Sizin Reklam Burada
Xəbər lenti
10-12-2024
09-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Sovetski” - Güzdək məktəb direktoru - Qaradağ Ağsaqqallar Şurasının Sədri: A.B.Daşdiyevin zəngin həyat yolu və Güzdəyin tanınmış şəxsləri

Tarix: 29-11-2024 10:24     Baxış: 4187 A- / A+
1942-1989-ci illərdə Güzdək qəsəbə orta məktəbinin direktoru olmuş, Böyük Vətən Müharibəsinin II dərəcəli əlili, Azərbaycanın Qabaqcıl Maarif Xadimi, SSRİ Maarif Əlaçısı Abas Baba oğlu Daşdiyev


Güzdək qəsəbə orta məktəbinin 1968-ci il məzunu, Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının professor və akademiki, bp Azərbaycan şirkətində 20 il müddətində Ekologiya üzrə 8 nəfər yerli alimlərdən ibarət işçi qrupun üzvü və rəhbəri olmuş, 8 kitab (ikisi ingilis dilində), 100-ə yaxın patent müəllifi, son 3 ildə Almaniyada qeydiyyatdan keçmiş ikisi Quran ayələri ilə əlaqəli çoxsaylı Elmi Kəşfləri ilə ixtisası üzrə (nanokolloid kimyası əsasında neft-mədən nanoekotexnologiyaları) dünyada rekord göstəricilərlə uğur qazanan, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi”, Almaniyada isə ATEA prezidenti tərəfindən “Wilhelm Leibniz” və “Alexander von Humboldt” medalları ilə təltif edilmiş, Elmi Kəşflərlə bağlı Almaniyadan ölkə Prezidentinə nailiyyətləri haqqında mütəmadi olaraq rəsmi məlumat daxil olan Rahim Abas oğlu Daşdiyevin “Sovetski” - Güzdək məktəb direktoru - Qaradağ Ağsaqqallar Şurasının Sədri: A.B.Daşdiyevin zəngin həyat yolu və Güzdəyin tanınmış şəxsləri” mövzusunda aktual silsilədən olan növbəti yazını Manevr.az-ın oxucularına təqdim edirik:


A.B.Daşdiyevin “Sovetski” uşaqlıq həyatı
A.B.Daşdiyev paytaxt Bakıda “Sovetski” adı ilə məşhur olan məhəllədə anası Fatmaxanımın
“Sovetski”-də xüsusi hörmət-rəğbətə malik dayısı Mirsağlı və xalası oğlanları Səttər və Səftər
əqrəbalarının yaşadıqları həyətdə 15 yanvar 1922-ci ildə anadan olub. “Sovetski” məhəlləsinin
özünə məxsus həyat tərzi, qayda-qanunları hələ uşaq yaşlarından Abasın yaddaşına həkk olub.
Bakının əsasən 4 ərazisi – İçəri Şəhər, Çəmbərəkənd (indiki Nazirlər Kabineti binasının qarşı
tərəfi), “Sovetski” və Azərbaycanın məşhur yazıçısı Cəfər Cabbarlının anadan olduğu və gənc
yaşlarında yazıb yaratdığı və Dağlı çörəyi ilə məşhur olan “Dağlı məhəlləsi” (indiki “Speys”-in arxa
tərəfi “Sovetski” ərazisinə qədər). Bu məhəllə liderləri arasında (xüsusi ilə “Sovetski” 
Çəmbərəkənd) tez-tez kriminal toqquşmalar da baş verirdi Atası Baba çox nəcib bir insan olub.
Böyük bir nəslin nənəsi olan Fatmaxanım hələ gənc yaşlarından təkcə ailə həyatında deyil, ictimai-
siyasi sferada da kifayət qədər fəal olub. Bakıda “Dаloy-Çadra” hərəkatında öndə olan Bakı
xanımlarından biri olmaqla yanaşı, gənc yaşlarından Sov.İKP-nın üzvü olmuş və mütəmadi olaraq
ailəvi Dram Teatr tamaşalarında iştirak edib. Fatmaxanım bütün əqrəbanın fikrini çəkən bir ana,
nənə olmaqla yanaşı sözün əsl mənasında anadangəlmə bir Obraz olmuşdur. Yazıçılar obrazları
romanlarda, sseneristlər kinolarda, teatrlarda yaradır. Həyatda isə Fatmaxanım nənə kimi tam
mükəmməl obrazlar çox-çox nadir hallarda olur. Yazıçılar və ssenaristlər belə məqamları ötürməli
deyillər, əksinə bu obrazlardan öz əsərlərində səmərəli istifadə etməlidirlər... A.B.Daşdiyevin
“Sovetski” uşaqlıq həyatı çox çəkmir. Qardaşı Daşdi və bacısı Nurxanım dünyaya gədikdən sonra
ataları Baba gənc yaşında qəfildən dünyasını dəyişir. O zaman Daşdi nə biləydi ki, uzun illər
Azərbaycan bölgələrində kifayət qədər uğurlarla kəşfiyyat-axtarış işləri aparan təcrübəli bir neftçi
olacaq və Azərbaycana rəhbərlik edən Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən “Xalqlar
Dostluğu” ordeni ilə təltif ediləcək, övladları Fuad (mərhum) və onun oğlanları, Vaqif (həm də
onun oğlu Ceyhun və nəvəsi ADNSU neft-mədən fakultəsinin tələbəsi Daşdi), Çingiz, nəvəsi
Qoşqar isə neft-qaz sənaye işçiləri olmaqla yanaşı, ekiz oğlanlarından biri olan Ramiz isə ali savadlı
kamil mütəxəssis olmaqla yanaşı, uzun illər Qaradağ rayon İcra Hakimiyyətində yüksək
nailiyyətlərlə rəhbər vəzifələrdə çalışacaq, qızı Mirvari (mərhum) isə həyatını pedoqoji fəaliyyətə
həsr edəcək. Dünyaya gəldikləri “Sovetski”-də atadan erkən uşaq yaşlarından yetim qalan Abas və
Daşdinin körpə bacıları Nurxanım haradan biləydi ki, çox qabiliyyətli və tərbiyəli qızlarının təkcə
bir qardaşları olacaq Vəli Azərbaycanın adlı-sanlı kamança ifaçısı olaraq Əməkdar Mədəniyyət
İşçisi kimi fəxri ada layiq görüləcək (Vəli müəllim haqqında mətndə daha geniş məlumat
verilmişdir), çoxsaylı nəvələrindən biri olraq fizika üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə
ərəfəsində olan Mehriban Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fizika kafedrasının
təcrübəli müəllimlərindən biri olacaq.... Çox çətin maliyyə və mənəvi durumlarla üz-üzə qalan
Fatmaxanım ana, “Sovetski”-dən ayrılmağın mənəvi-psixoloji baxımdan nə qədər çətin olduğunu və
eləcə də “Sovetski” doğmalarının bütün çətinliklərdə Fatmaxanım ana və onun balalarına tam
təmənnasız, səmimi dəstək verməyə hazır olmaları ilə bağlı təkliflərini dərk etsə də, övladları ilə
birlikdə Bakının Güzdək kəndinə qayıtmaq qərarını vermiş olur. Fatmaxanım ana haradan biləydi
ki, gələcək nəvəsi olacaq Fazilin onun adını daşıyacaq və Fatmaxanım ananın doğma xalası oğlu
Səttərın Anar adlı nəticəsi ilə ailə həyatı quracaq 21.06.1976-cı il təvəllüdlü qızı Fatimə xanım
ailəsi ilə birlikdə Fatmaxanım nənənin klassik “Sovetski” dünyasını daha müasir “Sovetski”
dünyası ilə, Dialektikanın spiral boyunca inkişafını təmin edən İnkarı-İnkar qanunu ilə davam
etdirəcək. Sən demə təkcə yadlar yox, kökdən yaxın olanlar da qohum olurmuş bu dünyada, Ey
Həyat Sən nə Qəribəsən! ...

A.B.Daşdiyevin “Sovetski” tələbə həyatı

Güzdək məktəbinin 8-ci sinfini bitirən gənc Abas Daşdiyev müəllim olmaq arzusu ilə qəbul
imtahanlarını müvəffəqiyyətlə verib Bakı Pedaqoji Məktəbinə daxil olur və anadan olub uşaqlıq
illərini yaşadığı məhəllədə Fatmaxanım ananın xalası oğlanları son dərəcə gözəl insanlar olan Səttər
(gələcəkdə mebel maqazinin işçisi) və Səftər (gələcəkdə Azərnəşrin uzun müddət qaraj müdiri)
qardaşlarının evlərində yaşayır. Gənc tələbə Abasın başına gələn bir hadisə o zaman “Sovetski”
tələbə həyatının bir xatirəsi olaraq yaddışna həkk olur. Dekabr ayının ortaları idi, Bakıya ilk qar
yağırdı. Sürüşkən və çovğunlu hava şəraitində relslər qalın qar örtüyünə büründüyü üçün tramvay
işləmədiyindən axşama doğru məktəbdən evə piyada gələn və ümumiyyətlə piyada gəzməyi (xüsusi
ilə qarlı havada) xoşlayan Abas qəfildən qarşısındə 3 nəfər tanımadığı adamın peyda olduqlarını
görüncə nə isə xoşagəlməyən bir hadisənin baş verəcəyini hiss etdi. Bu insanlar orta yaşlı və
üzlərini də bacardıqları qədər şarfla örtmüşdülər. Daha uca boylu olan isə əlindəki parlaq bıçağı
hazır vəziyyətdə saxlamaqla ona soyunmağı və pullarını verməyi əmr etdi. Digər 2 nəfər isə sağ və
soldan onun yolunu bağlamışdılar və böyük ehtimalla onlar da silahlı idilər. Ətrafda ins-cins
görünmürdü. Yalnız get-gedə güclənən çovğunun vıyıltısı eşidilirdi. Abas kifayər qədər səbrli, çətin
situasiyaları dərhal qiymətləndirərək qərar qəbul etməyi bilən, bacaran bir gənc idi. Güc balansının
3 nəfər tərəfdə olduğunu başa düşən və həm də elə 1-ci gündən onu xüsusi ilə xəbərdar edən
Səttərin “Sən, “Sovetski”-də sənə qarşı çıxa bilən kriminal adamlarla rastlaşdığın zaman nə istəsələr
ver, çalış ki, onların xarici görkəmlərini yadında saxlayasan...” tapşırığını xatırlayarkən əlində bıçaq
olanın artıq ona doğru hərəkət etdiyini görüncə bir istədi ki, “Sovetski”-də xüsusi hörmət və rəğbətə
malik olan Mirsağlı dayının, Səttər və Səftərin adlarını versin, lakin qürurlu olması səbəbindən
dərhal bu fikrindən vaz keçərək qəti qərarla anasının ona Kubinkadan aldığı təzə kostyumun
pencəyini çıxarıb onlara verir. Bəs şalvar və pullar deyən zəhmli bıçaqlı insanın qəfil hücumuna
məruz qala biləcəyini hiss edən Abas bütün pullarını onlara verərkən yaxınlıqda adamların gəlməsi
səbəbindən soyğunçular pulları alıb dərhal ondan əl çəkib uzaqlaşmalı olurlar. Abas iti addımlarla
yaşadığı həyətə daxil olarkən həyətdə siqaret çəkən Səftərlə qarşılaşır. Səftər Abasın pencəksiz və
tutqun sifətindən keyfsiz olduğunu görüb ona heç bir şey demədən “Sovetski”-də xüsisi avtoritetə
malik böyük qardaşı Səttərə nə isə deyir. Səttər həyətə çıxıb çaşqın, pərt vəziyyətdə olan Abası
qucaqlayaraq, onların görkəmləri haqqında məlumat alır və xəlvətcə Səftərə hansı isə tapşırıqlar
verib onu yola salır və Abasın yanına qayıdıb ona ürək-dirək verməklə bildirir ki, sən düzgün
etmisən, fikir eləmə... Bu söhbətdən təxminən 3 saat sonra Səftər Abasın pencək, pulları ilə bərabər
ona qarşı soyuq silahla soyqunçuluq törədən və digər 2 nəfərlə birlikdə həyətə daxil olur. Onların
hamısının qaşları çovğun qardan buz bağlamışdı. Səttər hələ də baş verənlərin şok təəsüratları
altinda olan Abasla birlikdə həyətə çıxırlar. Çovğun daha da güclənmiş və həyət tamamilə qarla
dolmuşdu. Həyətdə uçuşan quşlar yemək axtarır və içində qarla qarışmış Səftərin qoyduğu çörək
qırıntılarını tapıb qar dolmuş yuvalarına uçmağa cəhd edirdilər. Soyğunçu başçısı həm çovğunun,
şaxtanın təsirindən və həm də düşdüyü gözlənilməz vəziyyətdən yazıq bir görkəmlə Səttər, Səftər
və Abasdan dönə-dönə üzr istədikdə Səttər bu 3 nəfərlə birlikdə küçəyə çıxır. Səttərin onlara nə
dediyini Abas bilmədi və soruşmadı. ... Pedoqoji məktəbdən sonra 2 illik müəllimlər institunda
təhsil alarkən (burada Qobu kəndindən Gülzar adında bir qız da oxuyurdu, sən demə bu qız Abas
müəllimin gələcək həyat yoldaşı olacaq bir qismət imiş) və daha sonra isə 1944-1950-ci illərdə
Azərbaycan Dövlət Universitetinin tarix fakultəsində qiyabi oxuyarkən qış və yay sessiyalarında
yenə də bu həyətdə yaşayan Abas Daşdiyev heç bir zaman “Sovetski”-də buna bənzər hadisə ilə
qarşılaşmadı. O zamanlar tələbə Abasın dərk etdiyi bir reallıq ondan ibarət idi ki, “Sovetski”-nin
kriminal aləmdə özünün yazılmamış qanunları var. Gənc Abasın daxilində belə bir gizli və həm də
romantik bir arzu (daha çox sonra ailəsinə, övladlarına etiraf etdiyi) baş qaldırdı: özünün, qardaşı
və bacısı ilə birlikdə anadan olduqları daha sonra isə atalarını itirdikləri “Sovetski”-də kaş ki,
gələcəkdə özünə və ya övladlarından birinə bir ev qismət olaydı. Abas Daşdiyev o zaman nə biləydi
ki, 12 avqust 1948-ci il tarixində Fazil adında bir oğlu olacaq, iş yeri olan KQB (Dövlət
Təhlükəsizlik Komitəsindən, indiki Dövlət Təhlükəsizlik Xidməti)-dən düz Sovet küçəsində
Nərimanov heykəli yaxınlığında yeni 8 mərtəbəli eksperimental binanın 6-cı mərtəbəsində mənzil
alacaq və O, Güzdək məktəbinin direktoru Abas müəllim onlara qonaq gələrkən balkonda üzü
dənizə doğru siqaret çəkə-çəkə uzunmüddətli xəyallara dalacaq, hansı mövzuda – “Sovetski”-dəki
uşaqlıq illəri, yoxsa tələbəlik illəri, yoxsa ata-anası haqqında, yoxsa daha nələr haqqında, bunu bir
O özü və bir də Allah bilirdi ...

Güzdək məktəb direktoru
Böyük Vətən Müharibəsinin başlanğıcından Ukrayna döyüşlərinin işttirakçısı olan və çoxsaylı
medallarla təltif edilən Daşdiyev A.B. 27 fevral 1942-ci il tarixində Krım ərazisində ayağından
yaralanmışdır. Bir müddət hərbi hospitalda qalmış, sonra isə hərbi komissiya tərəfindən 2-ci
dərəcəli əlil olaraq, ordudan tərxis olunub, yaşasığı Güzdək kəndinin məktəb direktoru vəzifəsində -
arxa cəbhədə fəaliyyət göstərmişdir. ... 1977-ci ilin əvvəlində SSRİ Maarif nazirliyindən,
Azərbaycan SSR Maarif naziri, akademik Mehdi Mehdizadəyə ünvanlanan məktubda bildirilirdi ki,
Moskvadan gələn komissiya tərəfindən Bakıya ən yaxın olan kənd təsərrüfat rayonlarından birinin
ən ucqar və şəraiti çətin olan bir məktəbin pedoqoji fəaliyyəti yoxlanılıb araşdırılmalıdır. Nazir
Mehdi Mehdizadə Bakıya ən yaxın rayon kimi Abşeron rayonunu, ən ucqar və gediş-gəliş şəraiti
çətin olan Güzdək kəndində Daşdiyevin məktəbi ilə bağlı seçim qərarına gəldi. Çox maraqlıdır ki,
kompüter, mobil telefonların olmadığı bir dövrdə Respublikanın bütün məktəblərindən,
direktorlardan və onların fəaliyyətindən sözün əsl mənasında tam məlumatlı olması nazir Mehdi
Mehdizadənin unikal fəaliyyiti, Azərbaycan və SSRİ miqyasında yetərincə dəyərləndirilməsi, məhz
həmin dövrdə ölkəmizə rəhbərlik edən Ümummilli Liderimiz Heydər Əliyevin dünya səviyyəsində
qəbul edilən müdrik rəhbərlik və idarəetmə siyasətinin bariz nümunələrindən biridir... 1977-ci ilin
fevral ayının əvvəlləri SSRİ Maarif nazirliyinin komissiyası Güzdək kənd orta məktəbində 1 həftə
ərzində apardığı hərtərəfli yoxlamaların, araşdırmaların yekun nəticələri, məktəb direktoru Qabaqcıl
Maarik Xadimi, Böyük Vətən Müharibəsinin II dərəcəli əlili Abas Baba oğlu Daşdiyyev, məktəb
pedoqoji kollektivi, rayon maarif şöbəsi və bütövlükdə Azərbaycan SSR Maarif nazirliyi və şəxsən
nazir, akademik Mehdi Mehdizadə üçün çox-çox sevindirici oldu. Mockva komissiyası üçün SSRİ
Maarif nazirliyinin irəli sürdüyü şərtlər daxilində komissiyanın Azərbaycan kənd məktəbində işinin
təçkil edilməsində və komissiya işinin müsbət nəticələrlə yekunlaşmasında müdrik və uzaqgörən
nazir akademik Mehdi Mehdizadə gözləntiləri tamamilə təsdiqlənmişdi. Sonda komissiya tərəfindən
Güzdək orta məktəbinə televizor, məktəbin fizika, kimya, biologiya laboratoriyalarına dair dəyərli
olan vəsaitlər hədiyyə edilmiş, direktor A.B.Daşdiyev SSRİ Maarif Əlaçısı adına layiq görülmüş,
dil-ədəbiyyat müəlliməsi Gülzar müəllimə haqqında “Pravda” qəzetində məqalə dərc edilmiş, ibtida
sinif müəllimi, 1976-cı ildə “Şərəf nişanı” ordeni ilə təltif edilmiş Böyük Vətən Müharibəsinin II
dərəcəli əlili Sultan Kərəm oğlunun iş təcrübəsinin isə SSRİ miqyasında önəmli və dəyərli olması
xüsusi ilə qeyd edilmişdir. Məhz bu keyfiyyətlərə malik, ittifaq miqyasında dəyərli pedaqoq olan
Sultan Kərəm oğlu daha sonra 1981-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmiş və
1987-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.
Onun ibtidai siniflərdə yeni tədris metodlarına həsr olunmuş məqalələri Respublika və İttifaq
miqyasında nüfuzlu jurnallarda dərc edilmişdir. Professor, 1968-ci il məzunu Rahim Daşdiyevin
dedyinə görə Sultan müəllim dünyada ilk dəfə olaraq, serial nağılların müəllifi kimi, onlara 4-cü
sinifdə dərs dediyi müddətdə (1961-1962 dərs ili) əmək və müsiqi dərslərində “Yarımcan” adlı
detektiv sujetli nağıl söyləmişdir və şagirdlər hər dəfə xüsusi maraq və həyəcanla nağılın növbəti
seriyasını gözləyirdilər. Professor çox heyfsələnir ki, o zaman Sultan müəllimin “Yarımcan” serial
nağılı maqnitofona yazılmayıb... Direktor A.B.Daşdiyevin rəhbərlik dövrünün məzunları sırasında:
3 elmlər doktoru, professorlar Rahim Daşdiyev, Rasim Bəşirov, Mütəllim Mütəllimov, 2 fəlsəfə
doktoru, 29 il Güzdək qəsəbə məktəbində riyaziyyat müəllimi, daha sonra isə SOCAR İnstitutunda
aparıcı elmi işçi vəzifəsində işləmiş texnika elmlər namizədi, Güzdəyin ilk qadın alimi Nazilə
Daşdiyeva və ixtisasca iqtisadçı olan, iqtisad elmlər namizədi Abdulla Məlikrzayev; Texniki
Universitetdə komsomol komitəsinin katibi, daha sonra prorektoru, Azərbaycan Xəzər Dövlət
Gəmiçilik Akademiyasının rektoru, Salyan rayonunun İcra Başçısı kimi məsul vəzifələrdə işləmiş
professor Rasim Bəşirov; Azərbaycan Neft və Kimya İnstitutunu, Ali Partiya Məktəbini, Moskvada
SSRİ Daxili İşlər Nazirliyi Akademiyasını fərqlənmə diplomları ilə bitirmiş, uzun illər partiya
işlərində (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifədə; Qaradağ rayon
patiya komitəsinin II katibi vəzifəsində) və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
strukturlarında polis rəisi və s. rəhbər vəzifələrdə işləmiş mərhum polis polkovniki Baba Daşdiyev;
Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində təcridxana rəisi vəzifəsinə qədər yüksələn polkovnik
vəzifə rütbəli mərhum Fazil Daşdiyev; Azərbaycan Respublikasının Əməkdar müəllimi, tarixçi
mərhum Oqtay Xəlilov (uzun illər Güzdək məktəbində müəllim işləməklə yanaşı, qəsəbə sovetinin
sədri vəzifəsində  uğurlar qazanmışdır); Güzdəyin ilk rəssamı olan, çoxsaylı Azərbaycan
filmlərinin rəssamı  hətta epizodik rollarda aktyoru olmuş, uzun illər Azərbaycan Milli
Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının direktor müavini vəzifəsində çalışan 
Güzdək kəndində istedadlı rəssamlar olan Qəşəm Məhərrəmov, Müslüm Əzimov, Rəşxəndə
Xəlilovanın yetişməsində xüsusi rolu olan 1968-ci il məzunu mərhum Nizami Bəydəmirov;
Güzdəyin ilk jurnalisti, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalitika fakultəsinin
1973-cü il məzunu, istedadlı jurnalist olaraq ilk fəaliyyətini Azərbaycan Qadını jurnalının redaksiya
heyətində başlayan və gənc yaşlarında dünyasını dəyişən Nüşabə Hacağayeva; Lənkəran Dövlət
Dram Teatrının ilk aktyorlarından biri olan, 1968-ci il məzunu Həsən Hacağayev (hal-hazırda
Güzdək bələdiyyəsinin sədri); Güzdəyin ilk ali savadlı həkimi olaraq, müəyyən bir müddətdə
səhiyyə nazirliyinin göndərişi ilə Hindistanda həkim işlədikdən sonra 30 il 23 saylı Birləşmiş şəhər
xəstəxanasının Baş Həkimi vəzifəsində işləmiş, mindən çox uğurlu cərrahiyyə əməliyyatları ilə ad-
san qazanmış 1968-ci il məzunu mərhum Rəsul Baxşəliyev; 1-ci Qarabağ müharibəsi iştirakçısı,
M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasının cərrahiyyə şöbəsində uzun illər
yüksək nailiyyətlərlə xidmət etnəklə yanaşı, yaşadığı Güzdək kəndinin demək olar ki, əksər
ailələrinə zəruri hallarda və həm də qəfil mürəkkəb xəstə durumlarında olan həmkəndlilərinə gecə-
gündüz təmənnasız olaraq, öz vəsaiti hesabına yardım göstərməklə xeyriyyəçilik fəaliyyətinə görə
həmişə böyük ehtiramla yad edilən və ruhuna rəhmət duaları oxunan mərhum həkim Rəhim
Ələsgərov; hələ orta məktəbdən dəqiq elmlərə istedadlı olaraq, 1973-cü ildə Azərbaycan Politexnik
İnstitutunu bitiridikdən sonra İlk istehsalat təcrübəsini ittifaq əhəmiyyətli məxvi hərbi istehsal
təyinatlı AZON zavodunda başlayaraq, az bir müddətdə sex rəisi vəzifəsinə qədər yüksələn, daha
sonrakı dövrdə müdafiə sənayesində və daha sonra isə Xəzər Dövlət Gəmiçilik İdarəsində uzun illər
yaş təqaüdünə qədər məsul vəzifələrdə işləmiş 1968-ci il məzunu çox sadə bir insan olan Ağamirzə
Məlikrzayev və fəxrlə qeyd ediləsidir ki, yüksək intelektə və rəhbərlik keyfiyyətlərinə malik oğlu
Elnur Məlikrzayev Xəzər Dövlət Gəmiçilik İdarəsində gəmi kapitanı vəzifəsində çalışır; Əksər
sürücüləri Güzdəkli olan Puta yükdaşıma qarajında 30 ilə yaxın Baş mühəndis vəzifəsində işləmiş
Azər Daşdiyev; Uzun illər Güzdək qəsəbə sovetinin sədri, Abşeron rayon İcra Başçısının Güzdək
qəsəbəsi üzrə icra nümayəndəsi vəzifələrində uğurlar qazanan, tükənməz qurub-yaratmaq istedadına
malik, 1-ci Qarabağ müharibəsinin könüllü iştirakçısı olaraq həmişə ağır döyüşlər şəraitində
fərqlənən və medallarla təltif edilən, 1968-ci il məzunu mərhum Bilal Xəlilov; Xeyriyyəçi-sahibkar
olaraq, Güzdək məscidini əsaslı şəkildə təmir etdirən, xaraktercə çox sadə, dəqiq və səmimi olan
məzun-professor Rahim Daşdiyevin dostu hacı Böyükağa; Qaradağ rayonunda uzun illər texniki-
peşə məktəbinin direktoru işləmiş mərhum Əsgər müəllim və onun həyat yoldaşı uzun illər Korgöz
qəsəbə orta məktəbinin direktoru olmuş Firuzə müəllimə; Qaradağ rayonunda müxtəlif rəhbər
vəzifələrdə işləmiş Məhəmməd müəllim; Uzun illər Dəmir Yolu İdarəsində məsul rəhbər
vəzifələrdə işləmiş mərhum Bəydəmir Bəydəmirov; Güzdəyin ilk zərgəri, Bakı şəhərinin
mərkəzində yerləşən zərgərlik sexində uzun müddət fəaliyyəti ilə məşhurlaşan və Güzdəkdə özünün
şagirdlərini yetişdirən Rəşid Baxşəliyev; 1981-ci ildə professor R.A.Daşdiyevin fərdi tələbəsi
olaraq, Gəncə şəhərində keçirilən Respublika kimya olimpiadasının çempionu olmuş və Gəncə
Texnologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirən Fəxrəddin Orucov (hal-hazırda Abşeron
rayon İcra Başçısının Güzdək qəsəbəsi üzrə icra nümayəndəsi); bp Azərbaycan şirkətində məsul
vəzifələrdə işləmiş, hal-hazırda isə xarici dillər üzrə beynəlxalq standartlar səviyyəsində təlim keçən
“Vision Academy” şirkətinin rəhbəri Anar Daşdiyev; bp Azərbaycan şirkətində uğurlar qazanan
Rəşad Ələsgərli; Xəzər Dövlət Gəmiçilik İdarəsində gəmi kapitanı vəzifəsində çalışan Vüqar
Məlikrzayev; cəzaçəkmə müəssisəsində rəhbər vəzifədə işləyən mayor Nazim Zülfüqarovu və
başqalarını göstərmək olar. 2014 və 2015-ci illərdə Güzdək məktəb tarixində rekord olaraq, 621 və
601 bal toplayan müəllimə Aidə xanımın övladları, bacı-qardaş Zeynəb Məmmədəliyeva və Nicat
Məmmədəliyev Bakı Mühəndislik Universitetində təhsil alaraq, bakalavr və magistr dərəcələri
almışlar. ... 1963-cü ilin əvvəlləri Azərbaycan SSR MK-nın I katibi əslən Bakının Saray kəndindən
olan, akademik Vəli Axundov qəfildən Güzdək kəndinə səfər etmiş, məktəbdə olmuş və direktor
Abas Daşdiyev kəndin nailiyyətləri və problemləri haqqında verdiyi məlumatları diqqətlə dinləmiş,
sinif otaqlarında olarkən odunla qızdırılan sobalara baxaraq kəndin ilk növbədə qazlaşdırılması
məsələsinin vacib olduğunu söyləmiş, kənd ağsaqqalları ilə görüşmüş və günorta, kənd məktəbinin
rəhbərliyi, qabaqcıl müəllimləri və bəzi ağsaqqalları ilə birlikdə kənd sovetinin sədri Alxas
Hacağayevin evində çay və yemək süfrəsində iştirak etmişdir. I katib V.Axundovun Güzdək
səfərindən 3 gün sonra xüsusi bir briqada Güzdəkdə intensiv qazlaşma layihəsini müvəffəqiyyətlə
yerinə yetirmişlər. ... 1927-ci ildən fəaliyyətə başlamış Güzdək məktəbinin inkişafında xüsusi rolu
olan uzun illər Güzdək kolxoz sədri, Güzdək qəsəbə sovetinin sədri vəzifələrində işləmiş mərhum
Alxas Hacağayevi, uzun illər Güzdək feldşer məntəqəsinin müdiri və həkimi işləmiş, məktəblilərə
vaxtlı-vaxtında peyvəndlərin vurulmasını təmin etməklə yanaşı, sutkanın istənilən zamanında xəstə
çağırışlarına dərhal cavab verən və Güzdək ictimaiyyətinin dərin hüsn-rəğbətini qazanmış mərhum
Əbdüləli Bəydəmirovu, uzun illər valideyn komitəsinin sədri olmuş mərhum Nəcəf Həsənovu,
mərhum müəllimlərdən xüsusi istedada malik riyaziyyatçı Müzəffər müəllimi, yüzlərlə məzunların
həyatında 1-ci sinif müəllimi kimi xatirələrdə yaşayan Rəcəbəli müəllimi, Azərbaycanda tanınmış
Aşurbəyovlar nəslinin aristokrat simalarından biri olan və uzun illər uşaq bağçasının müdiri olmaqla
yanaşı, biologiya fənnini tədris edən Roza müəlliməni, SSRİ zaman və məkanında Sovet İttifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsinin ən nüfuzlu ictimai-siyasi mətbuat orqanı olan “Pravda”
qəzetində haqqında geniş məzmunlu məqalə dərc edilən dil-ədəbiyyat müəllimi Gülzar müəlliməni,
kimya fənnini gələcəyin kimyaçı alimi olacaq Rahimə və digər 1968-ci il məzunlarına yüksək
səviyyədə sevdirən Gülbala müəllimi; əmək dərslərini o dövrün müasir dəzhahlarında tədris edən
Heydər müəllimi, dil-ədəbiyyat müəllimləri olan Tamara müəllimə və Zəkiyyə müəlliməni; hələ
gənc yaşlarında dünyasını dəyişən rəsmxətt müəllimi, 1968-ci il məzunu Həsən müəllimi, həyatda
olanlar sırasında isə Respublika səviyyəsində faliyyətinə görə seçilən pedaqoqlardan biri olmaqla
ölkə Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmiş Sərdar müəllimi (Qaradağ rayonu,
Qızıldaş qəsəbə ağsaqqallar şurasının sədri), Güzdək tarixində ilk Əməkdar Mədəniyyəty İşçisi
fəxri adına layiq görülən, Həbib Bayramovun rəhbərlik etdiyi Ə.Bakıxanov adına Xalq Çalğı
Alətləri Ansamblında uzun illər korifey sənətkarlarla birlikdə fəaliyyət göstərməklə Azərbaycanla
yanaşı, SSRİ-nin paytaxt şəhərləri və çoxsaylı xarici ölkə qastrollarında uğurlu və xatirələrdə
yaşayan səfərlər qismət olmuş, istedadlı kaman ifaçısı olmaqla yanaşı, Güzdək məktəbində
müəyyən bir dövrdə musiqi fənnini tədris edən Vəli Babayevi, Güzdək məktəbinin məzunu olmaqla
yanaşı ilk fars dili müəllimi olan və 1968-ci il məzunlarının, o cümlədən professor Rahim
Daşdiyevin dünya görüşündə xüsusi iz buraxmış yüksək səviyyədə istedadı ilə yadda qalan
Nəzakət müəllimə Ələkbərovanı (Aşurbəyovanı) (Bakı ş.), riyaziyyatçı Hüseyn müəllimi (Qobu),
Əməkdar müəllim riyaziyyatçı Cəbrayıl müəllimi (Qobu), Əməkdar müəllim kimyaçı Orucəli
müəllimi, uzun illər fizika fənnini tədris edən Sura müəlliməni, müəyyən dövrdə riyaziyyat fənnini
tədris edən 1968-ci il məzunu Çimnaz müəlliməni, həmçinin uzun illər ibtidai sinif müəllimi işləmiş
atası Rəcəbəli müəllimin davamçısı olan Zeynal müəllimi, uzun illər riyaziyyat dərsini tədris edən
Hafizə müəlliməni, təcrübəli ibtidai sinif müəllimi işləyən Aidə müəlliməni, hal-hazırda Texniki
Universitetin fizika kafedrasının professoru olan Elman müəllimi, Azərbaycan Dövlət Pedoqoji
Universitetində dekan vəzifəsinə qədər yüksələn pedoqoji elmlər namizədi Nazim müəllimi,
Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində məsul rəhbər vəzifələrdə işləmiş Vaqif müəllimi və
başqalarını göstərmək olar. Abşeron rayonu ilə dostluq əlaqələri olan Bolqarıstanın Razqrad
şəhərində Həbib Bayramovun rəhbərlik etdiyi Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının
tərkibində kaman ifaçısı olaraq 70-ci illərdə qastrol səfərində olan Vəli müəllim Babayevin dostluq
muzeyindəki xalça diqqətini cəlb edir. Xalçanın müəllifi Güzdək məktəbinin dil-ədəbiyyat
müəlliməsi direktor A.B.Daşdiyevin həyat yoldaşı Gülzar müəllimə və onun tələbələri olmuşdur.
Abas müəllim Daşdiyev Abşeron rayonunun rəhbər heyəti ilə Razqrada dostluq səfərində olarkən,
həmin xalça Razqrad dostluq muzeyinə hədiyyə edilmişdir. Həmin xalçanın 2-ci nüsxəsi isə Gülzar
müəllimə tərəfindən bir ehsan olaraq, Güzdək məscidinə hədiyyə edilmişdir. ... Məzun-professor
Rahim Daşdiyevin söylədiyinə görə Sərdar müəllim fizika və riyaziyyat elmlərini şagirdlərinə
maksimum səviyyədə sevdirən müəllim olmaqla yanaşı, “Məktəb Güzgüsü” divar qəzetinin Baş
redaktoru idi. İdman dərslərində ardıcıl olaraq, qolunun sınması  gözünün zədələnməsi
hadisələrini “Məktəb Güzgüsü”ndə karikatura şəklində “Qolum sınsa da, gözüm çıxsa da
oynayacağam” sərlövhə ilə qələmə alan Sərdar müəllimin məqaləsindən sonra Rahim futbol ilə bir
dəfəlik vidalaşmalı olmuşdur. 

Gənc yaşlarında Ərəbistanda uzun müddət islam  təbiət elmləri üzrə tammiqyası təhsili
müvəffəqiyyətlə başa vuran, Güzdəyin ilk Şeyxi olımaqla bərabər təbiəti etibarı ilə çox sadə bir
insan olan, 1937-ci il depressiyasının qurbanlarından biri olmuş, zəngin kitabxanası isə respublika
İslamşünaslarına miras qalan, tanınmış riyaziyyatçı professor Mütəllim Mütəllimovun babası Şeyx
Mütəllim Güzdəklilərin tarixində həmişə xüsusi ehtiram və hörmətlə yad edilir və ruhuna dualar
oxunur. 

... Güzdəkli olaraq, lakin Bakı şəhərində yaşayıb fəaliyyət göstərən
və Güzdək ictimaiyyəti üçün çox-çox dəyərli olan bir sıra elm, incənət, yüksək səviyyəli dövlət
qulluğunda olan görkəmli şəxsiyyətlər haqqında məlumatların bu yazıda verilməsi məlumatın
tammiqyaslı olmasını təmin etmiş olur: Tanınmış alimlərdən: Güzdəyin ilk alimləri olan texnika
elmlər namizədi Əhməd müəllim (Azərbaycan Neft və Kimya İnstitutunun rəsmxət kafedrasının
dosenti) və texnika elmlər namizədi Nəcəf müəllim (AzNİPİNEFT İnstitutunun laboratoriya
müdiri); uzun illər Azərbaycan Texniki Universitetinin (ATU) təsərrüfat işləri üzrə prorektor
vəzifəsində işləyərək, ATU-nun hal-hazırkı görkəmində möhtəşəm dizaynla təmirini təşkil edən
fizika-riyaziyyat elmləri namizədi, istilik fizikası kafedrasının dosenti, “Əməkdar mühəndis” fəxri
adına layiq görülmüş Abuzər Ağaverdi oğlu Mirzəliyev. Mədəniyyət və İncəsənət üzrə tanınmış
şəxsiyyətlərdən: Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini
(1978-1983) bitirmiş, 1983-cü ildən “Azərbaycanfilm” kinostudiyasında təsvir rejissoru kimi
çalışmağa başlayaraq 60-dan çox filmin baş operatoru olan, 2000-ci ildə Əməkdar İncəsənət Xadimi
fəxri adına layiq görülmüş, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
“Kinorejissorluq və operator sənəti kafedrası”na rəhbərlik edən professor Amin Novruzov və onun
sənət yolunu davam etdirən oğlu Elxan Novruzov; Azərbaycanın tanınmış muğam ustadları
sırasında xüsusi yeri olan, Bayati Şiraz, Bayati Kürd muğamlarının bənzərsiz ifaçısı mərhum
müğənni Əlibala Səfərov; Güzdəyin ilk qəzəlxanı olan Abdulla Qəmgin Bəydəmirov; Güzdəyin ilk
meyxana ustadı kimi o dövrdə Bakı kəndlərində tanınmış olan Məmmədağa Abdulla oğlu
Bəydəmirov; yüksək peşəkarlıqla tar ifaçısı olan tarzən Rəhim Əbdülrəhim oğlu; Güzdəyin
tanınmış klarnet ifaçıları Böyükağa, Ağəli, Zeynal, Sadığ, Suliddin. Yüksək səviyyəli dövlət
qulluğunda olan tanınmış şəxsiyyətlərdən: 1910-cu ildə Bakı şəhərində əkinçi ailəsində anadan
olmuş, Leninqrad Sənaye İnstitutunda ali təhsil almış, Azərbaycan SSR Dövlət Plan Komitəsinin
sədrinin müavini, sonra isə sədri vəzifəsinə işləmiş, Azərbaycan SSR Xalq Komissarları
Soveti sədrinin müavini, 1942-ci ildə isə birinci müavini olmuş, Mingəçevir şəhərinin inşasına
rəhbərlik edərək Azərbaycanın həmin dövrdəki ən böyük tikintilərinin - Mingəçevir su elektrik
stansiyası, Daşkəsən mədənləri layihələrinin hazırlanmasında, Sumqayıtda yeni sənaye
mərkəzinin yaradılmasında bilavasitə iştirak etmiş, dünyanın ən iri su-elektrik stansiyalarından olan
Krasnoyarsk SES-in inşasında iştirak etmiş, SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR
Nazirlər Sovetinin daimi nümayəndəsi vəzifəsinə təyin edilmiş, 1960-cı ildə Birləşmiş Ərəb
Respublikasında Asuan su elektrik kompleksinin tikintisi üzrə SSRİ Elektrik Stansiyalarının
Tikintisi Nazirliyinin "Asuanspetsstroy" idarəsi rəisinin birinci müavini, daha sonra rəisi işləmiş,
1970-ci ildən SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyinin yeni yaradılmış "Qlavzaqrenerqo"
idarəsinin rəisi, 1975–1985-ci illərdə isə Ümumittifaq "Zarubejenerqostroymontaj" Birliyi rəisinin
birinci müavini, rəisi vəzifələrində çalışmış, uzun illər SSRİ Ali Sovetinin deputatı olmuş, çoxsaylı
dövlət təltifləri olan, 1985-ci ildən ittifaq əhəmiyyətli fərdi təqaüdçü olan 1998-ci ildə Moskvada
dünyasını dəyişib, Kuntsevo qəbirstanlığında dəfn edilmiş SSRİ-nin eləcə də dünyanın görkəmli
energetiklərindən biri olan və Güzdəkdə Nəcəf Həsənovla qohumluq əlaqəsi olan İslam Məmməd
oğlu İslamzadə; Bakı dənizçilik məktəbində təhsil almış, Odessa Dəniz Donanması Mühəndisləri
İnstitutunu bitirib, uzaq səfərlər kapitanı olmuş, Azərbaycan Respublikası Prezidentinin 1994-cü il
19 avqust tarixli 188 No-li fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin
edilmiş, 2003-cü il 4 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan
Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 145 illiyi ilə əlaqədar və xüsusi xidmətlərinə görə "Şöhrət"
ordeni ilə təltif olunmuş, 1999-cu ildə IV Beynəlxalq müsabiqədə "Nəqliyyatda ilin adamı" adına
layiq görülmüş, 2004-cü ilin aprelində Qara dəniz hövzəsi gəmi sahibkarları beynəlxalq
assosiasiasının VI növbədənkənar iclasında bu qurumun prezidenti seçilmiş mərhum Aydın Ağəmi
oğlu Bəşirov; uzun illər sovetlər dönəmində Bakı ş. Kirov rayonunun (indiki Binəqədi) İcraiyyə
Komitəsinin sədri və digər rəhbər vəzifələrdə işləmiş Məmmədəli Abdulla oğlu Bəydəmirov; 1973-
cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakultəsinin məzunu, uzun illər hələ
gənc yaşlarından Respublikanın neft sənayesində müxtəlif rəhbər vəzifələrdə işləmiş, 2005-2010-cu
illərdə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Bakı şəhəri Qaradağ rayon
İcra Hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərmiş Hüseyn Ağaverdi oğlu İsrafilov;
Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakultəsinin məzunu olmuş və uzun illər
Respublikanın neft sənayesində rəhbər vəzifələrdə işləmiş, Güzdək tarixində ilk NQÇİ (Qaradağ)
rəisi olmuş, mərhum Ağalar Heydərov; Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən
fakultəsinin məzunu olmuş, uzun illər Respublikanın neft sənayesində rəhbər vəzifələrdə, o
cümlədən Bulla-dəniz NQÇİ rəisi, N.Nərimanov adına NQÇİ rəisi vəzifələrində işləmiş Böyükağa
Orucov; yuxarıda qeyd edilən Abuzər müəllimin və Hüseyn müəllimin ataları, bir neftçi olaraq
professor Rahim Daşdiyevin Əmisi Daşdi Daşdiyevlə təqaüdə qədər bir yerdə neftçi həyatını
yaşayan, və Migəçevir Su Elektrik Stansiyasının açılışında dünyaşöhrətli nəhəng bir energetik olan
Güzdəkli İslam İslamzadə ilə görüşüb yaxından tanış olan, Güzdəyin dərinhörmətli ağsaqqalı
olaraq, kəndin ictimai həyatında yaxından iştirak edən, 93 il sağlam və daim hərəkətdə olan həyat
yaşayaraq xatirələrdə dərin iz buraxan Ağaverdi Mirzəliyev; tarixi eramızdan əvvəlki dövrə gedib
çıxan və hər zaman çörəyi daşdan çıxan Güzdək kəndində Azərbaycanın müstəqillik dövrünə
qədəm qoyduğu tarixdən (1991) Güzdəyin ilk daş karxana sahibləri olan Əjdər Malik oğlu Məlikov
(Əjdər Məlikov karxana işinin obrazlı desək əsl professoru olub) və Fazil Abas oğlu Daşdiyev,
onların davamçıları olan Kamil, Bəhram (hal-hazırda Güzdək bələdiyyəsinin sədr müavini),
Atamalı, Samir, Elmar; Digər sahibkarlardan Hacı Həmid və onun övladları; Hacı Nadir və onun
övladları; Bilal Xəlilov və övladları Eldar, Anar, Tural, Rəcəbəlı; professor Rahim Daşdiyevin
dostu Hacı Böyükağa, oğlu Rza, qardaşı Heybət (1968-ci il məzunu) və digər qohumları; professor
Rahim Daşdiyevin dostu Coma (Sahib) oğlanları Mətləb, Osman, Asiman; Urfan Qubad oğlu
Məmmədəliyev və saymaqla bitməyən çoxsaylı sahibkarları göstərmək olar. Güzdək karxana
sahibkarları hamı birlikdə Respublikamızın yüksək kəmiyyət və keyfiyyət gösriciləri ilə xarakterizə
olunan mişar daşı istehsalında mühüm rol oynayırlar. Direktor A.B.Daşdiyevin rəhbərlik dövründə
1968-ci il buraxılışı (direktorun oğlu, professor Rahim Daşdiyevin oxuduğu sinif), Güzdək qəsəbə
məktəbinin tarixində rekord nailiyyət olmuşdur. Belə ki, 14 şagirdin 8-i (Rahim, Ağamirzə, Rəsul,
Nizami, Həsən, Çimnaz, Bilal, Həsən) müxtəlif ixtisaslar üzrə yüksək balla Bakının ali
məktəblərinə qəbul olmuşlar. Bu uğurlar, Abşeron rayon maarif şöbəsində, rayon komsomol
komitəsində  rayon partiya komitəsində rayonun təhsil istiqamətində yüksək nailiyyətləri
sırasında qeyd edilmişdir. Rahim o dövrdə onlara dərs demiş müəllimləri sözün əsl mənasında
“Korifey müəllimlər” adlandırmaqla, həyatda mövqe və nailiyyətlərinə görə ömrü boyu orta məktəb
müəllimlərinə borclu olduqlarını hər zaman fəxrlə qeyd edir... Abas müəllim, 1992-ci ildən
ömrünün sonununa qədər Qaradağ rayonu Ağsaqqallar Şurasının sədri olmuşdur. ...

Məzun-professor Rahim Daşdiyevin xatirələrindən
1.1-ci sinif 1 sentyabr tarixli möhtəşəm xatirə
1958-ci il 31 avqust idi, sabah ilk dərs günüm olmalı idi. Axşamdan mənim üçün alınan bütün
kitab-dəftəri, və digər şeyləri sumkama yerləşdirdim. Baxdım ki, sumkada yer çox qalıb, məndən
böyük qardaşım Fazilin də ona lazım olmayan kitablarımdan ağzına qədər doldurdum sumkama.
Belə fikirləşmişdim ki, ata anam müəllimdirlər, mənim başqalarından fərqli olaraq kitablarım daha
çox olmalıdır. Səhəri gün məktəbə gedərkən sumkamın çox ağır olmasından əziyyət çəkirdim.
Məktəbimiz bizim evdən xeyli uzaq 1 mərtəbəli, bir qədər kürsüyə götürülmüş olduğundan 6 pillə
qalxmalı idim. 3 pillə qalxdıqdan sonra sumkamıın ağırlığından yıxılmaq dərəcəsinə qədər
əyilmişdim. Pilləkanın baş tərəfində 5-6 nəfər dayanmışdı. Nisbətən böyük idilər. Görünür yuxarı
sinif uşaqları idilər. Onlardan birinin gözü məndə idi, sən demə məni izləyirmiş. Sonuncu pilləyə
çətinliklə qalxdıqda, o sağ əlini yuxarı mənə tərəf tuşlayaraq, ucadan rişxəndlə ələ salmaq məqsədi
ilə söylədi “Alə bir buna bax, doldurub sumkasını gücü də çatmır, elə bil oxuyub alim olacaq”. Bu
şagirdin dediyi sözlər də, onun ədalı paxan (lider) görkəmi də həmişəlik yadımda qaldı və İsmayılın
qorxusundan sabahdan mənə aid olmayan kitabları bir daha götürmədim. ... Çox sonralar mənə
aydın oldu ki, bu paxan oğlan 4-cü sinif şagirdi, qardaşım Fazil ilə bir sinifdə oxuyan İsmayıl
Baxışov imiş, bacısı Rəfiqə də bizim sinifdə oxuyurdu. Daha yuxarı siniflərdə onu da bildim ki,
İsmayıl Güzdək futbol komandasının kapitanıdır və mən də bir neçə sinif yolaşlarımla birlikdə bu
komandada oynamağa başladıq. Amma İsmayılın mənə əda ilə dediyi sözlərdən hələ də heç nə başa
düşmürdüm. Onun dedyinə görə sumkada kitabları çox olan alimə oxşamalıdır. Bəs alim nə
deməkdir. Bunu da başa düşə bilmirdim. Bir onu anlayırdım ki, İsmayıl 1 sentyabr 1958-ci ildə
özünə məxsus şəkildə və özünün də fərqinə varmadan məni təhqir etmişdi. Bəs mən ondan necə
acıq çıxmalıydım, onu da bilmidrim. Bütün bunları uzun illər içimdə saxladım, heç kəsə heç nə
demədim. Yalnız bir elmlər doktoru və digər titullara nail olduqdan çox-çox sonra rəhmətlik
İsmayılın uzaqgörənliklə söylədiyi sözlərini olduğu kimi ailə üzvlərinə və dostum Hacı Böyükağaya
nəql etdim. Bu söhbət Hacının çox xoşuna gəldiyindən o hər dəfə görüşəndə çox xahiş edir ki, ay
Rahim müəllim mümkünsə o İsmayıl söhbətini bir də danış, gör o dərslərini də oxumayan 4-cü sinif
uşağı necə də dəqiq bilib ki, sən gələcəyin alimi olacaqsan. ...
2.Gələcək kimyaçı Rahimin 1-ci sinifdə fiziki-kimya ilə bağlı, lakin insan həyatı üçün
son dərəcədə təhlükəli olan ilk təcrübəsi
1959-cu il idi, 1-ci sinifdə III rüb tətilində (həm də Novruz tətilləri) idim. Novruz bayramı
münasibətilə anamın yaxınları olan məktəb kollektivindən qonaqları var idi. Birlikdə düşbərə büküb
hazırlamışdilar. Anam sobanın üstünə düşbərə üçün iri bir qazanda dino adlanan su qoymuşdu ki,
qaynayan kimi düşbərələri ora əəlavə edib, xörəyi tam bişirsin, anam mətbəxə gəlib qazana baxaraq
qonaq otağına keçib bildirdi ki, tezliklə qazan qaynara düşər. Mən də mətbəxdə idim, qaynar suyun
temperaturunu müəyyən etmək məqsədi ilə anamdan, atamızın bibisi Umcahan bibidən və böyük
bacım Həqiqətdən gizli cibimdə güzlətdyim tibb termometrini çıxarıb baş tərəfini əlimdə tutaraq,
qaynara az qalmış qazanın içərisinə salan kimi termometrin civə olan aşağı hissəsi parçalanıb
qazanın içərisinə töküldü. Ötən payızda belə bir termometr evin içində qırılıb palazın üstünə
tökülmüşdü. Olduqca səbrli və təhlükəsizliyə maksimum riayət edən atam civənin insan həyatı üçün
öldürücü təsirə qədər zəhərli olduğunu bildirərək, civə döşəməyə dağılmasın deyə palazı
kənarlarından bikib küçəyə çıxarıb zivənin üstünə salmış və bir parça ağacla çırpandan sonra da bir
neçə gün həyətdə zivədə saxlamış və hər gün çırpdıqdan sonra palazı evə gətirmişdulər. Məhz bu
səbəbdən dəhşətli bir hadisənin baş verdiyini başa düşdüyümdən, anamın qorxusundan 
qonaqların düşbərə xörəyini səbirsizliklə gözlədiklərindən nə etməli olduğumu başa düşmədim. Bu
vəziyyətdə olduğum zaman mətbəxə gələn anama çox qısa şəkildə nə baş verdiyini söylədim və
dərhal qorxudan həyətə qaçdım. Onu da bilirdim ki, anam qonaqları qoyub, dalımca gəlməz və
digər tərəfdən anam tez əsəbləşən və tez də soyuyan bir insan idi. Atam baş verənlər barəsində
mənə bir söz demədi. Yalnız böyük qardaşım Baba baş verənlərin son dərəcə təhlükəli olduğunu
söylədi. Sonrakı söhbətdən başa düşdüm ki, həmin qazan içərisindəki su ilə bərabər çölə zibilliyə
tullanıb və başqa bir qazanda qonaqlara düşbərə hazırlanıb. Yalnız tələbə olub professor İsrafil
Səttərzadənin fiziki-kimya fənnindən mühazirəli dinləyəndən sonra dərk etməyə başladım ki,
düşbərə macərasında baş verənlər sən demə fiziki-kimya ilə bağlı, lakin insan həyatı üçün son
dərəcədə təhlükəli olan ilk təcrübəm imiş. ...

3.7-8-ci sinif şagirdi Rahimin limonad istehsalı
7-8-ci siniflərdə kimya fənninin vurğunu olan bir şagird kimi, xatirimi çox istəyən Lökbatanda Ziba
bibimlə həyat quran Şamil dayımgili ilə yaşayan Zeynəb nənəmin Lökbatandakı limonad
zavodundan əldə edib mənə hədiyyə etdiyi limonad tozu, şəkər tozu, çay sodası və toz şəklində
limon turşusu qarışığını butulkaya töküb su əlavə etdikdə baş verən kimyəvi reaksiyadan ayrılan
karbon qazı istehsal etdiyim limonada qazlı su keyfiyyətini verirdi. Bu limonadlara sinif
yoldaşlarımı da qonaq edirdim. Şəhərə Qaqarin adına pionerlər evinə rəssamlıq dərnəyinə gedən
sinif, parta yoldaşım əmim oğlu Nizami, şəhərdən stakanı 1 qəpiyə olan qazlı su alıb gətirməklə
limonad istehsalını həm təkmilləşdirdik və həm də genişləndirdik, məktəbə də aparıb böyük
tənəffüsdə içirdik. ...

4.Rahimin ADU-nun kimya fakultəsinə qəbul dövrü ilə bağlı xatirələri

1968-ci ildə Güzdək orta məktəbini bitirib sənədlərimi məktəbimizin direktoru olan atamla birlikdə
Azərbaycan Dövlət Universitetinin (ADU) kimya fakultəsinə verdik. Şəhərin heç yerini tanımırdım.
İmtahanlar, kimya şifahi 2 avqust, fizika şifahi 8 avqust, riyaziyyat şifahi 13 avqust, ədəbiyyat
yazılı 17 avqust. Müsabiqədə yalnız kimya, fizika və riyaziyyat fənləri üzrə qiymətlər nəzərə
alınacaqdı. Qəbula plan üzrə 50 yer, yəni 2 qrup nəzərdə tutulmuşdu. İmtahanlara həyətimizin
günbatan hissəsində boş olan Fatmaxanım nənənin evində hazırlaşırdım. Sutka ərzində 6-7 saat
yatmaqdan başqa qalan vaxtı özbaşıma olaraq intensiv hazırlaşmaqla məşğul idim. Avqustun 1-dən
2-nə keçən gecə yatmayıb öyrəndiklərimi təkrar etdim. O zamanlar Güzdəkdən nə şəhərə, nə də
Lökbatana avtobus işləmirdi. Şəxsi minik avtomoblimiz də yox idi. Əhalinin yeganə nəqliyyat
vasitəsi Lökbatana neftçiləri müxtəlif vaxtlarda işə aparan ən köhnə modeldə olmaqla arxa tərəfdən
açıq qapıya qalxıb minmək üçün 3 pilləli taxtadan düzəlmiş fəhlə avtobusu idi. Biz səhər 6.00 vaxtı
ilə Lökbatana, oradan Azneft meydanına oradan isə taksi ilə ADU binasına təxminən 8.30-da
çatdıq. Həyəcanlı olduğum üçün səhər yemək yeməmişdim. İmtahan kimya fakultəsinin 3-cü
mərtəbəsində gedirdi, içəriyə siyahı ilə çağırırdılar. Abituriyentlərin davranışlarından hiss olunurdu
ki, bəziləri bir birlərilə tanışdırlar. Lakin bu tanışlıq haradan idi burası mənə aydın deyildi. Mən isə
dəhlizdə təkbaşına idim, növbəmi gözləyirdim. İçəridən çıxan hər bir kəsə çoxlu suallar verirdilər.
Mənə isə bir şey aydın oldu ki, əgər çıxan abituriyentin əlində imtahan vərəqəsi varsa, o kəsilməyib,
yoxdursa kəsilib. Mən heç kəslə maraqlanmırdım. Saatım da yox idi. Amma başa düşüdüm ki, artıq
zaman günortanı ötmüşdür. Get-gedə dəhlizdəkilərin sayı azalırdı, amma məni imtahana
çağırmırdılar. Şübhələnməyə başlamışdım ki, bəlkə qrupun otağını səhv salmışam, amma divarda
və qapıdakı göstəricilər belə düşünməyə əsas vermirdi. Nəhayət 3 nəfər qaldıqda bizim üçümüzü də
imtahana dəvət etdilər. İmtahan otağının divarındakı saatda 5-in yarısını ötmüşdü. İki nəfər yaşlı
müəllim imtahan qəbul edirdi. Kişi olan müəllimin adının Hacı müəllim olduğu aydın oldu. Ağ saçlı
qadın müəllimənin adını bilmədim. Bir onu başa düşmüşdüm ki, ən çox sual verən və son qərara
gələn Hacı müəllimdir. Hacı müəllim məndən öncəki abituriyent qızın bəzi suallara verdiyi
cavablardan və məsələni həll etməməsindən razı qalmamışdı. Amma o imtahandan çıxdıqda
imtahan vərəqəsi əlində idi. Deməli kəsilməmişdi. Hər iki müəllim imtahan verənlərlə çox xoş
rəftar edirdilər. Mən cəld yerimdə o məsələni həll etdim. Nəhayət sonda mən də bilet çəkdim.
Yerimdə oturarkən bilet sualları mənə ola bilsin gecəni yatmamağım və bütün gün ərzində də ac-
susuz qalmağım, intizar və həyəcan təsirlərindən sanki bir dumanlıq içərisində göründü, bir qədər
sonra hər şey aydınlaşdı, 3 nəzəri sual və 1 də məsələ var idi. Cəld olaraq sualları vərəqlərə geniş
şəkildə yazdım və məsələni də həll etdim. Müəllimlər cavablarıma diqqətlə qulaq asdılar, məsələnin
həllində də səhv yox idi, Hacı müəllimin əlavə suallarına da cavab verdikdən sonra o təklif etdi ki,
məndən öncə qızın həll edə bilmədiyi məsələni həll edim. Bildirdim ki, o məsələni mən yerimdə
olarkən artıq həll etmişəm. Hacı müəllim tam razılıqla imtahan vərəqəmə əla yazdı və hər iki
müəllim imza etdilər. Sevinmək istədim, bacarmadım, bütün bu müddəti gün altında məni gözləyən
atam və evdə anam və bacı-qardaşlarım haqqında fikirləşirdim ki, onlar hamısı bizim yolumuzu,
imtahan nəticəsini gözləyirlər. Evimizdə də telefon yox idi o zaman. Bütün üzüntülər və son dərəcə
yorğunluq altında asta addımlarla 3 mərtəbəni çıxışı göstərən ox işarələrinin köməyilə enib 1-ci
mərtəbəyə küçəyə çıxış qapısına doğru yaxınlaşırdım, əlimdə bir topa qaralama kağız və onların
içərisində isə görünməz vəziyyətdə olan imtahan vərəqəsilə qapıda duran uca boylu 35-40 yaşlı bir
kişiyə yaxınlaşdıqda qapı ağzında bir topa valideyn neçə aldın, hansı fakultədənsən, niyə gec çıxdın,
orada neçə uşaq qaldı və s. əlaqəsiz suallarla mənə hücuma keçmişdilər, cavab verməyə nə taqətim
qalmışdı   həvəsim, tezliklə atamı sevindirmək istəyirdim. Mənim tutqun  taqətsiz
görkəmimdən vəziyyəti öz aləmində müəyyən etməyə tələsən qapıçı onlara acıqlanıb bərk səslə
dedi ki, görmürsüz uşaq kəsilib, siz də tutmusuz sorğu suala, yol verin çıxsın. Sanki yuxuda idim,
qəfildən ayıldım, qabaqda olan və suallar yağdırmaqda davam edən valideynlər içərisində atamı
görmədim, görəsən o qapıçının kəsilib sözünü eşitdimi, lap üzüldüm, birdən bu basırığı yarıb
keçmək istərkən arxada atamın narahat sual dolu baxışları ilə qarşılaşdım və hələ basırığı yarıb
keçməzdən öncə qaralama kağızların içərisindən imtahan vərəqəsini tapıb qarşımdakı valideynlərin
başı üzərindən atama uzatdım, basırıqçılar yox kəsilməyib, ay bala de görək neçə almısan, məndən
cavab ala bilmədikdə atama suallarla hücuma keçdilər, atam ilk öncə məni möhkəm qucaqlayaraq,
onlara əla dedi və biz suallarının ardı-arası kəsilməyən basırıqdan aralandıq, atamla orada olan
taksilərin biri ilə Azneft meydanına, oradan Lökbatana və oradan isə atam bir maşın tutdu, təxminən
axşam saat 8-ə qalmış gəldik Güzdəyə yeni inşa edilən evimizə, o gün ailəlikcə sözün əsl mənasında
bir bayram yaşadıq. Bacı-qardaşdan yalnız məktəbdə laborant işləyən böyük bacım Həqiqət ailəli
idi, onun həyat yoldaşı Gülbala müəllim kimya müəllimim olmuşdu. 2 yaş 5 aylıq alan kiçik
qardaşım Atamalı da sanki öz aləmində bu bayrama qoşulmuşdu. Atam yurdunda yaşadığımız
Umcahan bibisinin həyat yoldaşı olan Atamalının adını ən kiçik oğluna qoymuşdu. Bibisi Umcahan
adını isə oğlu Babanın ilk övladına qoymuşdu. Umcahan fərdi tələbəm olmuş Rafiq əmimizin oğlu
Raufla xoşbəxt həyat qurmuşlar, 2 nəvələri də var. Yeri gəlmişkən qeyd edim ki, kimyadan 5
almağım münasibəti ilə Qaradağneft NQÇİ-də KİP Avtomatikanın rəisi olan böyük qardaşım Baba
mənə iriformatlı rəngli, o dövrün müasir Mendelev cədvəlini hədiyyə etmişdi, mən də Atamalını
qucağımda tutub bəzi kimyəvi elementləri ona öyrətmişdim. ...
... Fizikadan da əla (5), riyaziyyatdan yaxşı (4) aldım, ədəbiyyat yazılıdan da yaxşı (4)
almışdım, bu 3 imtahanın hamısında Hacı adlı müəllimlər olmuşdu, heç birindən də narazı
qalmamışdım. Lakin ədəbiyyat qiyməti müsabiqədə sayılmırdı. Beləliklə müsabiqəyə çıxası 14
balım oldu. 23 avqust tarixində atamla ADU-ya gəldik, qəbul olunanların siyahısında adım çıxmadı.
Sonra məlum oldu ki, kimya fakultəsinə 50 yedən 36 yeri meadlçılar 1 imtahandan 5 almaqla qəbul
olmuş, 15 nəfər 15 ballıdan 1 nəfər isə kənarda qalmışdı. 12 nəfər 14 ballı isə avtomatik olaraq
müsabiqədən keçməmişdi. 13 ballılardan isə danışmağa dəyməzdi. Həmin ili hüquq fakultəsinə plan
25 nəfər idi. 12 nəfər 15 ball isə kənarda qalmışdı. Mənim atam, Qəbələnin Vəndam kəndindən olan
gələcək tələbə yoldaşım Əzizov Əbdülsəidin atası və digər 2 valideyn hər gün Azərbaycanın, eləcə
də SSRİ-nin bütün dövlət instansiyalarına teleqramlar vurur, 14 ballıların qəbul olmasını xahiş
etməklə gərgin mübarizə aparırdılar. Hər gün Güzdəyə evimizə yorğun üzgün vəziyyətdə əliboş
gələn atam 6 sentyabrda bildrrdi ki, sabah (7 sentyabr 1968) ali təhsil naziri Züleyxa xanım
Hüseynova valideynləri qəbul edəcək və SSRİ-nin digər şəhərlərində olan və qəbul planları
dolmamış uyğun institutlar təklif ediləcəkdir. Sabahı gün, atam, anan, Fatmaxanım nənəm və mən
səhərdən çoxsaylı digər valideyn və onların uşaqları ilə birlikdə nazirlin qəbul otağında olduq.
Divara vurulan siyahılarda mənə bir dənə uyğun gələn Kiyevdə meşə təsərrüfatı ilə bağlı institut
üzərində qaldım. Anam razı olmadı. Bütün gün ərzində 4-5 dəfə Fatmaxanım nənə katibədən onu
nazirin otağına buraxmasını tələb etdi. Hər dəfə də katibə nazirin bizim məsələ ilə bağlı Mərkəzi
Komitədən məlumat gözlədiyini bildirilirdi. Axşam saat 17.00 radələrində nənə partiya biletini
çıxarıb katibəyə göstərərək, nazirin otağına getməyə çalışdı. Məsələnin pik həddə çatdığını görən
katibə daxili telefonla nazirə vəziyyəti bildirdi. Nazir ona demişdi ki, 10 dəqiqə gözləsin nənəni
yaxşı xəbərlə qəbul edəcək, nənə isə ucadan onlara inanmadığını söylədi və sabah Mərkəzi
Komitəyə Vəli Axundovun qəbuluna gedəcəyini bildirdi. Düz 10 dəqiqə sonra Züleyxa xanım qəbul
otağına çıxıb Nənə hanı deyib, düz Fatmaxanım nənənin yanına gəlib onu qucaqlayaraq söylədi:
Nənəcan sabah sənin nəvən və o biri 14 ballılar və hüququn 15 ballıları hamı dərsə gedəcək, Nənə
başda olmaqla hamınızı təbrik edirəm. Beləliklə bizim tələbə həyatımızın başlanğıc nöqtəsi 1
sentyabr 1968-ci il deyil, valideynlərimizin mətin mübarizə nəticəsi olaraq, 8 sentyabr 1968-ci il
oldu.

Bu tarix bütün ail l rimiz üçün (başda Fatmaxanım n n m, atam Abas mü llim və ə ə ə ə ə
anam Gülzar mü llim olmaqla; Daşdi mim ail si il birlikd ; Nurxanım bibim ail siə ə ə ə ə ə ə
il birlikd ; Ziba bibim yoldaşı Şamil dayım ail si il birlikd ; Rafiq mim ail si ilə ə ə ə ə ə ə ə
birlikd ; Ziyaf t bibim ail si il birlikd ; Pirqulu dayım ail si il birlikd ; T rquluə ə ə ə ə ə ə ə ə
dayım ail si il birlikd , T rqulu dayım m n o zaman d bd olan bir sumka h diyyə ə ə ə ə ə ə ə ə ə
etdi; N riman dayım ail si il birlikd ; Ruxsara xalam ail si il birlikd ; Baba qardaşımə ə ə ə ə ə ə
nişanlısı Tamara xanımla birlikd ; H qiq t bacım yoldaşı, h m d m nim kimyaə ə ə ə ə ə
mü llimim Gülbala mü llim v ail l ri il birlikd ; Fazil qardaşım; Sad t bacım; Az rə ə ə ə ə ə ə ə ə
v Atamalı qardaşlarımla birlikd ) sözün sl m nasında göz l bir bayram oldu. ...ə ə ə ə ə



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar