Xəbər lenti
Hitleri hakimiyyətə aparan 10 bədbəxt hadisə
20-ci əsrin ən mübahisəli şəxsiyyətlərindən biri də Adolf Hitlerdir. 2-ci dünya müharibəsinin səbəbkarı olan Hitler 20 milyondan çox insanın qətlində günahkar bilinir. Bu günə qədər də nasist liderinə qarşı müxtəlif münasibətlər sərgilənir. Bəziləri üçün o, cəllad, qaniçən və tirandır. Amma Hitleri sevən, onu kumirinə çevirənlərin də sayı az deyil.
Adolfun ölümü ilə bağlı bir çox versiyalar səsləndirilir. Bəzi iddialara görə, 1945-ci ildə bunkerdə meyiti tapılan Hitlerin bənzəri olub. Adolf Yeva ilə birlikdə sualtı qayıq vasitəsilə Argentinaya qaçıb, 1970-ci illərdə orada vəfat edib.
Hitlerin hakimiyyətə gəlişi də maraqlı faktlarla zəngindir. Adi bir ailədən çıxan, uğursuz rəssamın birdən-birə Almaniya kimi qüdrətli bir dövlətin başına keçməsi və İkinci Dünya Müharibəsinə başlaması müxtəlif müzakirələrə səbəb olub. Hitleri İblislə ittifaq qurmaqda, qəlbini Şeytana satmaqda, massonlara xidmət etməkdə günahlandıranlar da az deyil.
Manevr.az Adolf Hitlerin həyatında baş verən bəzi bədbəxt hadisələrlə bağlı faktları təqdim edir. Bu bədbəxt hadisələr onu hakimiyyətə sürükləyib. Bəlkə də bu hadisələr tarixin gedişatının dəyişməsinə səbəb olub.
Boğulma təhlükəsi
1894-cü ilin soyuq yanvar günü idi. Passau şəhərində bir neçə dostu ilə küçədə oyun oynayan kiçik oğlan uşağının ağlına bir fikir gəlir. O, donmuş İnn çayının nazik buz qatının üstündə qaçmağa başlayır. Nazik buz layı qırılır və oğlan soyuq suya düşür. Suda çapalayan uşaq var qüvvəsi ilə çayın axınına qarşı mübarizə aparmağa başlayır. Çünki bu axın onun boğulmasına səbəb ola bilərdi.
Qonşu evin sahibinin oğlu İohann Kuberger onun səsini eşidir. Çaya qaçan İohann suya kəllə vuraraq boğulan uşağı xilas edir. 4 yaşlı Adolf boğulmaqdan və donmaqdan qurtulur.
Hitler ölümlə ilk görüşü barədə özü heç vaxt məlumat verməmişdi. Bu məlumat o dövrə, yəni hadisə baş verən 1894-cü ilə aid qəzet yazılarında üzə çıxır. İohann Kuberger sonradan rahib olur.
Kütlənin qəzəbi
Hitler Almaniyada hakimiyyətə gəlmədən bir neçə il əvvəl sağ görüşlü aqiqatorlardan biri idi. O, Münhendə kütlə qarşısında qızışdırıcı nitqlər söyləyirdi.
Bir dəfə belə çıxışdan sonra qəzəblənən 200 nəfərlik bir kütlə Hitleri təqib etməyə başlayır. Kapral Adolf yerə uzanır və kütlə onu təpikləməyə başlayır. Ona hücum edənlərdən bəziləri bıçağını çıxararaq, provakatoru qətlə yetirmək istəyir. Bu zaman hadisə yerinə yaxınlaşan səkkiz nəfər silahlı şəxs Hitleri ölümdən xilas edir. Onlardan biri irlandiyalı Maykl Keoq idi. Qəribə təsadüfə bax ki, Hitler birinci dünya müharibəsində Maykl ilə birlikdə savaşıb. Uzun illər sonra Maykl Keoq "Uzun bıçaqlar gecəsi" kimi məşhur olan qanlı nasist hücumları zamanı ölümlə üz-üzə qalır.
Birinci dünya müharibəsi, zəhərli qaz hücumu
1918-ci il Belçika savaşında kapral Adolf Hitlerin olduğu əraziyə ingilis mərmisi düşür. Bu tip mərmilər yandırıcı qazla müşayiət olunur və birinci dünya müharibəsində on minlərlə əsgər məhz bu səbəbdən dünyasını dəyişib. Amma Hitlerin bəxti gətirir. Mərminin təsirindən müvəqqəti olaraq görmə qabiliyyətini itirən Adolf yaxınlıqdakı alman hərbi hospitalına yerləşdirilir. Bu mərmidən kapral ciddi zədələnmir və tezliklə görmə qabiliyyəti bərpa olunur. Qısa müddət sonra özünə gələn Adolf hərbi xidmətə davam edir.
Bu yaxınlarda tapılan tibbi arayışa görə isə, Hitler qaz mərmisindən kor olmamışdı. O, psixi pozğunluq səbəbindən müvəqqəti olaraq görmə qabiliyyətini itirmişdi.
Hadisə Hitlerə elə pis təsir etmişdi ki, İkinci Dünya Müharibəsində bu tip qazlı mərmidən istifadəni qadağan etmişdi.
Britaniyalı əsgərlə Hitlerin görüşü
Bu hadisə birinci dünya müharibəsində Hitlerin ölümə çox yaxın olduğu yeganə vəziyyət deyildi. Müharibənin sonlarına yaxın britaniyalı əsgərlər körpünü tutaraq təmir etdilər. Almanlar mühasirəyə alınmış fransız şəhərinə hərbi texnikanın yığılmasının qarşısını almaq üçün bu körpünü partlatmışdılar. Körpü uğrunda gedən döyüşlərdən sonra ingilislər qələbə qazandılar.
Yaralanmış britaniyalı əsgər Henri Tendi istirahət etmək üçün dayanmışdı. Bu zaman o, kolluqda gizlənmiş alman əsgərini görür. Alman qaçmağa başlayır. Tendi nişan alsa da, əsgərin yaralı olduğunu görüb silahını aşağı endirir. Bu yaralı alman əsgəri 29 yaşlı Adolf Hitler idi.
Avtomobil qəzası
Yüksək çinli nasist zabiti, Hitlerin iqtisadiyyat üzrə müşaviri, general-mayor Otto Vagenerin xatirələrinə görə, 1930-cu ildə baş verən avtomobil qəzası zamanı nasist lideri həlak ola bilərdi.
1930-cu ilin 13 mart tarixində böyük yük maşını Hitlerin Mercedes markalı avtomobilinə çırpılır. Yük maşınının sürücüsü qəzadan əvvəl əyləcə basa bilmişdi. Otto Vaqner də “Mersedes”in sərnişini idi.
6 ay sonra Hitler və Nasist Partiyası Almaniyada hakimiyyəti ələ keçirir. Bu hadisədən sonra yük maşınının sürücüsü barədə heç bir məlumata rast gəlinmir.
Avtomobilinə dəyən ziyana görə Hitler tərəfindən imzalanan sığorta ödənişi 2000-ci ildə satışa çıxarıldı. Satıcı iddia edir ki, sənəd arxivə verildikdən 70 il sonra üzə çıxıb.
Hitlerin intihar cəhdi
Ernst Hanfştenql və arvadı Hellen 1921-ci ildə Nyu-Yorkdan Münhenə köçəndə ilk dəfə Hitlerlə görüşüblər. Ernst Harvard Universitetində təhsil almışdı. Hellen yaxın gələcəkdə Hitlerin həyatını xilas edəcəkdi.
Cütlük Münhendə pivəxanada gənc Hitlerin nitqinə qulaq asır və təsirlənir. Bu hadisədən sonra Adolf Putsi ilə dostlaşır və tez-tez onun evinə gedib-gəlməyə başlayır.
Hitler dostları ilə nasistlər tərəfindən hakimiyyətin ələ keçirilməsinə cəhddə iştirak edir. Cəhd uğursuz alındığı üçün onlar cütlüyün Münhendən kənarda olan evinə qaçırlar. Burada Hitler dövlətə xəyanətdə günahlandırıldığı üçün depressiyaya düşür. Adolf artıq hər şeyin itirildiyini, davam etməyin mənasız olduğunu bəyan edir. Sonra o, yan kabinetdəki tapançanı götürməyə gedir. Tapançanı alnına çevirəndə Hellen Adolfun əlindən tutur və tapançanı kənara çəkir. Tezliklə polis əməkdaşları evi mühasirəyə alır. Hüquq mühafizə orqanları evdə axtarış edərək Hitleri aparırlar.
Ölüm hökmü astanasında
Adolf həbs edildikdən sonra dövlətə xəyanət maddəsi ilə günahlandırılır. O dövrdə Veymar respublikasında bu cəzaya görə ölüm hökmü tətbiq edilirdi. Qəribədir ki, Adolf 1923-cü ildə dövlətə xəyanətlə ittiham edilsə də, ölüm hökmü ilə cəzalandırılmır.
Hitlerin məhkəməsinə bir neçə gün qalmış Veymar hökuməti ölkədə fövqəladə vəziyyət elan etdi. Bu isə məhkəmə sistemində dəyişikliyə səbəb oldu. Deməli, Adolf andlılar məhkəməsi tərəfindən mühakimə oluna bilməzdi. İndi hakimlər Hitlerin taleyini həll etməli idi.
Bu məsələ üçün təhkim edilmiş hakim Georq Naythardt Hitlerin faşist görüşlərini bəyənirdi və hətta nasist aksiyalarında da iştirak etmişdi. Hakim Naythardt Hitlerin hər hansı bir qanuni məhkəmə baxışına məhkum edilməsindən imtina edir. O, hətta Adolfa şərait yaradır ki, məhkəmədən siyasi baxışlarının yayılma vasitəsi kimi istifadə edərək leksiya oxuya bilsin.
Kütlə Hitlerin sağ görüşlü nitqi ilə tanış olduqdan sonra, Adolf siyasətin zirvəsinə ucalır. Tezliklə nasist partiyası ölkədə hakimiyyəti ələ keçirir.
Hitler texniki olaraq xəyanətdə günahlandırıldı. Ölüm hökmü 5 illik həbslə əvəz edilir və Adolf cəmi 9 ay həbsxana yatır.
Hitlerin anasının qəfil ölümü
Hitler rəssam olmaq istəsə də, akademiya ona yox cavabını vermişdi. Amma o, rəssamlıqdan əl çəkmirdi. Bu dövrdə onun anası Klaranın ölümü Adolfa çox pis təsir etmişdi.
Klara döş xərçəngindən əziyyət çəkirdi. Həkimin diaqnozundan bir müddət sonra 47 yaşlı qadın vəfat edir. Hitlər anasını həddən artıq çox istəyirdi və "Mənim mübarizəm" əsərində onu dünyaya gətirən qadının vəfatını dəhşətli zərbə adlandırmışdı.
Adolfun fikrinə görə, anasının ölümünə səbəb süd vəzi xərçəngi deyildi. Düşünürdü ki, Klara yəhudi həkim tərəfindən zəhərlənib. Ola bilər ki, bu hadisə Hitlerdə yəhudilərə qarşı nifrət yaradıb və nəticədə Xolokost qətilamı baş verib. Məhz Klara oğlunu inandırırdı ki, arzusunu reallaşdırıb rəssam olmalıdır. Amma anasının ölümündən sonra Hitler bu ideyadan imtina edir.
Leninin qəfil ölümü
Tarixin ən kəskin dönüşlərindən biri də Leninin insult keçirərək vəfat etməsidir. Bəzi tarixçilər iddia edir ki, əgər Vladimir İliç qəflətən xəstələnib ölməsəydi, Lev Trotskini yerinə təyin edərdi. Bu isə Stalinin, ola bilər ki hətta Hitlerin də hakimiyyətə gedən yolunu kəsə bilərdi.
Lenin son vəsiyyətində Stalini baş katib vəzifəsindən azad etməyi əmr etmişdi. Təbii ki, İliç istəmirdi ki, Stalin Sovet İttifaqını idarə etsin.
Hitlerin hakimiyyətə gəlişi və onun İkinci Dünya Müharibəsində strategiyası Stalinlə birgə imzalanmış "bir-birinə hücum etməmək" barədə pakta əsaslanırdı. Bu zaman artıq iki dövlət dünya hökmranlığı üçün mübarizəyə başlamışdı. Əgər Trotski hakimiyyətdə olsaydı, SSRİ ilə Almaniya arasında belə müqavilə imzalana bilməzdi.
Lev Trotski Hitleri və faşizmi mühakimə edən ilk lider idi. O, Hitlerin qarşısını almaq üçün Almaniya kommunist partiyası ilə əməkdaşlıq edirdi. Trotski hətta hərbi müdaxilə barədə də düşünürdü.
İohann Georq Elzerin uğursuz sui-qəsd cəhdi
1944-cü ilin iyul ayında yüksək rütbəli nasist məmurları Hitleri öldürmək qərarına gəlirlər. Amma onların bu planı baş tutmur. Bu vaxta qədər də Adolfa sui-qəsdlər təşkil edilmişdi.
1939-cu ildə nasist partiyasında heç bir vəzifə tutmayan İohann Georq Elzer Hitleri öldürmək qərarına gəlir. O, adi alman dülgəri idi. Elzer sırf sol düşüncəyə malik idi və bu səbəbdən nasist partiyasına nifrət edirdi. Hitler və partiyası hakimiyyətə gələndə, alman kommunistlərini məhv etməyə başlayırlar.
Adolf hakimiyyətə gəldikdən sonra Elzerin ona nifrəti o səviyyəyə çatır ki, dülgərlikdən əl çəkib hərbi zavodda işə düzəlir. Onun əsas məqsədi Adolfu qətlə yetirmək üçün bomba hazırlamaq idi.
Georq hərbi zavodda bomba hazırlamaq üçün bütün imkanlara malik idi. Bomba hazırlandıqdan sonra Elzer 1 ay müddətində Hitlerin çıxış etdiyi platformanın yanındakı daş plitələri deşməyə başlayır. Sonra isə saatı quraşdırır. Hitler çıxışa başlayanda bomba işə düşməli idi.
Amma Adolfun çıxışı gözlənildiyindən də qısa olur. Hava şəraiti pis olduğu üçün Hitler bomba partlamamışdan bir neçə dəqiqə əvvəl tribunanı tərk edir. Bomba qurğusu işə düşür və partlayış nəticəsində 8 nəfər həlak olur, 60 nəfər isə yaralanır. Amma Hitler sağ qalır. Hitlerin arvadı Yeva Braunun atası partlayış nəticəsində yaralanır. Elzer hadisədən sonra İsveçrəyə qaçmağa cəhd etsə də, sərhəddə yaxalanaraq həbs edilir. O, hərbi əsir düşərgəsinə göndərilir və 1945-ci ilin aprel ayında qətlə yetirilir.ölkə.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar