Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əsəbləri sınağa çəkən “sınaqlar”

Tarix: 08-04-2018 20:24     Baxış: 4798 A- / A+
Əsəbləri sınağa çəkən “sınaqlar”


Və ya şagirdlərdən sonra müəllimlərin “sınağa çəkilməsi”

(II yazı)

“Sınaq”anlayışı, nə vaxtdan rəsmi qiymətləndirmə meyarı olub ki, biz onunla şagirdlərin yekun attestat qiymətlərini, daha sonra isə müəllimlərin yaşam tərzini müəyyən edən bir problemi – əmək haqqını müəyyən edirdik? Bunun adı sınaqdırsa hansı fərqləndirmədən, hansı qiymətləndirmədən söhbət gedə bilərdi?

Hələ1999-cu ildə Dövlət Komissiyası tərəfindən hazırlanmış və mərhum Prezidentimiz tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramında “rəhbər və pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, əmək haqqının ödənilməsinə differensial yanaşmanın tətbiqinə lazımiı diqqət yetirilməməsi” barədə müddəalar xüsusi olaraq vurğulanmış və və bunun həll olunacağı müddətlər belə müəyyən olunmuşdu.

Bununla əlaqədar, Nazirlər Kabineti “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə“ 23 may, 2001-ci il tarixli, 97 №-li qərar da vermişdi. Sabiq təhsil naziri M.Mərdanovun 21 oktyabr, 2002-ci il tarixli, 987 №-li əmrinə əsasən, təhsil sistemində fəaliyyət göstərən rəhbər və pedaqoji kadrların attestasiyasının keçirilməsi ilə əlaqədar bütün hazırlıq və sənədləşmə işlərinin dekabr ayına qədər yekunlaşdırılması, əvvəlcədən müvafiq qaydada təsdiq olunmuş qrafiklər əsasında 2003-cü ilin yanvar ayından etibarən başlanılması nəzərdə tutulmuşdu.Bu məqsədlə attestasiyanın Qaydaları hazırlanmış, Təşkilat komitəsi belə yaradılmışdı. Sonu nə oldu? Sanki qurbağa gölünə daş atdılar.

Nəhayət, 15 illik fasilədən sonra “Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi” barədə əmr imzalandı. Əmrə əsasən, sınaq qiymətləndirilməsi iyun ayında keçirilməli və yalniz Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə şamil olunmalı idi. Bu məqsədlə, nazirliyin Bakı şəhəri üzrə Təhsil İdarəsinə tapşırılırdı ki, “sınaq qiymətləndirmənin nəticələri əsasında, ümimi təhsil üzrə fənn kurikulumlarının və ixtisasartırma təhsili proqramlarının təkmilləşdirilməsi, müəllim hazırlığı proqramlarının yeniləşdirilməsi üzrə təkliflər hazırlayıb, təqdim etsinlər.” Bakı şəhəri üzrə Təhsil İdarəsinin 13 mart tarixli məktubu bu əmrin verilməsi üçün əsas götürüldü.

Nazirin əmrindən dərhal sonra, imtahan ideyasının təşəbbüskarları nazir tərəfindən verilən əmrin zəruriliyini əsaslandırmaq və çox güman ki, yarana biləcək hər hansı bir narazılıqların və narahatçılıqların profilaktikası məqsədilə təsəlliverici və ruhlandırıcı açıqlamalara start verirlər: “Məqsəd odur ki, Bakı şəhərində yerləşən bütün ümumtəhsil müəllimlərinin biliyi qiymətləndirilsin. Sınaq imtahanlarını attestasiya ilə qarışdırmaq olmaz… Attestasiyanın nəticəsi müəllimin işdə qalıb-qalmamasını həll edir. Sinaq imtahanlarının isə iş məsələsinə və ya əmək haqqına təsiri olmayacaq. Sadəcə, Təhsil Nazirliyi müəllim ordusunun biliyini qiymətləndirib, öyrənmək istəyir ki, zəif yerlər haradır, haranı gücləndirmək lazımdır və s. Məqsəd-müəllimlərin zəif tərəfini müəyyənləşdirmək və bunu aradan qaldırmaqdır və eyni zamanda attestasiyaya hazırlıqdır.”

Sınaq qiymətləndirilməsi başa çatar-catmaz, “diaqnostik tədqiqat” xarakterinin “xarakterı” 180 dərəcə dəyişdirilərək, dıgər fərqli məcraya yönəldilir. “Sınaq qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, müəllimlərin əmək haqqlarında dəyişiklik olacaq”, “Təhsil Nazirliyi Bakının orta məktəblərində çalışan müəllimlər üçün differensial əmək haqqı sisteminin tətbiqi ilə bağlı, Nazirlər Kabinetinə təklif verəcək”, “Sınaq imtahanlarından keçməyən müəllimlərın əmək haqqının artırılması məsələsi gündəmdə olmayacaq”, “Qiymətləndirmədən keçənlərin maaşlarının artırılması, digərlərini də ruhlandıracaq”, “Növbəti qiymətləndirmə mərhələsində yenidən istirak etmək istəyən və uğurlu nəticə göstərən müəllimlərə, “Müəllimlərin müəllimi”, “Baş müəllim”, “Peşakar müəllim” kimi dərəcələrin verilməsi nəzərdə tutulur” və s. bu kimi bəyanatlar və xəbər başlıqları gündəmi zəbt etdi.

Sual olunurdu, görəsən, 15 ilə başa çatdırılmayan hazırlıq işlərinə təkrarən yenidən başlanarsa, attestasiyanın keçirilməsinə daha neçə il müddət tələb olunacaq? Ümumiyyətlə, yeni hazırlıq işləri aparılsa belə, 30 min civarında müəllimi işindən-gücündən ayırıb, sınaq qiymətləndirilməsi adı ilə imtahanlara cəlb edib, ajiotaj yaratmağa ehtiyac vardımı? Mərdanovun sensasion “kəşfi” olaraq, orta ümumtəhsil məktəblərində yekun imtahanı ilə yanaşı, imtahan öncəsi keçirilən sinaq imtahanlarının nəticələri də nəzərə alınmaqla, çoxhədli düstur əsasında attestat qiymətlərinin çıxarılması ideyasının iflasa uğraması nə tez yaddan çıxdı? Pedaqoji kadrlarin əməyinin obyektiv qiymətləndirilməsində attestasiya sisteminin yaradılmasının zəruriliyini, sınaqdan çıxmış vasitə kimi, ön plana çəkən İslahat Proqramını nə tez arxivə göndərdik? Axı o vaxt da, geniş ictimaiyyətin həyacan siqnalları nəzərə alınmamışdı.

İmtahan testlərinə salınan, əyləncəli “krossvord” xarakterli suallar, müəllimin bilik və səriştəsini, peşəkarlığı ilə əlaqədar, digər keyfiyyətlərini üzə çıxarmaqda və qiymətləndirməkdə nə dərəcədə etibarlı idi? Müəllimlərə gah lisenziya, gah sertifikat veriləcəyi, gah da könüllü attestasiya keçiriləcəyi barədə vədlər verib, sonradan, sınaq imtahanlarının hələ attestasiyaya hazirlıq mərhələsi olduğunu bəyan etməklə nəyə nail olmaq istəyirdik? Belə çıxırdı ki attestasiyaya hazırlıq mərhələsi hesab edilən sınaq qiymətləndirilməsində uğurlu nəticə göstərən bir qisim müəllimlərin əmək haqqı qaldırılacaq, “Müəllimlərıin müəllimi” kimi absurd adlarla rəğbətləndiriləcək, hazırlıqdan sonrakı attestasiya mərələsində isə, artıq digər gisım müəllmlərın cəzalandırılması, yəni kütləvi surətdə işdən qovulması prosesinə başlanacaq. Hər şey bir yana ümumiyyətlə “Müəllimlərin müəllimi” nə demək idi? Heç kimsə “mühəndislərin mühəndisi”, “həkımlərin həkimi” və ya “baytarların baytarı” ifadələrinə rast gəlibmi?

Bəzi nüansları xatırlatmaqda məqsədim nədir?

Ardı var...

Nadir İsrafilov

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar