Xəbər lenti
İranda dron həyəcanı

Mayın 1-nə keçən gecə İranın paytaxtı Tehranda hava hücumundan müdafiə (HHM) sistemləri aktivləşib.
Manevr.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, şəhərdə eşidilən partlayış səslərinin səbəbi İran ordusunun pilotsuz uçuş aparatlarını (PUA) və kəşfiyyat dronlarını zərərsizləşdirməsi olub. Hadisə ilə bağlı İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın Teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, vurulan dronların hansı tərəfə məxsus olduğu açıqlanmayıb. Eyni zamanda İran-ABŞ arasında mümkün atəşkəsin vəziyyəti ilə bağlı da rəsmi açıqlama verilməyib.
SEPAH-ın məlumatında qeyd olunur ki, Tehranın müxtəlif bölgələrində - qərb, mərkəz və cənub-şərq hissələrində HHM sistemlərinin fəaliyyəti davam edib və səslər eşidilib.
Hadisə ilə bağlı əlavə rəsmi detallar açıqlanmayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































