Xəbər lenti
İran 5-ci nəsil qırıcısını görüntülədi: KİV lağ etdi - Video
İran özünün hazırladığı 5-ci nəsil Qaher F-313 qırıcılarını nümayiş etdirib.
Manevr.az xəbər verir ki, bu barədə informasiyanı “Nəşinəl İnterest” qəzeti yayıb. Qəzet İranın bu dəfəki təyyarəsinin üzərində bir xeyli modernizasiya apardığını bildirib:
“İlk dəfə İran öz təyyarəsini (Qaher-313 nəzərdə tutulur – red.) 2013-cü ilin fevralında nümayiş etdirdi. Lakin o zaman aydın idi ki, bu təyyarə maketdən o qədər də fərqlənmirdi. Belə ki, o zamankı təyyarənin mühərrikinin ağzı yox idi, təyyarə qəribə qanadlara sahib idi və aerodinamikası mübahisəliydi. Üstəlik, təyyarənin kabinəsi normal pilotun oturması üçün çox balacaydı. Digər məsələ isə Tehranın bu cür kompakt ölçülər üçün aviamühərriklərinin olmamasıydı.
Bu dəfə iranlılar Qaher F-313 üzərində xeyli çalışıblar. Təyyarənin həcmi bir neçə dəfə genişlənib. Onun kabinəsi da artıq böyüyüb. Üstəlik təyyarəyə iki mühərrik yerləşdirilib və bu da böyük ehtimalla Amerika istehsalı olan “General Elektriks J85” turboreaktiv mühərrikidir. Lakin təyyarə hələ də qəribə qanad formasını saxlayıb. Bu isə aerodinamikanı pisləşdirir və təyyarənin sürətini aşağı salır. Təyyarənin hava girişləri elə yerləşdirilib ki, hücum zamanı problemlər yarana bilər. Üstəlik, qırıcının daxilində silah yerləşdirmək üçün bölmələr yoxdur. Burada həmçinin radara yaxalana biləcək müəyyən elementlər də müşahidə edilir. Bütün bunlar təyyarənin görünməz olduğunu deməyə əsas vermir. İran qırıcılarının həmçinin yükqaldırması da zəif ola bilər ki, bu da döyüş tapşırığını yerinə yetirmək üçün kifayət qədər yanacaq daşımağa mane ola bilər”(axar.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar