Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Umud Mirzəyev çağırış etdi:"Sərsəng su anbarından siyasi məqsədlər üçün istifadə olunması dayandırılmalıdır" - FOTOLAR

Tarix: 23-03-2018 11:56     Baxış: 1710 A- / A+
Umud Mirzəyev çağırış etdi:"Sərsəng su anbarından siyasi məqsədlər üçün istifadə olunması dayandırılmalıdır"


"Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində Dağlıq Qarabağda yerləşən Sərsəng su anbarının ekoloji mühiti kəskin şəkildə pisləşib."


Manevr.az xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Braziliyada keçirilən Səkkizinci Dünya Su Forumunda çıxışı zamanı bəyan edib və onun fikirləri dinləyicilər tərəfindən alqışlarla qarşılanıb. Vurğulyaq ki, 17 mart tarixində öz işinə başlayan forum Dünya Su Şurasının (DSŞ) təşkil etdiyi su ehtiyatlarına həsr olunmuş dünyanın ən böyük tədbiridir.

"Ermənistanın nəzarəti altında olan anbara məxsus ehtiyatlardan siyasi təhdid vasitəsi kimi istifadə olunur. Nəticədə, əksəriyyəti qaçqın və məcburi köçkünlər olmaqla, cəbhə xəttində yaşayan azərbaycanlılar su çatışmazlığı problemini yaşayır və kənd təsərrüfatı ilə tam olaraq məşğul ola bilmirlər", deyə BAMF sədri fikrini davam etdirib. O, qeyd edib ki, bu anbar ətrafdakı təxminən 96,000 hektar ərazini suvarma suyu ilə təmin etmək üçün inşa edilib. Ona görə də, bu təxirəsalınmaz humanitar problemi nəzərə alan Avropa Şurası Parlament Assambleyası 2016-cı il 26 yanvar tarixində qətnamə qəbul edərək "Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılması və su ehtiyatlarından siyasi alət kimi istifadə olunmamasına dair" qərar verib. Lakin hələ də bu qətnamə yerinə yetirilməyib.

Umud Mirzəyev həmçinin, iştirakçılara 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının insanın su təchizatı və sanitariya hüququnu tanıyan qətnamə qəbul etdiyini xatırladıb. Hər kəsin şəxsi və məişətdə istifadə edə bilməsi üçün təhlükəsiz və fiziki olaraq su əldə etmək imkanı olmalıdır. "Lakin bugün su çatışmazlığından sülh, təhlükəsizlik və davamlı inkişafın dəstəklənməsinə yönəlmiş beynəlxalq sənədlərə, beynəlxalq norma və standartlara məhəl qoyulmadan siyasi maraqlar üçün istifadə olunur."

Onun sözlərinə görə, bu problem bugün olduğundan daha dəhşətli ola bilməz. O bildirib ki, dünya ictimaiyyəti bu problemi anlamalı və dünyada hər bir insanın təmiz suya olan ehtiyacını təmin etməlidir.

BAMF prezidenti suyun böhran deyil, sülh aləti olması üçün vətəndaş cəmiyyətinin bütün nümayəndələrini, qaçqın və məcburi köçkünləri bütün qüvvələri birləşdirərək əməkdaşlıq qurmağa çağırıb.

"Gəlin birlikdə insan üçün həyati əhəmiyyət daşıyan su anbarları, çaylar və digər su mənbələrinin olduğu işğal olunmuş ərazilərin azad olunmasına çalışaq. Biz supergücləri yalnız siyasi maraqlarını düşünməyi dayandırmağa və insanların həyatları haqqında, evlərini tərk etməyə məcbur olmuş milyonlarla qaçqın və məcburi köçkünlərin həyatları barədə düşünməyə başlamağa inandırmalıyıq" - deyə sonda Umud Mirzəyev çağırış edib.

Həmçinin, Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olаn Sərsəng su anbarındakı ekoloji fəlakətlə bağlı Azərbaycanın cəbhəyanı ərazilərində su problemləri barədə BAMF-ın hazırladığı videosüjet iştirakçılarа nümayiş olunub. Videoda su çatışmazlığı və əkinçiliklə məşğul olmağın qeyri-mümkünlüyü barədə danışan yerli sakinlərlə olan kadrlar göstərilib. Eləcə də, iştirakçılara Böyük Britaniyanın tanınmış siyasi jurnalisti, yazıçı, tarixçi, siyasi şərhçi Adel Darvişin Qarabağın su problemləri ilə bağlı fikirləri nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonunun işğalı nəticəsində meliorasiya və suyun idarə edilməsi sistemi dağıdılıb. Sovet dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində inşa edilmiş Sərsəng su anbarının suyundan düzgün istifadə olunmaması Azərbaycanın cəbhə bölgələrində yaşayan insanların öz torpaqlarını suvarmasına mane olur. Bu həm də təxminən 500 min insanın susuz yaşamağa məcbur olması deməkdir.

BAMF dünya ictimaiyyətinin diqqətini Qafqazda, Yaxın Şərqdə, Afrikada davam edən münaqişələrə və onların dağıdıcı nəticələrinə, habelə su çatışmazlığına və regionun ekosisteminin məhv edilməsinə cəlb etməyə çalışır. Təcavüzkarlara qarşı dərhal tədbirlər görülməsə ekoloji fəlakətlər mövcud vəziyyəti daha da gərginləşdirəcək.
Eyni zamanda, martın 22-də Dünya Su Günü qeyd olunduğu tarixdə bu günə həsr olunmuş xüsusi iclas keçiriləcək.

Manevr.az

Umud Mirzəyev çağırış etdi:"Sərsəng su anbarından siyasi məqsədlər üçün istifadə olunması dayandırılmalıdır"
Umud Mirzəyev çağırış etdi:"Sərsəng su anbarından siyasi məqsədlər üçün istifadə olunması dayandırılmalıdır"
Umud Mirzəyev çağırış etdi:"Sərsəng su anbarından siyasi məqsədlər üçün istifadə olunması dayandırılmalıdır"
Umud Mirzəyev çağırış etdi:"Sərsəng su anbarından siyasi məqsədlər üçün istifadə olunması dayandırılmalıdır"
Umud Mirzəyev çağırış etdi:"Sərsəng su anbarından siyasi məqsədlər üçün istifadə olunması dayandırılmalıdır"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar