Xəbər lenti
Sabir Rüstəmxanlı: “Tərəddüd etmədən rus sonluqlu soyadlardan imtina etməliyik”
Milli soyad şəkilçilərinə niyə keçmirik - İsa Qəmbərin təklifinə reaksiya gəldi
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər təklif edib ki, təzə ildən vətəndaşlar milli soyadlarıdakı "ov- yev" rus sonluqlarından qurtulmaq üçün daha fəal olsunlar. Müsavat Partiyasının keçmiş başqanı bir də onu təklif edib ki, dövlət rəsmi qərar versin ki, bundan sonra doğulan uşaqlara yalnız milli soyadlar verilsin, başqa sonluqlar qadağan edilsin.
Qeyd edək ki, zaman-zaman bu məsələ gündəmə gəlib, yəni İsa Qəmbərin bu təklifi yeni deyil. Ancaq əfsus ki, indiyədək məsələ öz həllini tapmayıb. Yenə körpələrə rus sonluqlu soyadlar verilir.
Bəs problem vətəndaşlarla, onların passivliyi ilə bağlıdır, yoxsa bürokratçılıqla? Bəlkə latın əlifbasına keçiddə olduğu kimi, dövlət konkret sərt qərar versin və məsələ bitsin? Yeni bir qanuna ehtiyac varmı? Bu “xəmir” daha nə qədər “su” aparacaq?
Məsələ ətrafında yaranan bu suallarla bağlı çoxlu sayda mövqelərə, təkliflərə rast gəlirik.
VHP sədri, Xalq şairi, deputat Sabir Rüstəmxanlı hər zaman milli şəkilçilərə keçilməsinin tərəfdarı kimi çıxış edir: “O vaxt belə fikirlərin ortaya atılması, kimin tərəfindən irəli sürülməsi müəyyən etirazlarla qarşılanırdı. O zaman, yəni 1992-ci ili nəzərdə tuturam, hakimiyyətdə meydandan gəlmiş adamlar təmsil olunurdu və bu məsələni onlar qaldırmışdılar. Təəssüflər olsun ki, o vaxt kənarda olan kommunistlər və onların tərəfdarları, ruspərəst qüvvələr tərəfindən buna qısqanclıqla yanaşıldı. Familiya dəyişməsinə belə yanaşırdılar ki, guya bununla ata, baba adı dəyişilir. Amma familiya dəyişilmir. Sadəcə olaraq, familiyanın sonundakı şəkilçi dəyişilir. Bunu dəfələrlə yazmışıq, demişik. Milli Məclisdə də dəfələrlə səsləndirmişik. Hətta o vaxt yadıma gəlir ki, Məclis sədrlərindən biri dedi ki, getsin atasının, anasının da adını dəyişsin. İzah edə bilmirdik ki, burada dədə-baba adı dəyişməkdən söhbət getmir. Azərbaycana Çar Rusiyası dövründə sırınmış şəkilçidən xilas olmaq yolunu tutmuşuq. Bu gün idmançılarımızın, əsgərlərimizin, generallarımızın, üzdə olan adamlarımızın, sənətkarlarımızın o familiya ilə görünməsi insana qəribə gəlir. Bu şəkilçi axı bizim deyil, yaddır.
Bundan imtina etmək çox vacibdir. Adlarımıza bu "ov" yamaq kimi bitişdirilib. Sakitcə, bunu reklam etmədən əgər o vaxt Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlarla bağlı qeydiyyat idarəsinə tapşırıq verilsəydi ki, kim istəsə təqdim olunan şəkilçiləri "ov" yerinə işlətsinlər, bunu qeydiyyatdan keçirin, əmin olun ki, yəqin əhalinin 80-90-%-i bu şəkilçidən qopmuşdu. Bunu etmədilər. Əksinə, kim dəyişmək istəyirdi, buna maneə yaradıldı. Kökdən dəyişmək üçün bütün sənədlərin dəyişdirilməsi tələbi də buna mane olan əsas amillərdən biridir. Bu məsələ getdikcə uzanır. Artıq 30 il keçib. Ürəyimdə əminlik var ki, kim öz milli soyadını daşıyır, milli mahnılarla, ədəbiyyatla tərbiyə alıb, o savaşda da daha gözəl vuruşur. Məhz həmin uşaqlar Qarabağ savaşında qalib gəldilər. Tərəddüd etmədən şəkilçiləri dəyişmək lazımdır. Vaxt çoxdan keçib. Hətta Orta Asiya dövlətləri Tacikistan daxil, çoxdan ov şəkilçisindən imtina ediblər".musavat.com
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar