Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“12 gün meşələrdə qar yedik” - Qarabağ döyüşlərində gözlərinin nurunu itirən Elşən Süleymanov - FOTO

Tarix: 16-06-2018 20:51     Baxış: 21 114 A- / A+
“12 gün meşələrdə qar yedik” - Qarabağ döyüşlərində gözlərinin nurunu itirən Elşən Süleymanov


Xalqımızın tarixində erməni vəhşiliyinin dəhşətlərini ilə yaşadan Xocalı soyqırımı ayrı-ayrı insanların həyatında da faciəli izlər qoyub. Bütün xocalılar bu faciəni yurd həsrətilə yanaşı, həm də yaxınlarının, doğmalarının itkisi ilə xatırlayırlar. Lakin ağrı-acıalrı təkcə bunlarla da bitmir...


Bəziləri o dəhşətli günləri həm də bədənlərindəki yaralarla, onlarla birgə yaşayan ağrı-acıları ilə “xatırlayırlar”. Elşən Süleymanov Xocalı faciəsini o günlərdə aldığı güllələrdən nurunu itirdiyi gözlərilə özündə yaşadır.

Süleymanovlar ailəsi məcburi köçkün həyatını Qarabağ hadisələrinin ilk günlərindən yaşayanlardandır. Xankəndidə yaşadıqlarından 1988-ci ilin əvvəllərindən doğma evlərini tərk etməyə məcbur olublar. Elşən Bəyməmməd oğlu yeniyetməlik ilərində baş verən o ağır hadisələri belə xatırlayır:

"1988-ci ilin əvvəllərində vəziyyət ağırlaşanda biz birinci Ağdama gəldik. Ağdamda Mexanizasiya Texnikumunda məskunlaşdıq, sonra köçdük Şelli kəndindəki sanatoriyaya. Bir müddət sonra dedilər ki, Polyaniçko gəlir Xankəndiyə, vəziyyət düzələcək. Biz də qayıtdıq Xankindiyə, öz evimizə.

Bundan bir müddət sonra Kərgicahan faciəsi baş verdi, vəziyyət daha da ağırlaşdı. Biz də yenidən köçməyə məcbur olduq. Bu dəfə Xocalıda məskunlaşdıq. Xocalıda bizi evlə təmin elədilər. Bir müddət sonra burada da vəziyyət ağırlaşmağa başladı".

Elşənin dediklərinə görə, 1988-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Rusiyanın 366-cı alayı ilə birlikdə Xocalya hücum edəndə onlar ailəlikcə qaçıb canlarını qurtarmağa çalışıblar: “Ailəmiz pərən-pərən oldu, hərəmiz bir tərəfə düşdük. Biz 12 gün çöllərdə, meşələrdə qaldıq, tapdığımız müxtəlif vasitələrlə qidalanırdıq, qar yeyirdik... O günlərdə çox ağır anlar yaşadıq. Ermənilərin hücumlarının birində mənim əmimin həyat yoldaşı həlak oldu.

Bu müddətdə bir neçə dəfə ermənilərin hücumlarına məruz qalsaq da xilas ola bilirdik. Ermənilərin hücumlarından birində mən başımdan, ayağımdan, əlimdən müxtəlif yaralar aldım. Başımdan aldığım yaralardan sonradan gözlərim tutulmağa başladı”.
Elşən deyir ki, meşələrdə gizlənə-gizlənə 12 gündən sonra gəlib Ağdamın Qarağacı qəbristanlığına çıxıblar. Buraya çatanda dəstələrində olan Təyyar adlı oğlan donvurmadan həyatını itirib. Ağır yaralı olan Elşəni Ağdam xəstəxanasında, sonra isə ölmüş bilib morqda yerləşdiriblər: “Sonra tərpəndiyimi görəndə vəziyətimin ağırlığına görə məni Bakıya gətiriblər. Qospitalda uzun müddət müalicə olundum. Orada aldığım yaralardan sonralar gözlərimin ikisi də görmə qabiliyyətini itirdi. İndi iki gözüm də görmür, I qrup əlillik dərəcəsi almışam”.

Xocalının işğalından sonra üçüncü dəfə didərgin düşən ailə Bakıda, Azərbaycan Nüeft Akademiyasının yataqxanasında məskunlaşır. Bundan sonra böyük ailənin ağır yataqxana həyatı başlayır.

2007-ci ildə Elşən ailə qurur və iki oğlu dünyaya gəlir. Hazırda Murad 6-cı sinfə, babasının adını daşıyan Bəyməmməd isə 4-cü sinfə keçib: “Yataqxanadakı ağır məişət şəraitindən qaynaqlanan qəza nəticəsində kiçik oğlum Bəyməmməd 3 yaşında olarkən qaynar suya düşdü və bədəninin xeyli hissəsi ağır dərəcədə yandı. Hazırda bədənində o yanığın dərin izləri qalır.

Bir neçə ildir ki, bizə Masazır qəsəbəsindəki “Zəngilan şəhərciyi”ndə ev veriblər. Sağ olsun dövlətimiz, mənzil şəraitimizi xeyli yaxşılaşdırdı.

Lakin mənim vəziyyətimə və uşaqların kiçikliyinə görə yoldaşım da işləyə bilmir. Dövlətdən aldığım müavinətlə ailəmizin aylıq yemək xərcini çətinliklə təmin edirik. Ona görə də dolanışığımız xeyli ağırdı. Uşaqlarımızı məktəbə güc-bəla göndəririk. Onların geyimini və digər ehtiyaclarını təmin edə bilmirik.

Buna görə də sizin saytınız vasitəsilə dövlət qurumlarına və bəzi imkanlı soydaşlarımıza müraciət etmək istəyirəm ki, bizə dəstək olsunlar. Özüm I qrup Qarabağ əlili olaraq evimdə iki nəfər gələcəyin əsgərini böyüdürəm, lakin onların dolanışığı üçün maddi dəstəyə ehtiyacım var. İnanıram ki, xeyirxah insanlarımız bizi köməksiz qoymayacaqlar.

Xahiş edirəm mənimlə əlaqə yaratmaq istəyənlər üçün telefon nömrəmi də qeyd edəsiniz”.
Elşən Süleynmanovun ailəsinə dəstək olmaq istəyənlər üçün əlaqə telefonu: 070- 341-42-32

“12 gün meşələrdə qar yedik” - Qarabağ döyüşlərində gözlərinin nurunu itirən Elşən Süleymanov
“12 gün meşələrdə qar yedik” - Qarabağ döyüşlərində gözlərinin nurunu itirən Elşən Süleymanov

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar