Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda "TikTok"dan belə istifadə edən şəxslərə cinayət işi açılacaq - RƏSMİ

Tarix: 26-11-2024 11:20     Baxış: 427 A- / A+



"Tiktok" sosial şəbəkəsindən pul qazanmaq üçün istifadə edənlərin sayı günbəgün artır. Təəssüf ki, asan yolla pul qazanmaq kimi qiymətləndirilən bu üsul nəticəsində bir çox insan dələduzların qurbanı olur.
Son dövrlərdə isə "Tiktok" platformasında falçılıq edənlərin çoxluğu gözə dəyir. Onlar canlı yayım açaraq kartla fala baxırlar və insanlara gələcəkləri barədə məlumat vermək üçün ödəniş istəyirlər. Təəssüflər olsun ki, qeyri-qanuni fəaliyyətlə məşğul olan bu falçıların izləyici kütləsi də böyükdür. İnsanlar onlara inanır və ödənişlər edirlər.
Manevr.az bildirir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Bizim.Media-nın göndərdiyi sorğuya cavab olaraq məsələnin araşdırıldığı bildirilib:
"Sosial şəbəkələrdə  "falçılıq", "baxıcılıq", "taleyin dəyişdirilməsi" və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.
Vətəndaşlardan mənimsənilən pul vəsaitlərinin miqdarından asılı olaraq hal barəsində inzibati və yaxud cinayət icraatı açılır. Sosial şəbəkə istifadəçilərinə bu kimi hallarda diqqətli davranmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir halda ödəniş etməməyi və şəxsi məlumatlarını tanımadığı şəxslərlə paylaşmamağı tövsiyə edirik".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar