Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Məşhur idmançılarımızın adı ilə DƏLƏDUZLUQ

Tarix: 26-11-2024 13:55     Baxış: 495 A- / A+
Məşhur idmançılarımızın adı ilə DƏLƏDUZLUQ – PUL YIĞIRLAR
Azərbaycanın sabiq yunan-Roma güləşçisi Taleh Məmmədova qarşı dələduzluq edilib.
Manevr.az xəbər verir ki, bunu idman.biz-ə dünya və Avropa çempionatının mükafatçısı özü deyib.
Məmmədov bildirib ki, bir neçə məşhur idmançının adından istifadə edilərək külli miqdarda pul vəsaiti toplayıblar: “Mənə Olimpiadanın, dünya çempionatının mükafatçısı və Avropa çempionundan mesaj gəldi ki, ustadayam, kartımda pulum bitib. Təcili olaraq mənə 200 manat pul göndər. Mən də zəng etmədən pulu göndərdim. Həmin adamın məndə nömrəsi yox idi. Qonşuyuq, dedim insandır, hər şey ola bilər. Daha sonra mənə zəng gəldi. Dedilər ki, sənin adından bizdən pul istəyirlər. Bu sənsən? Ondan sonra bildim ki, aldanmışam. Sabiq boksçu Teymur Məmmədova zəng etdim və o da bildirdi ki, 1 həftədir mənim adımdan da pul yığırlar”.
Veteran güləşçi, artıq bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini də vurğulayıb: “Mənim və bir neçə idmançının adından istifadə edilərək pul yığılır. Artıq mənim adımdan istifadə edərək 3-4 min manatadək pul alıblar. Bizim adımızdan bunu istəyən olsa, xahiş edirəm, heç kim verməsin. Artıq hüquq-mühafizə orqanlarına müraciət olunub və bunu edənlər yəqin ki, tapılacaq”.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan millisinin futbolçusu Mahir Emreli də eyni halla üzləşib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar