Sizin Reklam Burada
Xəbər lenti
28-04-2026
27-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu universitetlər birləşdirilir?

Tarix: 28-04-2026 21:47     Baxış: 422 A- / A+
Sosial şəbəkələrdəki təhsil qruplarında və səhifələrində Azərbaycan Texniki Universitetinin (AzTU) bağlanacağı ilə bağlı fikirlər yazılıb. Hətta universitetin yaxın zamanda Bakı Mühəndislik Universitetinə birləşdirilməsi ehtimalının da nəzərdən keçirildiyi iddia edilir. Sözügedən fikirlər xüsusilə bu təhsil müəssisələrində oxuyan tələbələrdə müəyyən suallar doğurub.

AzTU-dən Azərbaycan Texniki Universitetinin (AzTU) bağlanacağı haqda deyilənlərin yalan olduğu bildirilib:

“Universitet fəaliyyətini yüksək səviyyədə davam etdirir. AzTU dünya reytinqində yer alan Azərbaycanın 4-5 universitetindən biridir. Qeyd edim ki, dünya reytinqində universitetlər qiymətləndirilərkən idarəetmə, elmi-tədqiqat potensialı, tədrisin keyfiyyəti və beynəlxalq nüfuz nəzərə alınır.

“QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələrinə əsasən, AzTU dünyanın ən yaxşı universitetləri siyahısında yer alıb.

“Times Higher Education” Interdisciplinary Science (Fənlərarası Elm) reytinqində AzTU TOP 500-də yer alıb.

Dünyanın nüfuzlu reytinq sistemlərindən olan “QS Stars” qiymətləndirmə proqramı çərçivəsində 5 ulduza (“mükəmməl”) layiq görülüb. (14.04.2025)
AzTU “QS World University Rankings 2026” (QS 2026 Dünya Universitetlərinin Reytinqi) siyahısına daxil olaraq dünyanın ən yaxşı 1000 universiteti sırasında qərarlaşıb. AzTU reytinqdə 851–900 aralığında yer alıb.

“Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin 2026-ci il üzrə açıqladığı nəticələrə əsasən, Azərbaycan Texniki Universiteti (AzTU) dünyanın aparıcı ali təhsil müəssisələri arasında 1501+, ölkə üzrə isə 2-ci pillədə yer alıb.

AzTU “Times Higher Education” (THE) tərəfindən 2026-cı il üçün “Mühəndislik” və “Fizika elmləri” sahələri üzrə reytinqdə ilk dəfə iştirak edərək 1251+ pillədə yer alıb.

“QS World University Rankings by Subject 2026” nəticələrinə əsasən, universitet kompüter elmləri və informasiya sistemləri (Computer Science and Information Systems) ixtisası üzrə 701–750-ci yerlər aralığında qərarlaşıb”.

AzTU-nun sözügedən dünya reytinqlərində yer alması universitetin beynəlxalq akademik müstəvidə tanınması və qlobal təhsil standartlarına uyğun fəaliyyət göstərməsinin bariz nümunəsidir:

“Çox yaxın günlərdə Azərbaycanın ali təhsili üçün faydalı olacaq böyük layihələr barədə də ictimaiyyətə məlumat veriləcək”. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar