Xəbər lenti
"Ənənəvi alış-veriş mərkəzlərinə ehtiyac qalmayacaq"
Qeyd edək ki, xaricdən gətirilən mallara gömrük limiti yenidən müzakirə predmetinə çevrilib. Sahibkarlar elektron ticarətin Azərbaycanda sahibkarlığa ciddi zərər vurmasından, gəlirlərinin əhəmiyyətli dərəcədə azaldığından şikayətlənirlər.
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az -a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bir neçə ildən sonra gördüyümüz ənənəvi alış-veriş mərkəzləri dünyanın heç bir yerində olmayacaq:
“Artıq dövr dəyişir. Elə ölkələr var ki, onlayn ticarət illik ümumi ticarət dövriyyəsinin yarıdan çoxunu təşkil edir. Azərbaycanda onlayn ticarətin bazar payı 1/5-ə çatmayıb. Lakin vaxt gələcək ki, bu, yarıdan çox olacaq. O zaman iş adamları, pərakəndə satışla məşğul olanlar nə edəcək? İndidən bu problemləri görüb, dövrlə ayaqlaşmalıdırlar. Getdikcə sahibkarların şəhərin mərkəzində böyük mağazalar açıb minlərlə manat icarə pulu verməyinə ehtiyac qalmayacaq”.N.Cəfərlinin dediyinə görə, sahibkarlar hökumətlə dialoq qurub mövcud vəziyyətdən çıxış yolları axtarmalıdır:
“Amma bu, 300 dollar limitinin azaldılması hesabına baş verməməlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































