Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Əslində vergilər nazirliyi düz qərar verir"- ŞAİRLƏRİN FİKRİDİ

Tarix: 16-02-2018 22:02     Baxış: 2500 A- / A+
"Allah şairlərə vergi verir, şairlər də ki dövlətə..."

"Əslində vergilər nazirliyi düz qərar verir"- ŞAİRLƏRİN FİKRİDİ


Vergilər azirliyinin əməkdaşı Şahin Məmmədovun yazarların vergi verməsi ilə bağlı açıqlaması ədəbi aləmdə heç də sakit qarşılanmadı. Digər mətbu orqanlar kimi Manevr.az da bu məsələyə biganə qalmayıb, ədəbi mühitdə mövzu ilə bağlı sorğu keçirdi: Bir gənc yazar kimi şairlərin vergi verməsi ilə bağlı məsələyə münasibətinizi bilmək istəyərdik...

"Əslində vergilər nazirliyi düz qərar verir"- ŞAİRLƏRİN FİKRİDİ

Rauf Qərib: - Bir insan hər hansı bir yerdən gəlir əldə edirsə, onun vergisini verməlidir. Əgər bir şair və yazar da yazdıqlarından pul qazanırsa, ondan vergi tutulması normaldır. Ancaq indiki zamanda bu hal demək olar ki, çox nadir hallarda mümkündür. Bəstəkarlarla işləyib pul qazanan şairlər, kitablarından pul qazanan yazarlar vergi verməlidir. Bu, ən azından hər insanın vətəndaşlıq borcudur. Baba Vəziroğlu gündə bir mahnıya söz yazır. Elə bil ki, istehsalçıdı və təbii olaraq bunun vergisini verməlidir. Eləcə də Elxan Elatlı və onun kimi ayda bir roman yazıb minlərlə kitab satanlar… Ama onlar da çox azdı. Yoxsa, bir jurnalda çap olunduğuna görə 15 manat qonorar alanı demirəm. Hələ o çap da altı aydan bir olarsa…(gülür) Əslində Vergilər Nazirliyi düz qərar verib. Bir şair ki yazdığı ilə dolana bilməyəcəksə, niyə yazır axı?! Gedib məişət qayğıların təmin edəcək bir işlə məşğul olsun.

"Əslində vergilər nazirliyi düz qərar verir"- ŞAİRLƏRİN FİKRİDİ

Qabil Ədalət:- Bəlkə də bir çoxları fikrimlə razılaşmayacaq. Ancaq mən Vergilər Nazirliyinin bu qərarı ilə tam razıyam. Düşünürəm ki, bəlkə bu qərardan sonra ədəbiyyatda şairciklər yox olmasa da, heç olmasa azalar. Belə bir qərar verilsə ki, yazar (şair və ya yazıçı) hər hansı bir mətbu orqanda dərc olunduğuna görə və sosial şəbəkədə yaradıcılığını yayımladığına görə vergi verməlidir, bu, daha faydalı nəticə verə bilərdi. Bu kəsgin qərar şairciklərin qarşısını almaq üçün mütləqdir. Artıq Azərbaycanda dəb halını alıb: təqaüdə çıxan, ailəsindən boşanan, sevgilisindən ayrılan, ali məktəbdən qovulan - bir sözlə yerindən qalxan hər kəs şeir yazır. Əgər onların yazdığına şeir demək olarsa… Məlumdur ki, Azərbaycanda senzura yoxdur. Bu tip insanlar da söz azadlığından istifadə edərək öz yazdıqlarını oxucuya şeir adı ilə sırıyırlar. Kimin işi yoxdursa şeir yazır və deyir ki, mən şairəm. Bir- iki dəfə də Türkiyəyə gedib- gələndən sonra Bakıda şaircik olurlar.
Hətta çox istəyərdim ki, ədəbiyyatı ləkələyənlər, poeziyanın düşmənləri “cərimələnsin”- onlardan 4% yox, 8% vergi tutulsun. AYB-in üzvü olmayanlara, Gənc Ədiblər Məktəbini bitirməyənlərə, Prezident mükafatı və təqaüdü almayanlara şeir yazmağa icazə verilməsin. Yaxud da bir komissiya yaradılsın ki, ədəbiyyata zərbə vurmayan mətnlər dərc olunsun. Bu cür və ya digər ciddi addım atılsa, göbələk şairciklərin ədəbiyyata “əli çatmayacaq”.

"Əslində vergilər nazirliyi düz qərar verir"- ŞAİRLƏRİN FİKRİDİ


-Ruslan Dost Əli:
-Əgər bu vergi hər şairin məsuldarlığına görə ödənəcək olsa, yaxşı olar. Çünki əsl şair onsuz da azdır və onlar ildə cəmi bir neçə şeir yaza bilirlər. Vay o əldəqayırma şairlərin gününə (gülür). Heç broyler şirkətləri bu qədər mal istehsal eləyə bilmir. Bir də vergisiz bu işlə məşğul olmaq sürücülük vəsiqəsi olmadan hansısa nəqliyyat vasitəsisini idarə etmək kimi bir şeydir. Yəni qeyri-qanunidir. Belə olan halda bu işdə əsa s güc vergililərdən daha çox vergisizlərin üzərinə düşəcək. Və sonda, görünür , təhlükəni mən daha yaxşı və tez hiss eləmə qabiliyyətinə malikəm. Təxminən iki-üç il bundan qabaq Tanrı mənə bir bənd pıçıldamışdı: Dövlətin dövləti çatmaz şairlərdəki dövlətə. Allah şairlərə vergi verir, şairlər də ki dövlətə...

Əntiqə Səməndər

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar