Xəbər lenti
Toyuq və quş ətinin qiyməti artdı - VİDEO
Paytaxt sakinlərinin sözlərinə görə, əvvəllər 17, 18 manata aldıqları hinduşka əti indi 19-20 manata təklif olunur.
Manevr.az xəbər verir ki, satıcılar da qiymətlərin qalxdığını deyirlər. Bölgə bazarlarında da vəziyyət demək olar ki, eynidir. İsmayıllı sakinləri deyirlər ki, ötən illə müqayisədə kəskin qiymət artımı var.
Satıcılar bahalaşmanın alıcı sayına təsir etdiyini bildirirlər.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, qiymətlərin artmasının müxtəlif səbəbləri var. Xüsusən, hinduşka, qaz, ördək kimi quş növlərinin kütləvi şəkildə istehsal olunmaması bahalaşmaya təsir edən əsas amillərdəndir.
İqtisadçı Xalid Kərimli bildirib ki, son 1 ildə ümumilikdə ət və ət məhsulları 4,4 faiz bahalaşıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar