Sizin Reklam Burada
Xəbər lenti
29-04-2026
28-04-2026
BÜTÜN XƏBƏRLƏR

Putin və Tramp arasında telefon danışığı olub

Tarix: 29-04-2026 21:43     Baxış: 329 A- / A+

Vladimir Putin amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı aparıb.
Manevr.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, liderlər arasında söhbət bir saat yarımdan çox davam edib. Yuri Uşakov qeyd edib ki, Vladimir Putin ABŞ liderinə 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə atəşkəs elan etməyə hazır olduğunu bildirib.
"Tramp bu təşəbbüsü dəstəkləyib. O, Rusiya liderinə Ukraynadakı münaqişənin həlli üçün sazişin yaxın olduğunu deyib", - deyə Yuri Uşakov bildirib.
Rusiya və ABŞ prezidentlərinin bugünkü telefon danışığı Donald Trampın 2025-ci ilin əvvəlində Ağ Evə qayıtmasından bəri sayca 12-ci olub. Liderlərin əvvəlki telefon danışığı martın 9-da baş tutmuşdu.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar