Sizin Reklam Burada
Xəbər lenti
10-12-2024
09-12-2024
BÜTÜN XƏBƏRLƏR

Flora Kərimova Səhiyyə Nazirliyini məhkəməyə verdi

Tarix: 28-11-2024 14:29     Baxış: 498 A- / A+
Xalq artisti Flora Kərimova Səhiyyə Nazirliyini məhkəməyə verib.

Manevr.az xəbər verir ki, bu barədə qaynarinfo-ya sənətkarın vəkili Elcan Həsənli məlumat verib.
Vəkil bildirib ki, məhkəməyə müraciət etməkdə məqsəd Səhiyyə Nazirliyi tərəfindən Sevinc Heydərovaya verilən sertifikatın ləğv edilməsi tələbidir:
"2021-ci ildə Sevinc Heydərova plastik cərrahiyyə ixtisası üzrə sertifikasiyadan keçirilib və praktik fəaliyyətlə məşğul olunmasına icazə verilib. Biz də həmin sənədin ləğv olunması ilə bağlı məhkəməyə müraciət etmişik".Elcan Həsənli bildirib ki, bu sənədi Sevinc Heydərovaya Səhiyyə Nazirliyi verib:
"Bizim bu məsələ ilə bağlı iki məhkəmə prosesimiz var. Onlardan biri hazırda davam edir. Həmin prosesdə tələbimiz vurulmuş ziyanla bağlıdır. İndiki iddia isə sırf Sevinc Heydərovaya verilən sertifikatın ləğv edilməsi ilə bağlıdır. Bu sənədi ona nazirlik verib və bu səbəbdən də nazirliyi məhkəməyə vermişik".
Qeyd edək ki, Xalq artisti Flora Kərimova 2021-ci ildə gözlərinin üstünü estetik əməliyyat etdirib. Əməliyyatı plastik cərrah kimi tanınan həkim Səbinə Heydərova aparıb. Müğənni əməliyyatdan sonra əks fəsadlarla qarşılaşıb, eyni zamanda gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar