Xəbər lenti
Bacısına və anasına sevgi mesajı yazan oğlanı görüşə çağıraraq... - Məktəbdə qanlı cinayət
Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində, 1 nömrəli məktəbin həyətində tanışını bıçaqlayan 2006-cı il təvəllüdlü Elgün Rzayev həbs edilib.
Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr tarixli hökmü ilə 18 yaşlı oğlan məhkəmə zalında həbs edilib.
Araşdırmalar zamanı məlum olub ki, Elgünün bıçaqladığı 2003-cü il təvəllüdlü Fəqan adlı şəxs onun tanışı olub. Fəqan bir neçə dəfə E. Rzayevin bacısına sevgi mesajı yazıb, hətta onun anasının telefonuna da yazaraq qızından xoşu gəldiyini bildirib.
Bunu öyrənən Elgün Rzayev bu ilin 26 iyun tarixində Fəqanı görüşə çağırıb və onu gecə saat 1 radələrində Şərur şəhərindəki məktəbin həyətinə aparıb. Burada Elgün bıçaq çıxararaq Fəqana 3 zərbə endirib. Sonuncu dalağın və sol böyrəyin zədələnməsi, daxili qanaxma ilə nəticələnən bel nahiyəsinin sol yarısının üç yerdən deşilmiş yaraları, qanitirmə (təxminən 1,5 litr), hemorragik şok diaqnozu ilə xəstəxanaya çatdırılıb. Xoşbəxtlikdən onun həyatını xilas etmək mümkün olub.
Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə E. Rzayev 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 18 yaşlı oğlan məhkəmə zalında həbs edilib.(publika.az)

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar