Xəbər lenti
Özünü vəzifəli şəxs kimi təqdim edib kuryerlərin pulunu ələ keçirdi Özünü vəzifəli şəxs kimi təqdim edib kuryerlərin pulunu ələ keçirdi
Bakı şəhərinin müxtəlif ərazilərində silsilə dələduzluq cinayətləri qeydə alınıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edən şəxs onlayn yolla sifariş verdiyi qida və digər məhsulları ünvana çatdıran kuryerlərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirib. O, bu yolla 10-dan çox şəxsə külli miqdarda maddi ziyan vurub.
Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməllərini törədən 33 yaşlı Elçin Məmmədov saxlanılıb. Onun üzərindən şəxsi istifadə üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
E.Məmmədovun dələduzluq əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar