Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Səhvən başqasının kartına köçürülən pul geri qaytarıla bilər?

Tarix: 27-11-2024 18:11     Baxış: 417 A- / A+
Vətəndaş səhvən başqa şəxsin bank kartına köçürdüyü pulu geri ala bilməməsindən şikayətçidir.
O, sosial mediada etdiyi paylaşımında qeyd edib ki, iki ay əvvəl səhvən başqasının kartına köçürdüyü pulu həmin şəxs xərcləyib:
"İki ay əvvəl bir nəfər terminaldan kartına pul ata bilmədi. Köməklik göstərdim, mən atdım. Bunun səhəri özüm başqa adama 800 manat köçürmək istəyəndə ödənişi səhvən köməklik göstərdiyimin kartına göndərmişəm. İkimizdə də eyni bankın kartı idi. Məndə kartın üzərindəki kodun 8595, onda 8995 ilə bitməsi məni çaşdırdı. Bank pulu köçürdüyüm şəxslə əlaqə saxlayıb, o deyir ki, pulu xərcləmişəm. Polis banka sorğu verib, lakin bank bildirir ki, məhkəmə qərarı olmalıdır. Məhkəməyə gedirəm, o da deyir ki, adamın ad-soyadı olmadan nəsə edə bilmərik".
Maraqlıdır, belə halla qarşılaşan vətəndaş pulunu geri necə qaytara bilər?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı oxu.az-ın suallarını cavablayan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, vətəndaş məhkəmə yolu ilə pulunu geri qaytara bilər:
"Pulun köçürüldüyü şəxs məbləği öz xoşu ilə geri qaytarmadığı təqdirdə məsələ məhkəmə yolu ilə həll olunmalıdır. Vətəndaş banka müraciət etməlidir ki, pulun köçürüldüyü şəxslə əlaqə saxlanılsın. Bundan sonra şəxs öz xoşu ilə qaytarmasa, məhkəmə qaydasında pulun geri qaytarılması tələb olunmalıdır. Məhkəmə qərarı birmənalı olaraq pul köçürməsini edən şəxsin xeyrinə olmalıdır. Məhkəmə də iddia yazanda çıxacaq bütün xərcin pulun köçürüldüyü şəxsdən alınmasını bildirməlidir".
Ekspertin sözlərinə görə, məhkəmə pulun köçürüldüyü şəxsin adı olmadığını əsas gətirərək nəsə edə bilməyəcəyini deyirsə, vətəndaş ilk olaraq iddianı banka qarşı qaldırmalıdır:
"Məhkəmə bankdan rəsmi qaydada bütün məlumatları alacaq. Bundan sonra məhkəmə cavabdehi dəyişdirəcək. Belə bir prosedur var. Məhkəmə icraatı zamanı cavabdeh əsl cavabdeh ilə əvəz edilə bilər".




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar