qanlı və faciəli tarixi günümüzü Dirili Aşıq Qurbaninin adını daşıyan məclis sazlı-sözlü musiqili çal-çağırıyla "yad edib".

Bu barədə ilk olaraq sosial şəbəkədə şairə-publisist Nəcibə İlkin öz etirazını bildirib: " Aprelin 2-si Kəlbəcərimizin işğal günü və 2 aprel şəhidlərimizin anım günüydü. Buna baxmayaraq, Xudəfərin şadlıq sarayında Qurbani məclisi öz kefindən qalmayıb. Sazların da çalıb, sözlərin də deyiblər..Görünür, Kəlbəcərimizə və şəhidlərimizə "sazlı -sözlü matəm saxlayıblar". Belələlərinə nə deyək?!"


Manevr.az olaraq apardığımız kiçik araşdırmamız göstərdi ki, həqiqətən də həmin gün bir çox istirahət mərkəzlərimizdə, o cümlədən də sözügedən restoranda əyləncəli tədbirlər keçirilib. Çox təəssüf!!!
Həmin günü məclis iştirakçılarınınn gülə-gülə çəkdikləri rəsmlər və bir də özlərinin sosial şəbəkədə etirafı 2 aprel-anım gününün "şərəfli" keçməsini tam əminliklə sübut edir. Sinəsinə sazı basan aşıqlarımız məclis üzvlərinin dediyi kimi, şəhidlərimizə əməlli “layla” çalıb oxuyublar. Elə başa düşürük ki, özlərinin bu böyük səhvini anlaya bilməyən məclis üzvləri yeni qoyduqları qayda-qanunları ilə ictimaiyyətin qınağına tuş gəlməyi özlərinə sığışdırmaq belə istəməyıblər. İşğal günümüzü və şəhidlərin anım gününü biz başqa cür necə qeyd etməliyik, şeirlərimizi harda oxumalıyıq, -deməkdən belə çəkinməyən məclis iştirakçıları hətta, özlərinə bəraət qazanmağa çalışıbılar. Şəhidlərin anım gününü çal-çağırla yad edən belə qələm sahiblərimiz bir şeyi unudublar ki, müğənni və başqa sənət sahiblərindən fərqli olaraq xalqın, millətin sözünü, dərdini yalnız şairlər deyir. Həmin gün dodaqlarını boyayıb şeir deyən, sazını siznəsinə basıb oxuyan dostlar görəsən gözləri yaşlı ana və bacılarımızın içindəki sızlıtalırını az da olsa düşünüblərmi?! Yaxud, ağrılarını duya biliblərmi? Şəhid valideynləri, doğmaları ağlayır, siz isə oxuyursunuz. Onda gəlin qanlı tarixi günlərimizdə “20 Yanvar”, “Xocalı soyqırımı”, “31 mart soyqırım” günlərini və eləcə də Qarabağımızın bütün işğal günlərini çal-çağırla yad edək. Sonrakı növbəti anım günlərində isə oynamaq məsələsini də gündəmə gətirməklə, bütün olanları unudaq, yaddan çıxaraq. Bir sözlə, işğal və faciə günlərimizdə düşmənizimz də çalısın, oxusun, oynasın, biz də....
Unutqanlıqdan, laqreydlikdən betər dərd yoxdur. Biz bir millət kimi hələ də düşmənimizin bizə qarşı etdiklərini belə anıb, onlara qarşı nifrət hissimizi belə bildirib, şəhidlərimizin ruhuna belə hörmət ediriksə, deməli, hələ də formalaşa bilmədiyimizi tam yəqin etməliyik.


Kəlbəcərin işğalının növbəti ildönümü çal-çağırla "yad edildi"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar