Türkiyə Prezidenti Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsinə səfərə gələn Oman Sultanı Heysəm bin Tariqi hava limanında qarşılayıb.
Manevr.az bildirir ki, Türkiyənin Omandakı səfiri Məhəmməd Həkimoğlu sultanın Türkiyəyə gəlişini tarixi səfər adlandırıb.
"Tarixdə ilk dəfə Omandan Türkiyəyə bir dövlət başçısının səfərinin baş tutması, tarixi bir məna kəsb edir", - diplomat sosial mediada belə yazıb.
Səfərin Oman üçün də çox əhəmiyyətli olduğuna diqqət çəkən Həkimoğlu iki ölkə arasındakı siyasi, hərbi və ticarət əlaqələri ilə yanaşı, 3 əsrə yaxın Omanı idarə edən əl-Busaidi ailəsinin də türklərlə qohumluq əlaqələrinə böyük əhəmiyyət verdiyini deyib.Sultan bin Tariqin nənəsinin türk olduğunu və atasının 6 yaşına qədər İstanbulda ingilis məktəbində oxuduğunu söyləyən səfir bu yaxınlığa dair faktların Türkiyənin arxiv sənədlərindən tapıldığını vurğulayıb.
Həkimoğlu bu səbəbdən Omanda türklər və Busaidi ailəsinə qarşı böyük rəğbət və doğmalıq hislərinin olduğunu qeyd edib.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar