Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

"EPUL PUL KİSƏSİ" istifadəyə verildi... -EPUL PORTALINI SEÇMƏNİZƏ DAHA BİR SƏBƏB

Tarix: 09-05-2017 09:27     Baxış: 2565 A- / A+
"EPUL PUL KİSƏSİ" istifadəyə verildi...


EPUL PORTALINI SEÇMƏNİZƏ DAHA BİR SƏBƏB

“PaySis” şirkətinin məhsulu olan EPUL portalı onlayn ödəniş sektorunda uğurlu mövqeyi, yeni xidmətləri, operativ fəaliyyəti ilə fərqlənir. Artıq üç ildir ki, istifadəçilərin ixtiyarına verilən onlayn ödəniş sistemi daha bir yeniliyini təqdim edir. Bu, hamının gözlədiyi EPUL PUL KİSƏSİ (WALLET) xidmətidir. EPUL PUL KİSƏSİ (WALLET) haqqında məlumatı diqqətinizə çatdırırıq.

EPUL PUL KİSƏSİ yaratmaq:

* EPUL-da qeydiyyatdan keçib, Pul Kisəsi yaratmaq.

* MilliÖn terminallarından Elektron pul kisəsi bölümünə daxil olub, EPUL-u seçmək və qeydiyyatda olan mobil nömrəni daxil etmək.

EPUL PUL KİSƏSİ balansını artırmaq:

* Kart vasitəsi ilə. Sayta daxil olaraq, kart məlumatlarını daxil edib Pul Kisəsinin balansını artırmaq olar. Burada komissiya 1% nəzərdə tutulub.

* MilliÖn terminalları vasitəsi ilə. Bunun əsas üstünlüyü ondan ibarətdir ki, komissiyasız balansı artırmaq mümkündür. Məlumat üçün qeyd edək ki, gələcəkdə digər terminallardan da balans artırmaq məqsədi ilə istifadə olunacaq.

EPUL PUL KİSƏSİ ilə aşağıdakı əməliyyatları yerinə yetirmək olar:

* Kommunal xidmətlərin ödənişi - istifadəçi ödəniş növü kimi kart yox, Pul Kisəsindən istifadə edə bilər.

* Virtual Kartın əldə edilməsi - istifadəçi plastik kart vasitəsi ilə ödəniş etmək əvəzinə, ödəniş növü kimi Pul Kisəsi göstərə bilər.

* Kartdan-karta xidməti- istifadəçi pul köçürməsi edən zaman ödəniş növü kimi Pul Kisəsi seçib digər karta pul köçürə bilər.

* Pul köçürməsi- digər EPUL istifadəçisinin elektron pul kisəsinə pul köçürmə mümkündür. Bu köçürmə zamanı heç bir komissiya ödənilmir.

* Konvertasiya - istifadəçi şəxsi pul kisələri arasında konvertasiya əməliyyatı apara bilər. Bu o zaman lazım gəlir ki, müəyyən xidmətlər yalnız USD ödənişi qəbul edir. Bu zaman istifadəçinin dollar hesabının-dollar Wallet-mövcud olması zəruridır. Belə olduğu təqdirdə öz AZN Pul Kisəsindən USD Pul Kisəsinə konvertasiya edərək, seçdiyi xidmət üzrə ödəniş edə bilər. Burada komissiya 1% nəzərdə tutulub.

EPUL PUL KİSƏSİ üzrə 2 tarif planı mövcuddur.

* Standart : Maksimum Balans: 50 AZN/USD, birdəfəlik istifadə limiti: 1000 AZN/USD.

* Premium: Limitlər ləğv olunur. İstənilən məbləğdə Pul Kisəsi yaratmaq olar. Premium tarif planına keçid üçün aşağıdakı identifikasiya metodlarından istifadə etmək olar: Ofisə gəlmək və ya Asan İmza.

EPUL PUL KİSƏSİ ilə edilən ödənişlərə görə bonuslar qazanmaq olar. Həmçinin, bütün ödənişlər və məlumatların tam təhlükəsiziliyi təmin olunur. Hər bir istifadəçi rahatlıq və məmnunluğuna xidmət edəcək EPUL PUL KİSƏSİndən yararlana bilər.


"EPUL PUL KİSƏSİ" istifadəyə verildi...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar