Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyə şirkətləri Qarabağda nələr edir? - Şəkil

Tarix: 27-11-2024 12:32     Baxış: 317 A- / A+


İşğaldan azad edilmiş Qarabağda faydalı qazıntı işlərinə cəlb edilən Türkiyə şirkətləri Azərbaycanın illik qızıl istehsalının 1,7 faiz artmasına töhfə veriblər.
Manevr.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin “Patronlar dünyası” nəşri yazıb.
Bildirilib ki, xüsusən qızıl mədənləri ilə zəngin olan Kəlbəcərdə 413 ton, Zəngilanda isə 6,5 ton qızıl var:
“Söyüdlüdə (Zod - red.) isə 112,5 ton qızıl ehtiyatı var. Ağduzdağ və Tutxunun ehtiyatları 13 tondan artıqdır. Ağduzdağ yatağı qızıl tərkibli kvars və kvars-karbonat ehtiyatı ilə diqqət çəkir.
Digər tərəfdən, rayondakı Elbəydaş və Qaşqaçay yataqları Murovdağ dağ silsiləsində yerləşir və zəngin mineral ehtiyatlara malikdir”.
Nəşr xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ildə Qaşqaçay, Elbəydaş və Akduzdağ filiz yataqlarının ekspertizası, kəşfiyyatı və istismarı ilə bağlı bəzi məsələləri tənzimləyən sərəncam imzalayıb. Sərəncama əsasən, yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilib.

Manevr.az

Karabağ’da Türk şirketlerinin maden çalışmaları Azerbaycan’ın altın üretimini yüzde 1.7 yükseltti 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar