Sizin Reklam Burada
Xəbər lenti
10-12-2024
09-12-2024
BÜTÜN XƏBƏRLƏR

Qadın 25 il əvvəl itən qardaşını qəzetdə tapdı

Tarix: 28-11-2024 22:25     Baxış: 486 A- / A+
Qadın 25 il əvvəl itən qardaşını qəzetdə tapdıKaliforniyada 25 il əvvəl itkin düşən bir kişi ailəsi ilə yenidən görüşməyə hazırlaşır. Qardaşı itən qadın onun şəklini qəzet məqaləsində görərək tanıyıb.

Bu barədə "Daily Mail" məlumat yayıb.

Məlumata görə, şəxsiyyəti açıqlanmayan bu kişi 1999-cu ildə Kaliforniyanın Doyl şəhərində naməlum səbəbdən yoxa çıxıb. Təxminən 1.80 boyunda olan bu kişinin hazırda 60-65 yaş aralığında olduğu ehtimal edilir.

15 aprel tarixində həmin kişi Los-Ancelesin cənubunda tapılaraq Linvud şəhərində yerləşən St. Francis Tibb Mərkəzinə aparılıb. Ancaq qeyri-verbal vəziyyətdə olduğu üçün nə adını, nə də özü haqqında hər hansı məlumat verə bilməyib.

Altı ay boyunca xəstəxananın sosial xidmətlər şöbəsi onun ailəsi ilə əlaqə yarada bilməyib. İyul ayında həmin şəxs Los-Ancelesdəki başqa bir xəstəxanaya köçürülüb.

Noyabrın 22-də isə bir qadın həmin şəxsin şəklini "USA Today" qəzetinin aprel ayında dərc etdiyi məqalədə görüb tanıyaraq, qardaşı olduğunu müəyyənləşdirib. Bu barədə o, Lassen dairəsinin şerif müavini Derek Kennemorla əlaqə saxlayaraq məlumat verib.

Qadının bildirdiyinə görə, qardaşı 1999-cu ildən bəri itkin düşmüş hesab edilir. Şerif idarəsi dərc edilən məqalənin həmin şəxsi tanımaq üçün kömək istədiyini təsdiqləyib. Daha sonra Los-Anceles Polis İdarəsinin İtkin Şəxslər Bölməsindən olan bir detektiv xəstəxanaya gedərək şəxsin barmaq izlərini yoxlayıb. Nəticələr qadının dediklərini təsdiqlənib.

Kapitan Mayk Karni deyib: "Şerif müavini Kennemor qadınla yenidən əlaqə saxladı və LAPD-nin köməyi ilə həmin şəxsin doğrudan da onun qardaşı olduğunu təsdiqlədik".

Ailə üzvlərinin tezliklə görüşəcəyi təsdiqlənsə də, şəxsin və ailənin məxfiliyini qorumaq məqsədilə adlar açıqlanmayıb. ABC-nin məlumatına görə, itən şəxs "könüllü şəkildə yoxa çıxıb".

Kapitan Karni qeyd edib ki, qadın xəbərdən sonra həddindən artıq sevincli imiş: "O, çox minnətdar idi və digər ailə üzvlərinə məlumat vermək üçün səbirsiz idi. Bu tapıntı onların Şükran Gününü daha da mənalı edəcək".

O, həmçinin bu hadisəni itkin düşənləri tapmaq üçün heç vaxt ümidin itirilməməsinin ən yaxşı nümunəsi adlandırıb: "Belə hallarda inadkar olun. Çünki cavab axtaran ailə üzvləri var". qaynarinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar