Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

İran Ermənistan üçün dağları partladır

Tarix: 06-08-2026 08:38     Baxış: 323 A- / A+
Ermənistanın cənubunda “Şimal–Cənub” nəqliyyat dəhlizinin bir hissəsi olan 32 kilometrlik Ağarak–Qacaran avtomobil yolunda genişmiqyaslı tikinti işləri aparılır.

Bu barədə SEPAH kanalı məlumat verib. Yolun sözügedən hissəsinin tikintisini İran şirkəti həyata keçirir. Ərazidə dağlıq relyef səbəbindən qayalar partladılır, yol infrastrukturu yaradılır və mürəkkəb mühəndis işləri görülür.

Layihə başa çatdıqdan sonra İranın cənub limanları ilə Qara dəniz limanları arasında Ermənistan ərazisindən keçən marşrut üzrə yükdaşımaların daha sürətli və intensiv həyata keçirilməsi nəzərdə tutulur. 

Məlumata görə, bu yol İran üçün əlavə nəqliyyat marşrutlarının formalaşdırılması baxımından da əhəmiyyət daşıyır. Tehran bununla Bakı və Türkiyənin nəzarətində olan nəqliyyat dəhlizlərindən asılılığını azaltmaq üçün alternativ istiqamət əldə etməyi hədəfləyir.

32 kilometrlik Ağarak–Qacaran yolu Ermənistan ərazisindən keçən “Şimal–Cənub” nəqliyyat dəhlizinin cənub hissəsinin mühüm bağlantılarından biri hesab olunur. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar