Sizin Reklam Burada
Xəbər lenti
10-12-2024
09-12-2024
BÜTÜN XƏBƏRLƏR

21 ildir axtarılan terrorçu TUTULDU:

Tarix: 28-11-2024 23:09     Baxış: 397 A- / A+
21 ildir axtarılan terrorçu TUTULDU: o, ABŞ kəşfiyyatını necə aldatdı?FTB və Britaniya polisi uzun müddətdir ABŞ-ın ən çox axtarılan terrorçular siyahısında olan 46 yaşlı fərarinin tutulması üçün birgə əməliyyat keçirib.

Vildirir ki, tanınmış heyvan haqları müdafiəçisi və vegan olan Daniel San Dieqo, ipoteka ilə satın alınan 425.000 funt sterlinq dəyərində tənha bir kottecdə məskunlaşıb.

O, yerli sakinlərlə demək olar ki, heç bir əlaqə saxlamayıb, bütün qarşılıqlı əlaqələrdən qaçıb. Qonşular onu "Denni" kimi tanıyıblar və onun gizlinliyini qeyd ediblər. O, tək yaşayıb, bəzən evin yaxınlığında odun doğrayıb. Qonşulardan biri deyib ki, biz sadəcə onun bu şəkildə yaşamasının səbəbləri olduğunu güman etdik və onu tək qoyduq.
2003-cü ildə San Dieqo Kaliforniyada iki partlayış törədib: biri Emeryvilledəki biotexnologiya şirkətinin kampusunda, digəri Pleasantondakı qida emalı zavodunda. Tələfat olmasa da, binalara ciddi ziyan dəyib. FTB-nin axtarışlarından xəbər tutan San Dieqo avtomobilini San-Fransisko şəhərinin mərkəzində saxlayaraq, yoxa çıxıb.

FTB onu axtarışda olanlar siyahısına salıb və onun tutulmasına kömək edən məlumat üçün 250.000 dollar mükafat təklif edilib.

İstintaqın FTB-ni Uelə aparmasının dəqiq səbəbi hələ də məlum deyil. Lakin həbs əməliyyatı uğurla keçib və "Denni" ekstradisiya prosesinə başlamaq üçün Londona aparılıb.
San Dieqo indi ittihamlarla üzləşmək üçün ABŞ-da məhkəmə qarşısındadır. sonxeber.az

 Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar