Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

İdmançımız ermənini məğlub etdi - FOTOLAR

Tarix: 25-11-2024 14:40     Baxış: 422 A- / A+

Bakı şəhəri Yasamal rayonu 308 saylı tam orta məktəbin şagirdi Yusif Bağırlı Gürcüstanda keçirilən beynəlxalq səviyyəli yarışın qalibi olub.
Manevr.az medianews.az-a istinadən xəbər verir ki, Tbilisi şəhərində baş tutan "Tbilisi Open" karate yarışında Azərbaycan, Gürcüstan, Ermənistan, İran, Türkiyə və sair ölkələrdən olan idmançılar güclərini sınayıblar.
2011-ci il təvəllüdlü Yusif Bağırlı bu turnirdə beş döyüş keçirib. O, ilk olaraq Ermənistan idmançısını 4:3 xal hesabı ilə məğlub edib. İkinci döyüşündə Gürcüstan idmançısı üzərində 8:0 xal hesabı ilə inamlı qələbə qazanıb.
Yusif Bağırlının üçüncü rəqibi Ermənistan karateçisi olub. İdmançımız bu qarşılaşmada erməni həmyaşıdına aman verməyib, 6:0 üstünlüklə döyüşü yekunlaşdırıb.
Azərbaycanlı karateçinin dördüncü və beşinci rəqibi Gürcüstan idmançıları olub. Onların hər birinə 5:0 xal hesabı ilə üstün gələn Yusif Bağırlı yarışın birincisi olub, Gürcüstan paytaxtında Azərbaycan bayrağını ucaldıb, himnimizi səsləndirib.
Xatırladaq ki, Yusif Bağırlı Sumqayıt şəhərindəki "Qara qaplan" karate klubunda məşq edir. O, məşqçi Rövşən Allahverdiyevin yetirməsidir. Səkkiz ildir karate ilə məşğul olan Yusif Bağırlı ikinci kyu qəhvəyi kəmər sahibidir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar