Xəbər lenti
KÜRDÜSTAN, HƏMƏN KÜRDƏM – təbliğat, yoxsa...?
Son zamanlar evlənən cütlüklər öz toy məclisləri üçün xüsusi repertuar hazırlayır. Bu repertuara daxil edilən mahnılar içərisində “Həmən kürdəm” mahnısı xüsusi yer tutur və azərbaycanlı müğənnilərin ifasında tez-tez səslənir. Xatirə İslam, Aygün Bəylər kimi məşhurların ifasında isə sözügedən bəstəyə daha çox rast gəlinir. Hətta onlar bəstəni televiziyalarda da oxuyurlar. Bu isə birmənalı qarşılanmır.
Bir müddət öncə Yaqub Zurufçunun “Kürdüstan” adlı mahnı oxuması da müzakirələrə səbəb olmuşdu. İfaçı isə məsələyə öz şəxsi hesabında aydınlıq gətirmişdi: "Mənim “Kürdüstan” adlı mahnım bəzi internet portallarında müzakirəyə səbəb olub. Bilənlər bilir, bilməyənlərin diqqətinə çatdırım ki, mən bu mahnını 38 il bundan öncə şah rejiminin axırlarında, İran islam inqilabından əvvəl yazdırmışam. O zaman bu mahnı ilə yanaşı, daha 13 parçanın da yer aldığı kasetim işıq üzü gördü. “Dayaq” ləqəbi altında siyasi mövzularda ifa etdiyim bu kaset mənim İrandan çıxmağıma səbəb oldu. Kürdüstan mahnısına gəlincə, bu şeirə həm də ona görə müraciət etmişdim ki, onu Əlirza Nabdel (Oxtay) yazmışdı. Əlirza Nabdel Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı səviyyəsində bir şair olub”.
Müğənnilər Nüşabə Ələsgərli ilə “Superstar” Cəmilə “Sərçəvan” adlı kürd mahnısı ilə bağlı qalmaqal yaşamışdı. Cəmilə bəstəni bəstəkar Ruslan Səfəroğlunun telefonuna köçürdüyünü və ona “minusovka” hazırlamasını xahiş etdiyini, musiqi mətni kimi Zemfira Əlişqızının “Yar-yar” adlı şeirini oxuduğunu bildirmişdi. Sonda isə ifaçı sözügedən mahnını Nüşabə Ələsgərlinin oxuduğunu eşitmişdi. İki ifaçı kürd mahnısı üçün böyük qalmaqal yaşamışdı, onların mübahisəsi mətbuatdan yan keçməmişdi.
Bəs, müğənnilərin kürd mahnılarına bu qədər üstünlük verməsi, efirlərdə, toylarda ifa etməsi təbliğatdır, yoxsa sırf oynaq olduğu üçün müraciət edirlər? Onlar milli kimlikləri ilə bağlı mahnı oxuduqlarına görə mühakimə oluna bilərlərmi?
Musavat.com məsələ ilə bağlı bəstəkar-müğənni Murad Arifin fikirlərini öyrənib. O bildirib ki, müğənninin öz milliyyətinə aid mahnı oxuması haqqıdır:
“Cəmiyyətin diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycan çoxmillətli, tolerant ölkədir. Azərbaycanda müxtəlif milli azlıqlar, xalqlar yaşayır. Onların haqqıdır ki, etnoslarını öz nəğmələrində, şeirlərində, yaradıcılıqlarında tərifləsin. Heç kimin onları qınamağa haqqı yoxdur. Biz 3 rəngli bayraq altında birləşdirik. “Əslini danan haramzadədir” deyiblər. Azərbaycanda nə qədər xalqlar yaşayırsa, hamının həm haqqı, həm də borcudur ki, o xalqlar haqqında gözəl nəğmələr, şerlər, əsərlər təqdim etsin. Heç kəsin haqqı çatmır ki, bu mövzuda sənətçiyə qadağa qoysun.
Azərbaycanda yaşayan türk də, kürd də, talış da, tat da, ləzgi də, rus da udin də başımın tacıdır, məmləkətimin dəyəridir. Bunu heç kəs unutmasın”.
Manevr.az məlumat verir ki, məqalədə adı çəkilən "Həmən kürdəm" şeirinin müəllifi əslən Kəlbəcərdən olan, el şairi kimi tanınan Əlqəmədi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar