Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türklük tarix yazacaq qurtuluş savaşında - Rəşid Faxralının şeirləri

Tarix: 05-11-2023 10:45     Baxış: 2911 A- / A+
                 
Manevr.az Rəşid Faxralının şeirlərini təqdim edir


İKİ ZƏFƏR

“Nə vaxt başladığı məlum olmayan zamanlardan bu yana müstəqilliyin şərəfi ilə yaşayan millətimiz ən faciəli bir çöküşlə yox olmaq vəziyyətində ikən əsarətə qarşı övladlarını ayağa qalxmağa dəvət edən əcdadımızın səsi qəlbimizdə yüksəldi və bizison  qurtuluş mücadiləsinə dəvət etdi...”…
                                                                                    Mustafa Kamal Atatürk


Türkün torpağında

Dünyanın qara yelləri
əsdi türkün torpağında.
Sabahlara varan yolu
əzdi türkün torpağında.

Necə əsdi? - əzim-əzim,
Daşlara çırpıldı səsi…
Bilmədi ki, belə əsim
nəhsdi türkün torpağında.

Qara yelin nəydi qəsdi,
Niyə küyə düşüb əsdi?..
Yol çığnadı, cığır kəsdi,
Bəsdi türkün torpağında!


Mustafa Kamal paşa nə dedi?

Mustafa Kamal paşa
Dünyaya “Türkəm!” – dedi,
“Mücadilə sənindi,
qardaşım, türküm!” – dedi,
“Yağının qollarını
dirsəkdən bükün!” – dedi.
Tarix yazan millətin
Qurtuluş qılıncıtək
yağılıqla gələnin
köksünə çökün!” – dedi.
“Siyasət niyyətini
kökündən sökün!” – dedi…


Türklük nə dedi?

Türklük “Biz varıq!” dedi,
“İşğala niyyətlinin
yağılıq kaftanının
ilmələri sökülər.
Döyüşdə əsgərinin
tətik sıxan barmağı
üyüşər, görər gözü
ovucuna tökülər!..”…


Nə olmuşdu?

1813-ün bir payız səhərində
Azərbaycanı
“Gülüstan”la
iki yerə bölən dünya
Sevr boyda sazişiylə
Türkiyənin açılası səhərinə
mənzil yoran kəhərinə,
kəhrizinə, bulağına,
oylağına, yaylağına susamışdı,
Şəhər-şəhər qalasına,
köylərinin çırağına susamışdı,
Sərhədinə dirək olan
Silahına, yarağına susamışdı.
Turan deyən məmləkətin
varlığına susamışdı…


Böyük Millət Məclisində dedilər ki

20-ci ildə
aprelin 23-də
Ankarada
Böyük Millət Məclisində
Bu sazişə “Yox!” dedilər,
Antanta-nın
yedəyinə düşüb gələn
bu gərdişə “Yox!” dedilər…


Dava nə davasıydı?

Dönməz haray
Türkçülülüklə
Hürriyətə,
Min illərin
tarixinə sədaqətə
 qılınc çəkən
müttəfiqlik dumanıyla davasıydı,
Türkçülüyün
işğalçılıq fərmanıyla davasıydı.
Min illərin tarixinin
sonulaya-sonulaya,
Bir az orda, bir az burda
düyün düşən
gümanıyla davasıydı…


Papulas Ankaraya gəlirdi

“Türkiyənin boynuna
ilhaq kəndiri olsun
Sevr müqaviləsi,
Dünyanın Osmanlıya
cəbr müqavuləsi...” –
bu niyyətlə gedirdi
Papulas1Ankaraya.
Gedirdi,
 bu gedişlə
Türkün türk dünyasının
boyu xeyli kiçilsin,
Tükçülüyün boynuna
məğlubiyyət biçilsin…


Lozanna konqresi nə etdi, əfəndim?!

Millətin sabahını
yolundan eləyərdi
Bir cahan savaşının
sonuncu gülləsiylə
yazılan bir sazişin
ağırlaşan şələsi.
Quru da səngəriydi,
Dərya da səngəriydi
Bu sazişin biçdiyi
Müttəfiq dövlətlərin
tarixi bir qüdrətə
xəncər olan tələsi.
Didik-didik elədi
Sevr adlı sazişi
Lozanna konqresi.
Dünyaya bir yük olan,
Kölgəsizlik kölgəsi
özündən böyük olan
haram müqaviləni
çığnadı, əzdi, keçdi
türkün mücadiləsi…


Sakaryada nələr oldu?...

Mərmi-mərni söküldü,
Güllə-güllə didildi,
Ömür-ömür töküldü
qəlbiqara dövlətin
işğala dirsəklənən
murazı Sakaryada.
Yağılığın, yağının
Döyüş-döyüş seyrəldi,
güllə-güllə azaldı
sırası Sakaryada.

Mehmetçiyin döyüşü –
Sakaryadan dünyaya
çatan qələbə səsi.
dünyaya heyrət oldu
Yeri Göyə dikəldib,
Göyü Yerə ələyib,
döyüş bayrağı olan
Meydan müharibəsi.


Qurtuluş savaşıydı...

Tül kimi bürümüşdü
Ağımtıl ziyasıyla
O gecə hilal dağı.
Türkə mətərisiydi
Manqal dağı, Çal dağı…
Kamal paşa dedi ki,
Sakarya döyüşümüz
tarixə görk olacaq,
Son gülələri atan
türk oğlu türk olacaq…
Mehmetçiyin nəfəsi
məlhəminə dönəcək
torpağın da, daşın da.
Türklük tarix yazacaq
qurtuluş savaşında.

Mehmetçiyin sinəsi
gülləyə sipəriydi.
Yaralı torpaqların
gözləri səyriyirdi.

O yay günü Sakarya
Qurtuluş savaşının
Melhame-i Kübrası2,
O yay günü Sakarya
qan gölü, qan dəryası3”…

Mərmi mərmi didirdi,
Didib yerə tökürdü,
Güllə mərmi sökürdü
Qurtuluş savaşında.


Mehmetcik döyüşürdü…

Güllə güllə udurdu,
Səngəri unudurdu.
Mehmetçiyin sinəsi,
Güllələr soyudurdu
Qurtuluş savaşında.

İşıq arzulayırdı
qara gözlü gecənin
gözlərinin qarası,
(işıq – döyüşsüz səhər,
işıq – gülərüz səhər,
işıq – türkün döyüşlə
yazdığı Böyük Zəfər…)
Türkü döyüşən görüb
ərzi qucaqlayırdı
Yer ilə Göy arası
Qurtuluş savaşında…


Sakarya Qələbəsi

Dünya mat qaldı, necə
olurmuş yer üzündə
Zabit müharibəsi4.
101 ildi kəsilmir
türkçülük qüdrətinin
göylərə sığal çəkən
Sakarya Qələbəsi…

Döyüşdə mehmetçiyin
axırıncı gülləsi
Sakaryada oxunan
sonuncu şərqi oldu.
Torpaq gördü, kövrəldi,
Ağac gördü, kövrəldi,
Yarpaq gördü, kövrəldi.,
Dolam-dolam dolaşan
sevinən buludların
görər gözləri doldu…


Döyüşdən uzaqlarda nələr olurdu?

Mehmetçik bilmirdi ki,
Uzaq köylərdə,
divarları çat verən
daxma-öylərdə
Döyüşlərdən dönənlərə
neçə ana “Oğul!” deyib
Şəhid olan oğulunu
ana-ana “Oğul!” deyib,
“Türk oğulum,
Türkə yağı kəsilənə
görk oğulum,
türklüyünün döyüşünə
börk oğulum,
Şəhidlərim
Torpağıma səriləndə,
Güllələrdən yaralanmış
Hər dağıma,
 hər daşıma,
 kəhrizimə,
 bulağıma
“Vətən!” dedi,
Sakaryada 5713 oğulun
son nəfəsi “Vətən!” dedi.
Şəhidlərin səsi üçün
Yerin səsi, Göyün səsi “Vətən!” dedi.
Son nəfəsdə
“Vətən!” deyən oğullara
“Oğul!” deyən analara
“Ana!” deyən mehmetçiklər
Yağıları döyüş-döyüş güllələdi,
Qəzəbinin,
 nifrətinin ilğımında kül elədi…

Yaxın-uzaq köylərdə,
Analar deyirdi ki,
mehmetçiyim,
Sizi də, Zəfərinizi də
Şəhid oğlum əvəzinə
köynəyimdən keçirəcəm.
Söküləcək dan yerinə
göz yaşımı içirəcəm…

…dərdi sinə.
Dəddən dərd dərdi sinə.
Mehmetçiyim qoymadı
Yurdumda dərd isinə.

Yağıların odusu
heyrətindən qıc oldu.
Sakaryada bu Zəfər
türkə başlanğıc oldu
Qurtuluş savaşında…


Dənizim, Ağ dənizim…

Döyüşlər görəcəksən
həmişə oyaq dəniz.
Nələr olur, nə olur,
Niyə heyranlarına
vermədin soraq dəniz.
Göydə şimşəklər çaxır,
Yenə ulduzlar axır,
Yerə yağış yerinə
Nə qədər qurşun yağır,
Zaman cəng zamanıdı,
Qılınc zamanı getdi,
Bu, tüfəng zamanıdı.
Bizi təntidə bilməz
Belə bir sınaq, dəniz.

Qağayı gözəlliyi
Niyə çəkirsən dara?
Sahil qələbəlikdi,
Hara baxırsan, hara,
Bizə sarı bax, dəniz.

Eheyyy, yol-iz döyənlər,
Yola-izə daraşan
Qərib niyyət əyənlər,
Sakaryadan Zəfərlə
Dönüb “Türkəm!” deyənlər,
Paşam deyib, yola çıx,
Hədəfimiz Ağ dəniz!


30 avqust səhəri

Bu Zəfəri görüncə
Sakarya çayı daşdı,
Mİnlərlə mehmetçiyin
Yerə-göyə sağmayan
hayı-harayı daşdı…

Qılıncını
Mete xanın,
 Bilgə xaqanın.
 Atillanın,
 Alparslanın, …
öyüdüylə ovxarlamış
ərənlərin adı ilə döyüşdülər,
Yurtdan yurda varanların
odu ilə döyüşdülər.
Döyüşdülər
türk oğlutək döyüşdülər,
Tarix yazmış,
tarix yazan bir millətin
tarixinə xor baxana
görk oğlutək döyüşdülər.
Min illərin dastanıtək,
nağılıtək döyüşdülər.

Qarabağdan döyüşə
Getmiş bir cavan əsgər
Sildi türkün gözünü
sürmələyən qəhəri.
Son gülləni atınca
Dzi çökdü. əyildi
torpağı salamladı
30 avqust səhəri:


Salam, Türkiyəm!

Gəldim, döyüşdüm,
Səni salamlamağa
macalım olmamışdı
Salam, Türkiyəm!

Mehmetçiyinlə
qoşa dayandım,
Döyüşlər üçün
erkən oyandım,
Qardaş elədi
bu Zəfər bizi,
Anam Türkiyəm!

___________________________________

1.Yunan ordusunun generalı;
2.Mustafa Kamal Paşa çox böyük və qanlı savaş anlamında belə deyib;
3.İfadə Mustafa Kamal paşa Atatürkə məxsusdur;
4.Sakarya döyüşündə daha çox zabit öldürüldüyü üşüm bu döyüş həm də belə adlanıdırılır.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar